23 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. İqtisadiyyat

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən…

2019-cu ildə dəniz nəqliyyatı ilə ümumilikdə 1,5 milyon tona yaxın yük daşınıb ki, bu yüklərin dəyəri 948,2 milyon ABŞ dolları olub.Dövlət Gömrük Komitəsindən Azərtac-a verilən məlumata görə, il ərzində dəniz nəqliyyatı ilə ixrac olunan 336 min 247 ton yükün dəyəri 155,5 milyon dollar olub. Bu nəqliyyat növü ilə idxal edilən yüklərin həcmi 1,2 milyon tondan çox, dəyəri isə 792,7 milyon dollar təşkil edib.xeber100.com

Yanvar 15, 2020 2:29

Azərbaycana 7503 çeşiddə məhsul idxal edilib

Ötən il Azərbaycana 7503 çeşiddə məhsul idxal edilib.Azərtac xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.Qeyd edək ki, 2019-cu ildə Azərbaycanda idxal əməliyyatlarının dəyəri 13 milyard 667,2 milyon ABŞ dolları olub.xeber100.com

Yanvar 14, 2020 2:10

Ukrayna Dövlət Statistika Komitəsinin məlumatına görə…

2019-cu ildə Azərbaycan və Ukrayna arasında idxal-ixrac əməliyyatlarının həcmi 808 milyon dollara yaxın olub.Ukrayna Dövlət Statistika Komitəsindən Azərtac-a bildirilib ki, il ərzində Azərbaycandan bu ölkəyə 340,5 milyon dollarlıq məhsul ixrac olunub. Hesabat ilində Azərbaycanın Ukraynadan idxal etdiyi məhsulun dəyəri isə 467,1 milyon dollar təşkil edib.Qeyd edək ki, postsovet məkanında Ukrayna Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə Rusiyadan sonra ikincidir.xeber100.com  

Yanvar 14, 2020 2:06

Mərkəzi Bank depozit hərracının nəticələrini açıqlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələrini açıqlayıb.AMB-dən Azərtac-a bildirilib ki, yanvarın 13-də Mərkəzi Bank tərəfindən 14 gün müddətinə vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş depozit hərracında tələb 883,95 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 5,76 faiz təşkil edib.xeber100.com

Yanvar 13, 2020 10:34

Nağdsız ödəniş sisteminə keçəcək avtobuslar müəyyənləşib

Nağdsız ödəniş sisteminə keçəcək növbəti marşrut xətti üzrə avtobuslar müəyyənləşib.Bakı Nəqliyyat Agentliyindən Azərtac-a bildirilib ki, növbədə 46 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslardır. Digər müntəzəm marşrut xətləri üzrə də nağdsız ödəniş sisteminə keçidlə bağlı işlər davam etdirilir. İş prosesinə uyğun olaraq qarşıdakı günlərdə digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Nağd qaydada fəaliyyət göstərən avtobuslar mərhələli şəkildə xətlərdən çıxarılaraq onlarda müəyyən texniki montaj, kabelləşmə işləri görülür. Proses sərnişindaşımada fasiləsizliyin pozulmamasını, görülən işlərin sərnişinlərə təsir etməməsini nəzərə alınmaqla icra olunur.xeber100.com

Yanvar 13, 2020 10:31

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatı

Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Bibiheybət yolunda hərəkətin təşkilində müvəqqəti dəyişiklik olunub.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azərtac-a bildirilib ki, bunun üçün sözügedən ərazidə AAYDA-nın Bakı Nəqliyyat Agentliyi ilə birgə hazırladığı layihə əsasında zəruri nişanlanma və xətlənmə işləri aparılıb.Bununla da bir müddət bundan əvvəl yolda təhlükəsiz hərəkəti təmin etmək üçün müvəqqəti olaraq bərpa edilən 2 zolaqdan biri şəhərə giriş istiqamətdə bütün hərəkət iştirakçıları üçün, digər zolaq isə yalnız şəhərdən çıxan müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobuslar üçün ayrılıb. Digər avtonəqliyyat vasitələri “20-ci sahə” adlanan ərazidən istifadə etməklə hərəkət edə bilərlər.Beləliklə də sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı yaşanan problem aradan qaldırılıb.Ümumilikdə ərazidə tikinti-bərpa işlərinin tam olaraq 2020-ci ilin ilk rübü ərzində yekunlaşdırılması nəzərdə tutulub. Digər hərəkət zolaqlarının bərpası da məhz ərazidə tikinti-bərpa işləri tam yekunlaşdıqdan sonra mümkün olacaq.xeber100.com

Yanvar 11, 2020 9:05

Bibiheybət yolunda hərəkət istiqaməti dəyişdiriləcək

Müntəzəm sərnişindaşıma ilə məşğul olan avtobusların, həmçinin digər nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə Bibiheybət yolunda hərəkət istiqaməti dəyişdiriləcək.Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Azərtac-a bildirilib ki, bunun üçün yanvarın 10-11-də sözügedən ərazidə AAYDA-nın və Bakı Nəqliyyat Agentliyinin birgə hazırladığı layihə əsasında zəruri nişanlanma və xətlənmə işləri aparılacaq.Sürücülərdən qeyd olunan tarixlərdə sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur. Nişanlanma və xətlənmə işləri bitdikdən sonra ötən il dekabrın 31-də şəhər istiqaməti üzrə açılan 2 hərəkət zolağından birinin yalnız avtobuslar üçün ayrılması nəzərdə tutulur. Bununla da sözügedən ərazidə avtobusların hərəkəti ilə bağlı problem aradan qaldırılmış olacaq.xeber100.com

Yanvar 10, 2020 2:28

“Azərbaycan Hava Yolları” QSC ən punktual aviaşirkət seçilib

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Avropa üzrə 2019-cu ilin ən punktual aviaşirkəti adına layiq görülüb.QSC-dən Azərtac-a bildirilib ki, dünyanın hava səyahətləri üzrə ən böyük məlumat bazası “Official Airline Guide”ın (OAG) hesabatına görə, “Azərbaycan Hava Yolları” bütün planlaşdırılan uçuşların 86,81 faizini vaxtında yerinə yetirərək Avropa aviaşirkətləri arasında birinci yeri tutub.xeber100.com

Yanvar 9, 2020 1:40

Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin məlumatı

Sabahdan Bakıdan Cocuq Mərcanlı istiqamətinə ilk marşrut xətti istifadəyə veriləcək.Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən Azərtac-a bildirilib ki, 2 müntəzəm və 4 qeyri-müntəzəm xətt üzrə ümumilikdə 6 avtobus sərnişinlərin xidmətində olacaq. Müntəzəm marşrut xətti üzrə Bakı-Sabirabad-Saatlı-İmişli-Daşburun-Horadiz-Cocuq Mərcanlı, qeyri-müntəzəm xətt üzrə Bakı-Cocuq Mərcanlı trayektoriyası əhatə olunacaq.Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Bu məsələdə dövlət başçısının 2017-ci il yanvarın 24-də imzaladığı “Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında” Sərəncamı xüsusi əhəmiyyətə malikdir. Bu sərəncama dair tədbirlərin görülməsi çərçivəsində Cocuq Mərcanlı sakinlərinin respublikanın bütün istiqamətlərinə və xüsusilə paytaxt Bakıya rahat gediş-gəlişini təmin etmək məqsədilə yeni marşrut xətlərinin istifadəyə verilməsi davam edəcək.xeber100.com

Yanvar 8, 2020 1:03

“Azeri Light” markalı neftin qiyməti 70,04 dollar təşkil edib

Azərbaycan neftinin qiyməti ucuzlaşır.Azərtac xəbər verir ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 1,16 dollar geriləyərək 70,04 dollar təşkil edib.Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti 2001-ci ilin dekabrında minimuma enərək 19,15 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.xeber100.com

Yanvar 8, 2020 1:00
    Page 89 of 380« First«...102030...8788899091...100110120...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az