03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Avqustun 25-də “YARAT” Müasir İncəsənət Mərkəzi “Freestyle Classics” layihəsi çərçivəsində klassik melodiyalara həsr olunmuş silsilə tədbirlərə start verəcək.Azərtac xəbər verir ki, iştirakçılar hər həftənin cümə günü təqdim olunacaq bir-birindən maraqlı canlı preferansları respublikanın tanınmış gənc musiqiçilərinin ifasında dinləyə biləcəklər.Musiqili proqramda rəqslərlə yanaşı, caz kompozisiyaları, milli musiqi nümunələrimizdən parçalar təqdim ediləcək.Klassik musiqi axşamlarında hər kəs iştirak edə bilər.xeber100.com

Avqust 15, 2017 12:05

Anadolu Agentliyinin məlumatına görə…

Avqustun 18-də Türkiyənin Bolu şəhərində V Beynəlxalq Koroğlu Festivalı keçiriləcək.Anadolu Agentliyi xəbər verir ki, bu münasibətlə 150-dək insan Koroğlu dağını ziyarət edib. Ziyarətçilər 1,5 kilometr yol qət edərək Koroğlu dağına türkdilli dövlətlərin bayraqlarını sancıblar. Bayraqlar arasında Azərbaycan bayrağı da yer alıb.Hər il ənənəvi olaraq keçirilən festival bu il iki gün davam edəcək. Festivalda Azərbaycan da təmsil olunacaq.xeber100.com

Avqust 14, 2017 12:20

Mədəni əlaqələrin inkişafı üçün yeni layihəyə start verilir

Azərbaycan və Ukrayna arasında mədəni əlaqələrin inkişafı üçün yeni layihəyə start verilir.Azərbaycanın Ukraynadakı səfirliyindən Azərtac-a bildiriblər ki, Ukraynanın Mədəniyyət Nazirliyi ilə səfirlik birgə “Mənim mahnım” adlı layihənin gerçəkləşməsi üçün razılıq əldə edib. Layihə çərçivəsində hər iki ölkənin tanınmış müğənnilərinin, solistlərinin, opera ifaçılarının iştirakı ilə konsertlər təşkil olunacaq.İlk belə konsert oktyabrın sonunda Kiyevdə dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayevin 75 illik yubileyi münasibətilə keçiriləcək.Ukrayna tərəfindən ölkənin Xalq Artisti Vladimir Qrişkonun rəhbərlik etdiyi opera və estrada müğənniləri, Azərbaycandan tanınmış opera və estrada müğənniləri Azər Zeynalov, Afaq Abbasova və Samir Cəfərov iştirak edəcəklər.xeber100.com

Avqust 14, 2017 12:17

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Avqustun 15-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Çingiz Rəsulzadənin “Kuklalar” filmi nümayiş etdiriləcək.Azərtac xəbər verir ki, ssenari müəllifləri Çingiz Rəsulzadə və Ramiz Fətəliyev olan ekran əsərində hadisələr keçən əsrin 80-ci illərinin sonu - 90-cı illərin əvvəllərində Bakıda cərəyan edir. SSRİ-nin son günlərində altı gənc dost Dənizkənarı Parkda kukla geyimlərində şəkil çəkdirməklə pul qazanır. Onların həyatında hər şey ilk dəfə baş verir: məhəbbət, dostluq, xəyanət. Özləri dərk etdikləri kimi azad yaşamağa can atan bu gənclərin uşaqlıq dövrü sovet imperiyasının dağılması ilə bitir. Həmin gənclərin bir qismi müharibədə savaşmağa, digər qismi isə öz əvvəlki peşələri ilə məşğul olmağa üstünlük verir.Film Azərbaycan dilində ingilis subtitrləri ilə təqdim ediləcək.xeber100.com

Avqust 11, 2017 1:23

Opera və Balet Teatrında konsert proqramı təqdim ediləcək

Noyabrın 18-də Opera və Balet Teatrında “Yeralaş” adlı əyləncəli konsert proqramı təqdim ediləcək.Azərtac xəbər verir ki, konsertdə tamaşaçıları “Yeralaş”ın yaradıcısı Boris Qraçevski ilə interaktiv görüş gözləyir. Parlaq şou, şən zarafatlar, xoş sürprizlər, tamaşaçılarla oyunlar, “Yeralaş” kinojurnalının çəkilişləri zamanı baş vermiş hadisələrin xatırlanması, kinojurnalın yeni bölümlərinin nümayişi, həmçinin foyedə cizgi filmlərinin qəhrəmanları ilə pulsuz fotoçəkiliş həm uşaqlar, həm də valideynlər üçün maraqlı olacaq.Biletləri şəhərin bütün kassalarından, həmçinin iTicket.az saytından əldə etmək olar.xeber100.com

Avqust 11, 2017 1:20

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə reallaşdırılan “Retro Bakı” layihəsinin növbəti konsertləri avqustun 11-də və 12-də saat 19:00-da olacaq.İdarədən Azərtac-a bildirilib ki, Fəvvarələr Meydanında baş tutacaq budəfəki konsert proqramında tanınmış müğənnilər Könül Kərimova və Nurlan Əzizbəyli maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.Qeyd edək ki, “Retro Bakı” layihəsi əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır və sentyabrın 15-dək davam edəcək.xeber100.com

Avqust 10, 2017 11:22

Bakıda film festivalı təşkil ediləcək

Avqustun 15-də Bakıda gənclər üçün film festivalı təşkil ediləcək.Azərtac xəbər verir ki, “Caspian Business Center”də gerçəkləşəcək festival hər həftənin çərşənbə axşamı fərqli iştirakçılarla kinosevərlərin zövqünü oxşayacaq.25 yaşadək olan iştirakçıların qatıla biləcəyi təlimlərdə kinematoqrafiya, müsahibə bacarıqları və film haqqında digər təməl biliklər öyrədiləcək.xeber100.com

Avqust 10, 2017 11:17

“Forsaj-şou” adlı sirk şousu təqdim ediləcək

Sentyabrın 29-dan oktyabrın 8-dək Heydər Əliyev adına İdman-Konsert Kompleksində “Forsaj-şou” adlı sirk şousu təqdim ediləcək.Şou təşkilatçıları Azərtac-a bildiriblər ki, Rusiyanın Xalq Artisti Viktor Kudryavtsevin rəhbərlik etdiyi şounun proqramına avtomobil, kartinq, motosiklet və velosiped sürən ayıların iştirakı ilə nömrələr daxildir.Şouda bütövlükdə 7 ölkədən, o cümlədən Azərbaycandan artistlər çıxış edəcəklər.Proqramda Cənubi amerikalı motokaskadyorların çıxışlarına xüsusi yer ayrılıb.xeber100.com

Avqust 9, 2017 11:31

Azərbaycan mədəniyyəti günləri keçiriləcək

Avqustun 12-də Belarusun paytaxtı Minskdə Azərbaycan mədəniyyəti günləri keçiriləcək.“Minsk-Novosti” xəbər verir ki, bu barədə Minsk Şəhər İcra Hakimiyyəti məlumat yayıb.Yuxarı Şəhərdəki meydanda keçiriləcək tədbiri Minsk Şəhər İcra Hakimiyyəti və Azərbaycanın Belarusdakı səfirliyinin dəstəyi ilə "Azərbaycan İcmaları Konqresi" Beynəlxalq İctimai Birliyi təşkil edəcək.Mədəniyyət günlərində "Qafqaz əfsanələri" və "Sarı gəlin" kollektivləri və müxtəlif musiqi müsabiqələrinin iştirakçıları çıxış edəcəklər.Tədbirdə rəqs üzrə ustad dərsləri keçiləcək, milli mətbəximizdən təamlar hazırlanacaq, Azərbaycan məhsullarının sərgi-satışı təşkil ediləcək.xeber100.com

Avqust 9, 2017 11:27

XIII Kazan Beynəlxalq Müsəlman Kino Festivalı keçiriləcək

Sentyabrın 5-dən 11-dək Rusiya Federasiyası Tatarıstan Respublikasının paytaxtında XIII Kazan Beynəlxalq Müsəlman Kino Festivalı keçiriləcək.Azərtac festivalın saytına istinadla xəbər verir ki, beynəlxalq tədbirdə Azərbaycan filmləri də nümayiş olunacaq.Qısametrajlı filmlər proqramında Azərbaycan və İranın birgə istehsalı olan “Səs”, qısametrajlı sənədli film proqramında isə Teymur Daiminin “Bu sevgidir” filmi təqdim ediləcək.xeber100.com  

Avqust 8, 2017 12:03
    Page 114 of 218« First«...102030...112113114115116...120130140...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az