21 Mart 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Rəssamlar İttifaqında “Yay” adlı rəsm sərgisi açılacaq

Avqustun 7-də Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda “Yay” adlı rəsm sərgisi açılacaq. Sərgi Yaradıcı Qadınlar Assosiasiyası və Azərbaycan Rəssamlar İttifaqının birgə dəstəyi ilə təşkil ediləcək.Bu barədə Azərtac-a Yaradıcı Qadınlar Assosiasiyasının rəhbəri Afaq Hüseynova məlumat verib. O deyib ki, sərginin ekspozisiyasında Yaradıcı Qadınlar Assosiasiyasının üzvü olan 60-dək fırça ustasının 150-dən çox sənət əsəri nümayiş olunacaq. Eyni zamanda, sərgidə rəngkarlıq, yağlı boya, akvarel, və dekorativ tətbiqi sənətə aid olan müxtəlif mövzulu portretlər və heykəltəraşlıq sənətinə aid əsərlər təqdim ediləcək. Sərgidəki rəsmlərdə qadın gözəlliyi və xoşbəxtliyi, gözəllik duyğusu, işıqlı rənglərin çoxluğu, həyatsevərlik və xeyirxahlığın ifadə olunduğu mövzulara yer verilir.Sərgi bir həftə davam edəcək.xeber100.com

Avqust 2, 2017 12:16

Beynəlxalq Ankara İncəsənət Festivalına start verilib

Türkiyənin paytaxtında şəhər bələdiyyəsinin təşkilatçılığı ilə yeddinci Beynəlxalq Ankara İncəsənət Festivalına start verilib.Anadolu agentliyinin məlumatına görə, festival tanınmış türkiyəli müğənnilər Əmrə Aydın və Şüa Qaracanın birgə verdikləri konsert proqramı ilə başlayıb. Festival çərçivəsində müxtəlif sərgilərin, mini konsertlərin, poeziya axşamlarının, rəqslərin və s. təşkil olunacağı planlaşdırılır. Festivalda Ankarada yaşayan həmvətənlərimiz də iştirak edirlər.Doqquz gün davam edəcək festival Atatürk Mədəniyyət Evində keçirilir.xeber100.com

İyul 31, 2017 11:17

“YARAT Freestyle” layihəsi çərçivəsində

Avqustun 3-də “YARAT” Müasir İncəsənət Mərkəzi “YARAT Freestyle” layihəsi çərçivəsində “Tantra-yoqa və meditasiya” mövzusunda mühazirə təşkil edəcək.Azərtac xəbər verir ki, Fidan Qədirin rəhbərliyi ilə rus dilində gerçəkləşəcək mühazirə Azərbaycan dilinə tərcümə ilə aparılacaq.Mühazirədə iştirak etmək istəyənlər mərkəzə müraciət edə bilərlər. Giriş sərbəstdir.xeber100.com

İyul 31, 2017 11:11

Uşaq müsabiqəsinə qeydiyyat davam edir

Xətai Sənət Mərkəzində “Mənim yay tətilim-2017” adlı respublika uşaq müsabiqəsinə qeydiyyat davam edir.Mərkəzdən Azərtac-a bildirilib ki, müsabiqə məktəblilərin yay tətili xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədilə təşkil edilib.Müsabiqəyə 15 yaşadək fırça ustaları ən çox üç sənət əsəri ilə qatıla bilərlər. Mövzu və düzgün kompozisiyaların üstünlük veriləcəyi müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işlədikləri əsərlər seçiləcək.xeber100.com

İyul 31, 2017 11:09

IX Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək

Bu gün axşam saatlarında IX Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək.Azərtac xəbər verir ki, festivalın keçiriləcəyi məkanlarda hazırlıq işləri başa çatdırılıb. Səhnə tərtibatı qurulub, alət və avadanlıqlar yerləşdirilib. Yerli və əcnəbi musiqiçilər dünən Qəbələyə gələrək otellərdə yerləşiblər.Beynəlxalq Musiqi Festivalında Azərbaycandan və xarici ölkələrdən görkəmli musiqiçilər, bədii kollektivlər, solistlər və dirijorlar iştirak edəcək, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kamera, Dövlət Akademik Opera və Balet Teatrının simfonik, İngiltərənin Femusa kamera orkestrlərinin və digər qrupların çıxışları olacaq.Avqustun 3-dək davam edəcək festival çərçivəsində Qəbələ, Şəki və İsmayıllıda 15-ə yaxın konsertin verilməsi nəzərdə tutulur.xeber100.com

İyul 29, 2017 12:07

“Əbədi musiqi” adlı konsert-tamaşa təqdim ediləcək

Sentyabrın 25-də Heydər Əliyev sarayında Azərbaycan opera və operettalarından ibarət “Əbədi musiqi” adlı konsert-tamaşa təqdim ediləcək.Azərtac xəbər verir ki, konsert-tamaşa Azərbaycan Televiziya və Radiosu, “Mədəniyyət” kanalı, Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi əsasında keçiriləcək.xeber100.com

İyul 29, 2017 10:19

Kinematoqrafçılar İttifaqının məlumatına görə…

Kinematoqrafçılar İttifaqı 2 avqust - Milli Kino Günü münasibətilə bir qrup kino xadiminə bu sahədə üzün müddət səmərəli fəaliyyətinə görə pul mükafatları təqdim edib.Kinematoqrafçılar İttifaqının mətbuat xidmətindən Azərtac-a bildirilib ki, mükafatlar yubilyarlar və veteranlar kateqoriyasını əhatə edir və müvafiq olaraq 450 və 200 manat təşkil edir. Xalq Artisti Yalçın Əfəndiyevə 80, Xalq Rəssamı Rafiq Nəsirov, Əməkdar İncəsənət xadimləri Rafael Qəmbərov, Amin Novruzov və Ənvər Əbluca 70 illik yubileyləri münasibətilə mükafatlar verilib. Əməkdar Mədəniyyət işçiləri Nəriman Şıxəliyev, Şahin Qalabəyov, Lidiya Şarkovkina, Miroslava İsgəndərova, Pərviz Quliyev, Rəfiqə Budaqlı, Akif Rüstəmov, Vladimir Dudniçenko, Natalya Şneyer və Oqtay Babazadəyə veteranlar kateqoriyasından mükafatlar təqdim olunub.Bundan başqa, Respublika Kinematoqrafçılar İttifaqı hər il elan etdiyi, böyük maraqla gözlənilən Milli Kino Mükafatını (2000 manat) da bu günlərdə elan edəcək.xeber100.com

İyul 28, 2017 11:21

“YARAT” Müasir İncəsənət Mərkəzində ustad dərsləri keçiriləcək

İyulun 29-da “YARAT” Müasir İncəsənət Mərkəzində uşaqlar üçün “Tematik təsviri incəsənət” adlı ustad dərsləri keçiriləcək.Azərtac xəbər verir ki, rəssam Nərminə Bağırova tərəfindən aparılacaq ustad dərslərində 3-12 yaşlı uşaqlar iştirak edəcəklər.Dərslərdə uşaqların fikirləri üzərində nağılların yazılması, onların sevimli personajları və qrup iştirakçılarının fikirləri üzərində ümumi kollajın yaradılması mövzularından danışılacaq. Eyni zamanda, balacaları maraqlandıran suallar cavablandırılacaq.xeber100.com

İyul 28, 2017 11:19

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

“YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamla tanışlıq” layihəsi çərçivəsində növbəti tədbir fotoqrafiyaya həsr ediləcək.Azərtac xəbər verir ki, mədəniyyət ocağının növbəti qonağı tanınmış fotoqraf Elmar Mustafazadə olacaq. İyulun 31-də keçiriləcək tədbirdə fotoqrafiya sənətinə aid suallar cavablandırılacaq, bu sahəyə dair məsələlər müzakirə ediləcək. Tədbirdə iştirak sərbəstdir.Dünyanın bir sıra ölkələrində sərgiləri təşkil olunan E.Mustafazadə yaradıcı fotoqrafiyada sənədli-bədii üsluba üstünlük verir. 2009-cu ildən peşəkar fotoqrafiya ilə məşğul olan fotoqraf Azərbaycan Fotoqrafları Birliyinin “İlin debütü – 2011” mükafatına layiq görülüb.xeber100.com

İyul 27, 2017 12:36

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında…

“Retro Bakı” layihəsinin növbəti konsertləri iyulun 28-i və 29-da saat 19:00-da Fəvvarələr Meydanında olacaq.Konsertlər Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilir.İdarədən Azərtac-a bildirilib ki, bu həftənin konsert proqramında tanınmış müğənnilər maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.xeber100.com

İyul 27, 2017 12:31
    Page 116 of 218« First«...102030...114115116117118...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az