05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Gənc Tamaşaçılar Teatrının məlumatına görə…

Gənc Tamaşaçılar Teatrının yaradıcı heyəti gələn ay respublikamızın bölgələrinə qastrol səfərinə çıxacaq.Teatrdan Azərtac-a bildirilib ki, səfər dövlət başçısının təsdiq etdiyi “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində baş tutacaq.Bu dəfə teatrın yaradıcı heyəti milli dramaturgiyamızın banisi, ölməz Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti-vəziri-xani-Lənkəran” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa ilə respublikanın şimal–qərb bölgəsində çıxış edəcək.Hər il ənənəvi olaraq mövsümün sonunda həyata keçirilən qastrol səfəri bu il iyunun 12-dən 16-dək davam edəcək.xeber100.com  

May 18, 2017 3:23

Opera və Balet Teatrı təqdim edir

Mayın 27-də Opera və Balet Teatrında C.Verdinin “Trubadur” operası nümayiş olunacaq.Teatrdan Azərtac-a bildirilib ki, səhnə əsərində əsas partiyalardan biri - Manriko partiyasını Ə.Nəvai adına Böyük Opera və Balet Teatrının solisti Ramiz Usmanov ifa edəcək.Opera və Balet Teatrının keçmiş solisti, hazırda Manhyem (Almaniya) Milli Opera Teatrında çalışan həmyerlimiz Əvəz Abdullayev isə Qraf di Luna rolunu ifa etmək üçün sənət ocağına dəvət olunub.xeber100.com

May 17, 2017 11:35

Bakı Musiqi Akademiyasında ustad dərsləri təşkil olunub

İtaliyalı pianoçu Aldo Raqonun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) ustad dərsləri təşkil olunub.BMA-dan Azərtac-a bildirilib ki, italiyalı sənətkar öz təcrübəsini akademiyanın tələbələri ilə bölüşüb.İkigünlük ustad dərsləri çərçivəsində A.Raqon piano ifaçılığı sənətinin incəlikləri, habelə bu istiqamətdə tələbələri maraqlandıran sualları cavablandırıb.Sonra ustad dərsləri maraq doğuran sualların müzakirəsi ilə davam edib.xeber100.com

May 16, 2017 11:43

Laçının işğalının 25-ci ildönümünə həsr olunmuş tədbir keçiriləcək

Mayın 16-da Xalça Muzeyində muzeyin Şuşa filialının təşkilatçılığı ilə Laçının işğalının 25-ci ildönümünə həsr olunmuş “Laçın, səndə nələr qaldı...” adlı tədbir keçiriləcək.Muzeydən Azərtac-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd gənclərimizdə vətənpərvərlik ruhunun artırılması, Laçın ziyalılarının örnək dolu yolunu yeni nəslə çatdırmaq, həmçinin qədim sənət nümunələrimizin öyrənilməsi və qorunmasını aşılamaq, eyni zamanda, qədim tarixi diyarımız olan Laçının işğalı zamanı maddi və mədəni abidələrimizə vurulan ziyan və onların talan olunaraq məhv edilməsi problemini cəmiyyətə çatdırmaqdır.Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Fikrət Babayev, Azərbaycan Xalça Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, İCOM-Azərbaycan Milli Komitəsinin sədri Şirin Məlikova və başqaları Laçının tarixi keçmişi,mədəniyyəti, incəsənəti, maarif və elm xadimləri haqqında öz dəyərli fikirlərini bölüşəcəklər.Bədii proqramla davam edəcək tədbirin sonunda “Laçına virtual” səyahət adlı videoçarx nümayiş olunacaq.xeber100.com

May 16, 2017 11:38

Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb

II Respublika Xalq Teatrları Festivalının seçim mərhələləri başlayıb.Nazirlikdən Azərtac-a bildirilib ki, festivalın keçirilməsində məqsəd xalq teatrlarının dəstəklənməsi, onların respublikamızın mədəniyyət və turizm potensialının nümayişində, əhalinin asudə vaxtının təşkilində rolunun artırılmasından ibarətdir. Seçim mərhələsində iştirak edən xalq teatrlarına baxılması, onların sırasından müvafiq olanları final mərhələsi üçün Bakı şəhərinə dəvət edilməsi məqsədilə Gənc Tamaşaçılar Teatrının quruluşçu rejissoru Vaqif Əsədov rəhbərlik etdiyi münsiflər heyəti regionlara ezam edilib.xeber100.com

May 15, 2017 12:36

Beynəlxalq mahnı müsabiqəsinin final şousu başa çatıb

Kiyevin Beynəlxalq Sərgi Mərkəzində keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinin final şousu başa çatıb.Azərtac xəbər verir ki, Portuqaliya təmsilçisi Salvador Sobral 758 xalla yarış cədvəlində birinci olub. O, müsabiqədə "Amar Pelos Dois" mahnısını ifa edib. Beləliklə, “Eruovision - 2018” mahnı müsabiqəsi Portuqaliyada baş tutacaq.İkinci yeri Bolqarıstan təmsilçisi tutub. Azərbaycanlı ifaçı Diana Hacıyeva 120 xalla 14-cü pillədə qərarlaşıb.Qeyd edək ki, Ukraynada keçirilən 62-ci “Eurovision-2017” mahnı müsabiqəsinə 42 ölkə ifaçısı qatılıb. Müsabiqənin final mərhələsində 26 ölkə təmsilçisi öz səhnə perfomansını nümayiş etdirib. Azərbaycan təmsilçisi Diana Hacıyeva səhnəyə 12-ci çıxaraq “Skeletons” mahnısını səsləndirib.xeber100.com

May 14, 2017 1:50

“”Eurovision-2017” mahnı müsabiqəsinə 60 mindən çox bilet satılıb

Kiyevdə keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinə ümumilikdə 60 mindən çox bilet satılıb.Azərtac xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.V.Kliçko bildirib ki, mahnı müsabiqəsi zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib. Onun sözlərinə görə, “Eurovision-2017” mahnı müsabiqəsini təxminən 230 milyon insan izləyib. Bu isə Kiyev şəhərinin tanıdılmasında, onun inkişafında müstəsna rol oynayacaq.Kiyev meri vurğulayıb ki, mahnı müsabiqəsində iştirak etmək üçün 60 min qonaq şəhərə təşrif buyurub.xeber100.com

May 14, 2017 1:46

Bir sıra ölkələrin mədəniyyət günləri keçirilməyə başlayıb

Xəbər verdiyimiz kimi, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Bakıda Sabir bağında oyunlarda iştirak edən bir sıra ölkələrin mədəniyyət günlərini keçirməyə start verib.Azərtac xəbər verir ki, bu qəbildən olan ikinci tədbir mayın 14-də İndoneziya və Malayziya ölkələrinə həsr edilib.Belə ki, səhər saatlarından başlayaraq paytaxt sakinləri və şəhərimizin qonaqları hər iki ölkənin mədəniyyət günü çərçivəsində İndoneziya və Malayziyanın muzey eksponatları, sənətkarlarının əl işləri, milli mətbəxi ilə tanış olmaq imkanı əldə ediblər. Həmçinin tədbir çərçivəsində iki ölkənin sənətkarlarının iştirakı ilə konsert proqramının təşkili də nəzərdə tutulur.Qeyd edək ki, İslamiada çərçivəsində Sabir bağında Misir, Türkiyə və digər İslam ölkələrinin də mədəniyyət günləri keçiriləcək. Hər gün tanınmış azərbaycanlı ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunacaq.xeber100.com

May 14, 2017 1:30

“Muğam axşamları” adlı yeni ayihəyə start verilir

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Muğam axşamları” adlı yeni layihəyə start verilir. Layihədə mayın 16-dan iyunun 30-dək Azərbaycan muğamları – “Rast”, “Şur”, “Segah”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun” tanınmış muğam ifaçıları tərəfindən ifa ediləcək.Muğam Mərkəzindən Azərtac-a bildirilib ki, layihənin ilk konserti mayın 16-da “Rast” muğamının ifası ilə başlayacaq.xeber100.com  

May 13, 2017 9:19

“Eurovision-2017” mahnı müsabiqəsinin finalı keçiriləcək

Bu gün Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin finalı keçiriləcək.Azərtac xəbər verir ki, iki yarımfinalın nəticəsinə uyğun olaraq, finalda 26 ifaçı mübarizə aparacaq.Bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Belə ki, Portuqaliya və Rumıniya yenidən müsabiqəyə qayıdıb.Final şousu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilərlər. 2016-cı ildən səslərin sayılması qaydaları dəyişdirilib: peşəkar münsiflər və televiziya tamaşaçıları müsabiqə iştirakçılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqda əvvəlcə münsiflərin balları açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcəklər.Qeyd edək ki, Azərbaycanı "Sceletons" mahnısı ilə müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.xeber100.com

May 13, 2017 9:04
    Page 126 of 218« First«...102030...124125126127128...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az