21 Mart 2026 Şənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Xalq Teatrları Festivalının final mərasimi təşkil ediləcək

İyunun 12-də Bakıda ikinci Respublika Xalq Teatrları Festivalının final mərasimi təşkil ediləcək.Azərtac xəbər verir ki, Akademik Milli Dram Teatrında gerçəkləşəcək final mərasimində əvvəlcə xalq teatrlarının çıxışlarına münsiflər heyəti tərəfindən baxış keçiriləcək.İyunun 14-də isə Milli Dram Teatrında təşkil ediləcək bağlanış mərasimində festivalın qalibləri və müxtəlif nominasiyalar üzrə təltif olunan teatrlar mükafatlandırılacaq.Eyni zamanda, festival çərçivəsində sənət ocağında “Açıq qapı” günləri də tətbiq ediləcək.xeber100.com

İyun 3, 2017 12:53

Rəssamlar İttifaqında rəsm sərgisi açılacaq

İyunun 5-də Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Əməkdar Rəssam Rəis Rəsulzadənin sənət əsərlərindən ibarət fərdi rəsm sərgisi açılacaq.Azərtac xəbər verir ki, ekspozisiyada rəssamın peyzaj və portret janrlarında olan əsərləri sərgilənəcək. Doğma vətəninin gözəlliklərini tablolarda əbədiləşdirən R.Rəsulzadənin yağlı boya ilə çəkdiyi “Çinarlar”, “Çaykənd yağışdan sonra”, “Quşçular kəndi”, “Abşeronda”, “Kəpəz və Murovdağ”, “Dəniz kənarında qəsəbə”, “Şəkidə bahar”, “Şahdağ” kimi əsərləri də sərgidə yer alacaq.Sərgi bir həftə davam edəcək.xeber100.com

İyun 3, 2017 12:43

Mahnı Teatrında “Odlar ölkəsi” adlı konsert keçiriləcək

İyunun 7-də Mahnı Teatrında gənc estrada ifaçılarının “Odlar ölkəsi” adlı konserti keçiriləcək.Azərtac xəbər verir ki, konsert “Mədəniyyət” kanalının və “Azərbaycan” radiosunun təşkilatçılığı ilə reallaşacaq.Konsertdə Sərxan Cəfərov, Şövqi Əmrahov, Nigar Xəlili, Tural Xəlilzadə, Şəfiqə Abbasova, Sevinc Cavadova, Səfa Eldar, Fərəh Həsənzadə, İradə Musayeva, Emin İsmayılov, Bəsti Qasımova, Leyla Əmrahova və digərlərinin ifaları dinləniləcək. Gənc müğənniləri Tofiq Əhmədov adına Estrada Simfonik Orkestrinin kiçik heyəti müşayiət edəcək.xeber100.com

İyun 2, 2017 12:52

Milli Konservatoriyada xalq çalğı alətləri orkestrinin konserti olub

Azərbaycan Milli Konservatoriyasında xalq çalğı alətləri orkestrinin konserti olub.Azərtac xəbər verir ki, konsertdə tanınmış bəstəkar, Xalq Artisti Dadaş Dadaşovun əsərləri səsləndirilib.Konservatoriya xorunun da çıxış etdiyi tədbirdə məktəbin tələbələri orkestr ilə birlikdə bəstəkarın mahnılarını ifa ediblər.Orkestrin bədii rəhbəri və dirijoru kimi AMK-nın müəllimi Aysel Bağırova çıxış edib.Sonda Azərbaycan Milli Konservatoriyasında rektoru, Xalq Artisti Siyavuş Kərimi və bəstəkar Dadaş Dadaşov tədbir və ifa olunan musiqilər barədə fikirlərini bölüşüblər.xeber100.com

İyun 2, 2017 12:49

“YARAT” Müasir İncəsənət Mərkəzində sərgi açılacaq

İyunun 7-də “YARAT” Müasir İncəsənət Məkanında Qazaxıstanın tanınmış rəssamlarının əsərlərindən ibarət sərgi açılacaq.“YARAT”dan Azərtac-a bildirilib ki, “Qazaxıstan üzərində günəş və neonlar” sərgisi Erbossın Meldibekov, Baxıt Bubikanova, Qalim Madanov və Zaureş Terekbay, Almagül Menlibayeva, Yelena Vorobyeva, Viktor Vorobyev, Rüstəm Xalfin, Said Atabekov, Mariya Vilkoviski və Rufi Cenrbekova kimi tanınmış rəssamların 1990-cı illərin sonu – 2000-ci illərin əvvəllərinə aid orijinal əsərlərini, habelə yaradıcılığa yeni başlayan Asel Kadırxanova, Nurahmet Nurbol, Suyinbike Süleymanova, Aleksandr Uqay və Qayişa Madanovanın əsərlərini bir araya gətirəcək.Sərginin başlıca məqsədi onilliklər boyunca Qazaxıstanın kollektiv təfəkkürdə canlanan geniş, ucsuz-bucaqsız və əhalisiz coğrafiyasının “ideallaşdırılmış” obrazını dərindən təhlil etməkdir.Sərgi əsasən milli tarixin nəsillərdən-nəsillərə dəyişən yanaşmalarını və problemlərini aşkara çıxarmaqla, bu tarixin postkolonial və kritik baxış bucaqlarını əhatə edən müxtəlif diskurslara ünvanlanır.xeber100.com

İyun 1, 2017 4:13

Musiqili Teatr təqdim edir

İyunun 2-də Musiqili Teatrda “Bremen musiqiçiləri və Pen” musiqili nağıl-tamaşanın premyerası olacaq.Teatrın mətbuat xidmətindən bildirilib ki, yaradıcılıq studiyasında gənclər tərəfindən hazırlanan bu nağıl-tamaşa böyük səhnəyə vəsiqə qazanıb. Uşaqlar üçün nəzərdə tutulan yeni səhnə əsərini Anar Sadıqov Ceyms Barrinin “Piter Pen və Vendi” və Qrimm qardaşlarının məşhur “Bremen musiqiçiləri” nağıllarının süjetləri əsasında səhnələşdirib. Maraqlı hadisələrlə zəngin tamaşanın premyerası bir gündə iki dəfə baş tutacaq. Səhnə əsərində əsas məqsəd dostluğun, ləyaqətin insan həyatında rolunu dinamik və əyləncəli süjet xəttilə balaca tamaşaçılara çatdırmaqdır.xeber100.com  

İyun 1, 2017 4:06

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib

İyunun 1-də Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbir keçirilib.Azərtac xəbər verir ki, Yazıçılar Birliyinin katibi Fikrət Qoca uşaqların bayramını təbrik edib, onların gələcəyin şair və yazıçıları kimi uğurlara çatmasını arzulayıb.Tədbirdə Azərbaycan uşaq ədəbiyyatının nümayəndələri iştirak edib. Xatırladılıb ki, 2009-cu Azərbaycanda “Uşaq ili” elan olunub.xeber100.com

İyun 1, 2017 4:00

Opera və Balet Teatrı iyun repertuarını təqdim edir

Opera və Balet Teatrının iyun repertuarı maraqlı tamaşalarla zəngindir.Azərtac teatrın iyun repertuarını təqdim edir: 7 iyun - Üzeyir Hacıbəyli “Əsli və Kərəm” (ikipərdəli opera) 10 iyun - Jorj Bize “Karmen” (dördpərdəli opera) 11 iyun - Lüdviq Minku “Paxita” (balet), Frederik Şopen “Şopeniana” (balet) 14 iyun - Rudjero Leonkovallo “Payatsı” (ikipərdəli opera) 17 iyun - Qara Qarayev “Yeddi Gözəl” (ikipərdəli balet) 18 iyun - Cüzeppe Verdi “Taraviata” (dördpərdəli opera) 24 iyun - “Qala-balet” (Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının solistlərinin iştirakı ilə).xeber100.com

May 31, 2017 11:32

Mahnı Teatrında konsert təşkil olunacaq

İyunun 9-da R.Behbudov adına Mahnı Teatrında görkəmli müğənni Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert təşkil olunacaq.Bu haqda Azərtac-a teatrın direktor müavini İlqar Musayev məlumat verib.Direktor müavini əlavə edib ki, bundan başqa iyunun 15-də teatrın sənətkarın adını daşıyan instrumental ansamblı maraqlı konsert proqramı ilə çıxış edəcək. 15 iyun- Qurtuluş Gününə həsr olunacaq konsertdə bir sıra xalq və bəstəkar mahnıları səsləndiriləcək.xeber100.com

May 31, 2017 11:27

Gənc Tamaşaçılar Teatrı iyun repertuarını təqdim edir

Gənc Tamaşaçılar Teatrının iyun ayı üçün nəzərdə tutulan repertuarı maraqlı tamaşalarla zəngindir.Azərtac teatrın iyun repertuarını təqdim edir: 1iyun - “Məlikməmmədin nağılı” (premyera) 2 iyun - Yusif Vəliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi 3 iyun - H.X.Andersen “Çirkin ördək balası” K.Qoldoni “Mehmanxana sahibəsi” 4 iyun - Ş.Perro “Çəkməli pişik”, Ə.Əmirli “Ünvansız qatar” 5 iyun - Azərbaycan Yaradıcılıq Fondunun “Sönməyən ulduzlar” teatrının tamaşası 7 iyun - Dövlət Uşaq Filarmoniyasının tədbiri 9 iyun - M.F.Axundzadə “Hekayəti Xırs quldurbasan” 10 iyun - S.S.Axundov, A.Şaiq “Qaraca qız”, V.Şuqrayeva, Ə.Əmirli “Qohumlar” 11 iyun - “Qoğalın nağılı”, Ə.Əmirli “Mən səni sevirəm – MSS” 12-16 iyun kollektivin M.F.Axundzadənin “Sərgüzəşti Vəziri Xani Lənkəran” tamaşası ilə bölgələrə qastrol səfəri 13 uyun - Bələdiyyə Teatrının tamaşası 14 iyun - Bələdiyyə Teatrının tamaşası 16 iyun - Kaspi Təhsil Mərkəzinin tədbiri 17 iyun - “Göyçək Fatma”, C.Cabbarlı “Aydın”.xeber100.com

May 30, 2017 11:57
    Page 124 of 218« First«...102030...122123124125126...130140150...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az