03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Musiqi Akademiyasında məzun günü qeyd olunub

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) təntənəli məzun günü qeyd olunub. BMA-dan Azərtac-a bildirilib ki, tədbirdə təhsil nazirinin müavini F.Qurbanov, BMA-nın tələbə, müəllim heyəti və ictimaiyyət nümayəndələri iştirak edib.Tədbirdə BMA-nın rektoru F.Bədəlbəyli çıxış edərək gənclərə rəhbəri olduğu ali təhsil ocağının yaşatdığı ənənələrə daim sadiq olmağı tövsiyə edib.Təhsil nazirinin müavini F.Qurbanov gənc məzunları təbrik edərək, onlara gələcək həyatlarında uğurlar arzulayıb.xeber100.com

İyun 23, 2017 1:39

“Baku Fashion Club” təşkilatının təqdimat mərasimi keçiriləcək

“Excelsior Hotel & Spa Baku” otelinin dəstəyi ilə iyunun 29-da "Baku Fashion Club" (BFC) təşkilatının təqdimat mərasimi keçiriləcək.Azərtac xəbər verir ki, Azərbaycanın moda sahəsinin nümayəndələri arasında geyim və aksesuar dizaynerləri, fəşn-bloggerlər, populyar modellər, jurnalistlər, moda butiklərinin və şou-rumların nümayəndələri, bayerlər, stilist-imicmeykerlər və s. olacaqlar. Müntəzəm müştərək görüşlər keçiriləcək, burada klubun iştirakçıları dostluq şəraitində sərbəst tanış ola, ünsiyyət qura, təcrübə və fikir mübadiləsi apara, maraqlandıqları məsələləri müzakirə edə biləcəklər.Qeyd edək ki, “Baku Fashion Club”unun təşkilatı olan "BFC" - FMS Modelsin prezidenti və "Baku Fashion Night" moda layihəsinin təşkilatçısı Lyubov Qutorova-Poyraza məxsusdur.xeber100.com

İyun 22, 2017 2:39

Opera və Balet Teatrı mövsümə qala-konsertlə yekun vurub

Akademik Opera və Balet Teatrı mövsümə möhtəşəm qala-konsertlə yekun vurub.Teatrdan Azərtac-a məlumat verilib ki, konsertdə truppanın aparıcı solistləri və gənc balet artistlərinin ifasında P.Çaykovski, N.Rimski-Korsakov, Ş-K. Sen-Sans, L.Minkus, M.Ravel, F.Şopen, S.Puni, E.Helsted və başqa bəstəkarların musiqiləri əsasında balet nömrələri təqdim edilib.Qala-konsertdə simfonik orkestri Xalq Artisti, professor Yalçın Adıgözəlov idarə edib. Paytaxt sakinləri ilə yanaşı, xarici qonaqların da qatıldığı konsert proqramı maraqla qarşılanıb.xeber100.com

İyun 22, 2017 2:34

Azərbaycan mədəniyyəti günləri çərçivəsində…

Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi və təşkilatçılığı ilə Səmərqənddə keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində şəhərin Mərkəzi park-bulvarında “Azərbaycan milli libasları - Qarabağ geyimləri”nin dəb sərgisi keçirilib.AMM-nin direktoru Samir Abbasov təkrarsız və zəngin mədəniyyətimiz haqqında danışıb, Azərbaycan mədəniyyətinin beşiyi Qarabağda azərbaycanlıların yaratdığı zəngin mədəni irs barədə məlumat verib.“Qarabağ” şikəstəsinin sədaları altında AMM-nin milli geyimlər kolleksiyasına aid Qarabağın qadın və kişi libaslarını podiumda Ə.Nəvai adına Səmərqənd Dövlət Universitetinin gənc modelyer qızları nümayiş etdirib, bu geyimlərin özünəməxsusluğu haqqında geniş məlumat verilib.İştirakçılara dəb sərgisi çərçivəsində Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Qarabağda xalqımızın yaratdığı zəngin mədəniyyət, mədəni irs təqdim edilib, milli geyimlərin hər bir xalqın qədim tarixini, zəngin mədəniyyətinin göstəricisi olduğu vurğulanıb.Qeyd edək ki, sərginin sonunda Daşkənddəki Qlier adına İxtisaslaşmış Akademik Musiqi Liseyinin tələbə və şagirdləri Qarabağa həsr olunmuş musiqilər ifa ediblər.xeber100.com

İyun 22, 2017 2:32

Nizami Kino Mərkəzində təqdimat keçiriləcək

İyunun 30-da Nizami Kino Mərkəzində “Üçüncü günün adamı” bədii filminin təqdimatı keçiriləcək.Azərtac xəbər verir ki, film Qarabağ mövzusundadır. Uzun müddətli cəzaya məhkum edilmiş filmin qəhrəmanı azadlığa çıxdıqda yaxınlarını dünyadan köçmüş, doğma rayonunun isə işğal edildiyini görür. Təsadüf nəticəsində tanış olduğu həmyerlisi ilə birlikdə təmas xəttini keçərək Kəlbəcərdəki kəndinə gedib çıxan qəhrəman, nəhayət öz arzusuna çatır – ata-anasının qəbirlərini ziyarət edə bilir...“Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılmış filmin quruluşçu rejissoru Babək Şirinsifət, ssenari müəllifi Maqsud Qarayşa, quruluşçu operatoru Rafiq Quliyevdir.Filmdə Hikmət Rəhimov, Rasim Cəfər, Kamran Ağabalayev, Nicat Həbibov, Vidadi Əliyev və b. çəkiliblər.xeber100.com

İyun 20, 2017 12:09

Pantomima Teatrı təqdim edir…

Pantomima Teatrının yaradıcı kollektivi yeni tamaşasını teatrsevərlərə təqdim edib.Azərtac xəbər verir ki, sözügedən tamaşa A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanıb.Nümayiş olunan səhnə əsərinə Leyla Atayevanın quruluşunda baxılıb. Tamaşada rəsmlərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli isə Bəxtiyar Xanızadəyə məxsusdur.Tamaşada rolları Bəhruz Əhmədli, Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandırıblar.xeber100.com

İyun 20, 2017 12:04

Opera və Balet Teatrının məlumatı

Opera və Balet Teatrında C.Verdinin “Traviata” operası növbəti dəfə təqdim edilib.Teatrdan Azərtac-a məlumat verilib ki, səhnə əsərində Alfred rolunu ifa etmək üçün Ukrayna Milli Operasının solisti Dmitri Kuzmin dəvət olunub. Eyni zamanda, operada Violetta partiyasını ifa etmək üçün İnarə Babayeva da səhnəyə çıxıb.Bundan başqa, səhnə əsərində digər partiyaları Azərbaycan vokal sənətinin nümayəndələri Əli Əsgərov, Cahangir Qurbanov, Əkrəm Poladov və Səbinə Əsədova canlandırıblar.Opera ukraynalı dirijor Viktoriya Ratsyuk tərəfindən idarə edilib.xeber100.com

İyun 20, 2017 12:00

Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək

İyulun 3-dən 10-dək İranın Tehran, İsfahan və Təbriz şəhərlərində Azərbaycan mədəniyyəti həftəsi keçiriləcək.Mədəniyyət həftəsi çərçivəsində Azərbaycan filmləri nümayiş olunacaq, fotosərgi açılacaq, konsert proqramları təşkil ediləcək.Azərbaycan mədəniyyəti həftəsinin keçirilməsi ilə əlaqədar mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İrana səfər edəcək. Onun İranın mədəniyyət və islam inkişafı naziri və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.xeber100.com

İyun 18, 2017 12:44

Milli Qurtuluş Günü qeyd olunub

Musiqili Teatrda 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub.Teatrın mətbuat xidmətindən bildirilib ki, bu münasibətlə teatrın direktoru Əliqismət Lalayev Milli Qurtuluş Gününün Azərbaycan xalqının şanlı tarixindəki parlaq səhifələrdən biri olduğunu qeyd edib.Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin həyat və fəaliyyətindən, böyük liderə ehtiyac duyulan bir vaxtda xalqın səsinə səs verərək 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışından və bununla da ölkəni xaosdan, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etməsindən bəhs edib.Daha sonra Musiqili Teatrın gənc əməkdaşları - çıxış edərək Heydər Əliyev dühasının Azərbaycan xalqına verdiyi misilsiz töhfələrdən, 15 İyun - Milli Qurtuluş Gününün onların həyatında oynadığı roldan danışıblar.xeber100.com

İyun 16, 2017 12:05

“Muğam axşamları” layihəsi çərçivəsində…

Beynəlxalq Muğam Mərkəzində reallaşan “Muğam axşamları” layihəsi çərçivəsində növbəti konsert “Çahargah” muğamına həsr olunub.Muğam Mərkəzindən Azərtac-a bildirilib ki, muğamın müxtəlif şöbələrini xalq çalğı alətləri ansamblının müşayiəti ilə dinləyicilərə Əməkdar Artist Sevinc Sarıyeva, xanəndələr Malik Həsənov və Ramiq Bayramov çatdırıblar.Xanəndələr və musiqiçilər tərəfindən böyük məharətlə, ustalıqla təqdim olunan muğamın ifası salonda güclü emosional ovqat yaradaraq böyük rəğbətlə qarşılanıb və alqışlarla müşayiət olunub.İcrasına cari ilin may ayında “Rast” muğamı ilə start verilmiş möhtəşəm layihənin növbəti konserti iyunun 20-də “Bayatı-Şiraz” muğamına həsr ediləcək.xeber100.com

İyun 16, 2017 12:00
    Page 121 of 218« First«...102030...119120121122123...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az