03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Bollywood Night” bayramı keçiriləcək

Noyabrın 11-də Heydər Əliyev adına İdman Arenasında hind və Azərbaycan estrada ulduzlarının iştirakı ilə möhtəşəm “Bollywood Night” bayramı keçiriləcək.Arenadan Azərtac-a bildirilib ki, bayramın təşkilatçısı “Full House Entertainment”dir.Qonaqlar üçün saat 17:00-dan saat 21:00-dək rəngarəng bayram yarmarkası da təşkil olunacaq. Yarmarkaya giriş yalnız biletlərlə mümkündür.Biletləri www.iticket.az saytından onlayn, şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.xeber100.com

Avqust 28, 2017 12:04

Milli Teatr mövsümü “Qarabağnamə” tamaşası ilə açacaq

Milli Dram Teatrı yeni teatr mövsümünü sentyabrın 22-də İlyas Əfəndiyevin “Hökmdar və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə” tamaşası ilə açacaq.Teatrdan Azərtac-a bildirilib ki, tamaşanın quruluşçu rejissoru Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur.Tamaşa XVIII əsrdə Qarabağ xanlığının mərkəzi olan Şuşada baş vermiş tarixi hadisələrdən və Qarabağ hökmdarı İbrahim xanın ictimai-siyasi, ailə-məişət həyatından bəhs edir. O dövrdə xanlıqlara bölünmüş Azərbaycana yiyələnmək istəyən Rusiya və İranla siyasi əlaqələri və dostluq münasibətlərini bərqərar etməyə çalışan İbrahim xan erməni fitnəkarlığının qurbanı olur.xeber100.com

Avqust 28, 2017 11:09

Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçirilib

Xəbər verdiyimiz kimi, Qazaxıstanın Aktau şəhərində Xəzəryanı Ölkələrin Birinci Beynəlxalq Teatr Festivalı keçirilib.Qazaxıstanın Xalq Artisti Asanali Aşimovun 80 illik yubileyinə həsr edilən festivalda ölkəmizi “Yuğ” Dövlət Teatrının yaradıcı heyəti təmsil edib.Teatrdan Azərtac-a bildirilib ki, yaradıcı heyət Mikayıl Mikayılovun quruluşunda hazırlanmış “Medeya. Sekvensiya 01” tamaşası ilə çıxış edib.xeber100.com

Avqust 28, 2017 11:01

Mədəniyyət Festivalı keçiriləcək

Sentyabrın 9-da və 10-da Bakıda ikinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək.Azərtac xəbər verir ki, festivalın birinci günü Heydər Əliyev Sarayında baş tutacaq. Burada festival iştirakçıları İndoneziyanın məşhur caz musiqiçisi Dhiki Darmawanın musiqi çıxışından, eləcə də Azərbaycan tələbələrinin və İndoneziyanın professional rəqqasları tərəfindən ifa olunacaq İndoneziyanın ənənəvi və milli rəqs nömrələrindən həzz ala biləcəklər.Festivalın ikinci günü isə Dənizkənarı Milli Parkda davam edəcək. Burada “Fun walk” yürüşü olacaq. Hər kəs birlikdə yürüş edib mahnı oxuya, rəqs edə biləcək.xeber100.com

Avqust 27, 2017 12:52

“Eurovision” mahnı müsabiqəsində

Avstraliya yenidən “Eurovision” mahnı müsabiqəsində iştirak edəcək.Azərtac mignews.com saytına istinadla xəbər verir ki, bu barədə məlumatı Avstraliyanın milli yayım şirkəti təsdiq edib.Mahnı müsabiqəsində ölkəni təmsil edən müğənninin adı yeni ildə açıqlanacaq.Xatırladaq ki, Avstraliya indiyədək müsabiqədə ən yaxşı nəticəsini ikinci yer olmaqla ötən il qazanıb. Müsabiqə gələn il Portuqaliyanın paytaxtı Lissabonda keçiriləcək.xeber100.com

Avqust 25, 2017 2:23

“YARAT” Müasir İncəsənət Mərkəzinin təqdimatında

“YARAT” Müasir İncəsənət Mərkəzində keçirilən “Camping and gramping” adlı yay düşərgəsinin növbəti tədbiri aktyorluq sənətinə həsr ediləcək.Azərtac xəbər verir ki, mövzu ilə bağlı avqustun 25-dən 27-dək düşərgədə xüsusi proqram təqdim olunacaq. Proqramı istedadlı teatr rejissoru İlaya Faiq aparacaq və avqustun 27-si yekun tamaşa göstəriləcək.xeber100.com

Avqust 24, 2017 12:16

“Arts Council Azerbaijan” təşkilatının təşkilatçılığı ilə…

Sentyabrın 3-də İçərişəhərdə açıq səma altında bir neçə gənc rəssamın sənət əsərlərindən ibarət sərgi açılacaq. Sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi və “Arts Council Azerbaijan” təşkilatının təşkilatçılığı ilə gerçəkləşəcək.Bu barədə Azərtac-a “Arts Council Azerbaijan” təşkilatının rəhbəri Dadaş Məmmədov məlumat verib. O deyib: “Art weekends in Icheri Sheher” layihəsi çərçivəsində təşkil olunan sərgidə fırça ustalarının 10-dan çox sənət əsəri ziyarətçilərin ixtiyarına veriləcək. Müxtəlif mövzulu rəsmlərin yer aldığı sərgi paytaxt sakinləri və şəhərimizin qonağı olan turistlər üçün nəzərdə tutulub. Layihə çərçivəsində açılan sərgi insanların asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə hər həftənin altı və bazar günləri təşkil edilir”.xeber100.com

Avqust 24, 2017 12:12

41-ci Montreal Beynəlxalq Film Festivalında

Babək Şirinsifətin “Üçüncü günün adamı” bədii filmi beynəlxalq film festivalına dəvət alıb.“Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, yeni ekran əsərinin beynəlxalq təqdimatı 41-ci Montreal Beynəlxalq Film Festivalında baş tutacaq. Festival avqustun 24-dən sentyabrın 4-dək Kanadada keçiriləcək.Qeyd edək ki, Montreal Film Festivalı Şimali Amerikada FIAPF (Kinoprodüserlər Birliklərinin Beynəlxalq Federasiyası) tərəfindən tanınan yeganə müsabiqə film festivalıdır.“Üçüncü günün adamı” tammetrajlı bədii filmi Qarabağ mövzusundadır.xeber100.com

Avqust 23, 2017 12:22

“Forbes” jurnalının məlumatına əsasən…

Amerikalı aktyor Mark Uolberq 2017-ci ildə dünyanın ən çox qazanan aktyoru olub.Azərtac lent.ru saytına istinadla xəbər verir ki, bu barədə “Forbes” jurnalı məlumat yayıb.Jurnalın avqustun 22-də nəşr olunan nömrəsində açıqlanan siyahıya görə, Mark Uolberq bu il ərzində 68 milyon dollar qazanıb. O, bu məbləğin böyük hissəsini rol aldığı “Salam, ata, Yeni il! 2” və “Transformerlər: Sonuncu cəngavər” filmlərindən əldə edib.Siyahıda ikinci və üçüncü yerlərdə Dueyn Conson və Vin Dizel qərarlaşıb. Onlar müvafiq olaraq 65 və 54,5 milyon dollar gəlir əldə ediblər.İlk onluqda digər məşhur aktyorlar - Adam Sendler (50,5 milyon), Ceki Çan (49 milyon), Tom Kruz (43 milyon) və Şahrux Xan (38 milyon) da yer alıb.xeber100.com

Avqust 23, 2017 12:15

Rusiya Televiziyasının Birinci kanalında

Avqustun 25-də Rusiya Televiziyasının Birinci kanalında Moskva vaxtı ilə saat 21:30-da “Jara-2017” festivalı çərçivəsində Qriqori Lepsin yaradıcılıq gecəsi yayımlanacaq.Azərtac xəbər verir ki, bu barədə məlumat Rusiyanın Birinci kanalında yer alıb.Bakıda keçirilən Qriqori Lepsin yaradıcılıq gecəsini cəsarətlə “Jara-2017”nin zirvəsi adlandırmaq olar: həmin gecə bir-birindən gözəl 50-dən çox ifa olub, duetlər səslənib, konsert məkanına toplaşmış minlərlə tamaşaçı bənzərsiz çıxışları izləyiblər.xeber100.com    

Avqust 22, 2017 11:50
    Page 112 of 218« First«...102030...110111112113114...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az