03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Nazirlər Kabinetinin qərarına əsasən…

Nazirlər Kabineti M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına “Akademik” statusunun verilməsi ilə bağlı qərar qəbul edib.Azərtac xəbər verir ki, qərar 2018-ci il yanvarın 1-dən qüvvəyə minəcək.xeber100.com

Avqust 21, 2017 12:35

Xalça Muzeyinin təşkilatçılığı ilə…

Avqustun 22-də Xalça Muzeyində Cəbrayıl rayonunun işğalının 24-cü ildönümünə həsr olunmuş “Vüsal körpüsü” adlı tədbir keçiriləcək.Muzeydən Azərtac-a bildirilib ki, tədbir Xalça Muzeyi Şuşa filialının təşkilatçılığı ilə gerçəkləşəcək.Tədbirin təşkil olunmasında məqsəd Azərbaycanın dilbər güşələrindən olan Cəbrayıl rayonunun işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır. Tədbirdə rayonun elm, mədəniyyət və incəsənəti xadimləri haqqında danışılacaq, natiqlər Cəbrayılla bağlı xatirələrini bölüşəcəklər.Tədbir çərçivəsində Cəbrayıl Tarix-Diyarşünaslıq Muzeyinin eksponatlarından ibarət sərginin açılacağı da nəzərdə tutulur.xeber100.com

Avqust 20, 2017 11:14

“YARAT” Müasir İncəsənət Mərkəzinin təqdimatında

Avqustun 22-də “YARAT” Müasir İncəsənət Mərkəzində Gürcüstan istehsalı olan rejissor Soso Bliadzenin ekranlaşdırdığı “Üç addım” filmi nümayiş ediləcək.Azərtac xəbər verir ki, xronometrajı 17 dəqiqə olan ekran əsəri gürcü dilində ingilis subtitrləri ilə təqdim olunacaq.Filmin qəhrəmanı 13 yaşlı Mariam, şəhərin kənarında, atılmış köşkdə səfil atası ilə yaşayır. Güc-bəla ilə dolanan qəhrəmanlar, bazarda köhnə-kürüş şeylər satırlar və oğurluqdan da çəkinmirlər.Film “Sodrujestvo” Gənc Kinematoqrafçılarının Beynəlxalq Məktəbinin bütün münsiflər (sənətkarlar və tənqidçilər) heyəti tərəfindən "Ən yaxşı film" kimi qəbul edilib.xeber100.com

Avqust 18, 2017 12:36

Muğam Mərkəzində konsert proqramı təşkil olunacaq

Sentyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində tanınmış xanəndələr, Əməkdar Artist Təyyar Bayramov və Aytən Məhərrəmovanın iştirakı ilə muğamlarımızdan ibarət konsert proqramı təqdim olunacaq.Konsert Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan radiosu və “Mədəniyyət” kanalının təşkilatçılığı ilə gerçəkləşəcək.Muğam Mərkəzindən Azərtac-a bildirilir ki, gecədə muğamlarımızla yanaşı, bəstəkar və xalq mahnıları da səsləndiriləcək.Biletləri şəhərin kassalarından, “ASAN xidmət” mərkəzindən və iticket.az saytından əldə etmək olar.xeber100.com

Avqust 18, 2017 12:33

Rəssamlar İttifaqının təşkilatçılığı ilə…

Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda rəssam Nazim Həsənzadənin sənət əsərlərindən ibarət sərgi açılıb.Azərtac xəbər verir ki, Rəssamlar İttifaqının təşkilatçılığı ilə gerçəkləşən sərgidə fırça ustasının 80-dək əsəri nümayiş olunur.Sərginin açılışında Rəssamlar İttifaqının məsul katibi Rafiq Kərimov çıxış edərək rəssamın əsərlərinin əhəmiyyətindən danışıb. Rəssamın yaradıcılığını yüksək qiymətləndirən R.Kərimov ona sənət uğurları arzulayıb.Sonra qonaqlar sərgi ilə tanış olublar.Sərgi bir həftə davam edəcək.xeber100.com

Avqust 17, 2017 2:22

Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” layihəsinin növbəti konsertləri avqustun 18-də və 19-da saat 19:00-da Fəvvarələr Meydanında baş tutacaq.İdarədən Azərtac-a bildirilib ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənni Samirə Allahverdiyeva və “Tin uşaqları” qrupu olacaq.Bakı sakinlərini və qonaqlarını maraqlı konsert və rəngarəng rəqslər gözləyir.xeber100.com

Avqust 17, 2017 2:02

Helsinki festivalına start verilib

Avqustun 17-də Finlandiyada ən böyük incəsənət festivalı olan Helsinki festivalına start verilib. Hər il keçirilən bu tədbir müddətində şəhərdə çoxsaylı yaradıcılıq tədbirləri - ənənəvi teatr tamaşaları, rəsm sərgiləri və konsertlər, təbiət qoynunda məclislər, multijanr tamaşaları, bir sıra başqa müxtəlif görüşlər nəzərdə tutulur.Azərtac xəbər verir ki, keçən il Helsinki festivalına 200 mindən çox tamaşaçı gəlib.Builki festivalda ən maraqlı və parlaq tədbirlər – bədii manifest ənənəsinə hörmətlə yanaşan Culian Rozefeldin sensasiyalı kino instalyasiyası, İrlandiyanın “Dead Centre” teatr truppasının ifasında “Çexovun ilk pyesi” əsərinin tamaşası, Suomenlinna adasında “Viapori Jazz” caz festivalı, şəhərdə təşkil ediləcək “Əsrarəngiz bağ” adlı art-piknik və İncəsənət gecəsi olacaq.xeber100.com

Avqust 17, 2017 1:41

Bakı Caz Festivalı çərçivəsində…

Almaniyanın “Cyminology” qrupu Bakı Caz Festivalı çərçivəsində oktyabrın 22-də Rotunda klubunda konsert proqramı ilə çıxış edəcək.Azərtac xəbər verir ki, Rotunda klubunda, həmçinin alman caz qrupunun iştirakı ilə seminar təşkil olunacaq. Həmin gün festival iştirakçıları və qonaqlar rejissor Don Çidlin “Truba çalanı öldürməli” filminə baxa bilərlər. Filmdə görkəmli truba çalan Mayls Dyui Deyvisin taleyindən bəhs edilir. Amerikalı caz truba çalanı XX əsr musiqisinin inkişafına böyük təsir göstərib. Cazda bir çox üslub və istiqamətlər, o cümlədən modal caz, kul-caz və fyujn Deyvisin adı ilə bağlıdır.Oktyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində isə keçənilki Beynəlxalq Caz Müsabiqəsinin qaliblərinin konserti olacaq.xeber100.com

Avqust 17, 2017 1:35

“YARAT” Müasir İncəsənət Mərkəzində musiqi axşamı təşkil ediləcək

Avqustun 24-də “YARAT” Müasir İncəsənət Mərkəzində 70-80-ci illərin populyar musiqilərindən ibarət musiqi axşamı təşkil ediləcək.Azərtac xəbər verir ki, musiqili gecədə respublikanın tanınmış ifaçıları parlaq çıxışları ilə bir araya gələcək. Həmçinin gecədə ifaçıları pianoçu, bəstəkar Elçin Məmmədov, baraban ifaçısı Əməkdar Artist Tofiq Cabbarov və Azərbaycan Dövlət Simfonik Orkestrin solisti, kontrabasçı Eldar İsababayev müşayiət edəcəklər.Gecədə iştirak etmək istəyən hər kəs müraciət edə bilər.xeber100.com

Avqust 16, 2017 12:54

Rus Dram Teatrı 97-ci mövsümü “Mərasim” tamaşası ilə açacaq

Sentyabrın 16-da Rus Dram Teatrı 97-ci mövsümü Ejen İoneskonun pyesi əsasında hazırlanmış “Mərasim” absurd tamaşasının premyerası ilə açacaq.Azərtac xəbər verir ki, səhnə əsərinin quruluşçu rejissoru Ərşad Ələkbərovdur. Tamaşada Xalq Artisti Fəxrəddin Manafov, Əməkdar Artist Mehriban Zəki, Oleq Əmirbəyov, Mariya Dubovitskaya və başqaları iştirak edəcəklər.xeber100.com

Avqust 15, 2017 12:11
    Page 113 of 218« First«...102030...111112113114115...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az