“Buta Airways” birbaşa uçuşlar həyata keçirməyə başlayacaq

Loukost aviaşirkəti “Buta Airways” dekabrın 23-dən Bakıdan Ukraynanın Lvov şəhərinə birbaşa uçuşlar həyata keçirməyə başlayacaq.Aviaşirkətin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, beləliklə, “Buta Airways”in Ukraynadakı istiqamətlərinin sayı 4-ə çatmış olacaq. “Buta Airways” artıq Kiyev, Xarkov və Odessaya uçuşlar həyata keçirir.Lvovu Ukraynanın mədəni paytaxtı adlandırırlar. Qədim Lvov heyrətamiz dərəcədə ahəngdar bir Avropa şəhəridir. Buraya şəhərin mərkəzində gəzmək, muzeylərə baş çəkmək, çoxsaylı küçə musiqiçilərini dinləmək və Qərbi Ukraynanın çox zəngin mədəniyyəti ilə tanış olmaq üçün gəlirlər.Lvova uçuşlar bazar ertəsi və cümə axşamı yerinə yetiriləcək. Aviaşirkətin digər istiqamətləri kimi minimal tarif 29 avro (bir tərəfə) təşkil edəcək. Aviabiletləri artıq aviaşirkətin rəsmi internet saytında, həmçinin aviaşirkətin satış ofislərində əldə etmək mümkündür. Loukost aviaşirkət olaraq, "Büdcə" minimal tarifdə baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. "Super" tarifi 10 kiloqramadək çəkisi olan əl yükü, çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutur. Saytda onlayn-qeydiyyat uçuşdan 24 saat əvvəl açılır və uçuşa 2 saat qalmış bağlanır. Onlayn-qeydiyyat bütün tariflərdə pulsuzdur.xeber100.com

Noyabr 29, 2019 1:37

MDB İqtisadi Şurasının 84-cü iclası keçiriləcək

Dekabrın 6-da Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçiriləcək.MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən Azərtac-a verilən məlumata görə, iclasda Türkmənistan sədrlik edəcək. İclasın gündəliyinə MDB ölkələrinin iqtisadiyyat sahəsində qarşılıqlı əlaqələri ilə bağlı məsələlərin geniş kompleksi daxildir.Müzakirələrin əsas mövzusu 2030-cu ilə qədər olan dövrdə MDB-nin iqtisadi inkişaf strategiyasının layihəsidir. Bu sənəd dünyada cərəyan edən iqtisadi proseslərin dinamikasının, habelə Birlik ölkələrinin inkişaf potensialının təhlili əsasında yaxın onillikdə MDB-nin iqtisadi inkişafının məqsəd və vəzifələrini, iqtisadiyyat sahəsində qarşılıqlı fəaliyyətin əsas istiqamətlərini müəyyən etməyə yönəlib.Strategiyanın həyata keçirilməsi MDB ölkələrinin iqtisadiyyatının rəqabət qabiliyyətini, vətəndaşların rifahını yüksəltməyə imkan verəcək, dünya təsərrüfat sistemində əlaqələri möhkəmlədəcək.İclasda enerji resurslarının istehsalı və istehlakının proqnozu, dəmir yolu nəqliyyatında razılaşdırılmış tarif siyasəti konsepsiyası, məhsulların və xidmətlərin keyfiyyəti sahəsində uğurlara görə mükafat uğrunda müsabiqə haqqında əsasnamənin yeni redaksiyasının layihəsi barədə MDB Hökumət Başçıları Şurasının qərarının yerinə yetirilməsi məsələləri nəzərdən keçiriləcək.xeber100.com

Noyabr 28, 2019 11:22