03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“”Eurovision-2017” mahnı müsabiqəsinə 60 mindən çox bilet satılıb

Kiyevdə keçirilən “Eurovision-2017” mahnı müsabiqəsinə ümumilikdə 60 mindən çox bilet satılıb.Azərtac xəbər verir ki, bu barədə Kiyev meri Vitali Kliçko məlumat verib.V.Kliçko bildirib ki, mahnı müsabiqəsi zamanı təhlükəsizlik tədbirləri yüksək səviyyədə həyata keçirilib. Onun sözlərinə görə, “Eurovision-2017” mahnı müsabiqəsini təxminən 230 milyon insan izləyib. Bu isə Kiyev şəhərinin tanıdılmasında, onun inkişafında müstəsna rol oynayacaq.Kiyev meri vurğulayıb ki, mahnı müsabiqəsində iştirak etmək üçün 60 min qonaq şəhərə təşrif buyurub.xeber100.com

May 14, 2017 1:46

Bir sıra ölkələrin mədəniyyət günləri keçirilməyə başlayıb

Xəbər verdiyimiz kimi, IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Milli Turizm Təbliğat Bürosu Bakıda Sabir bağında oyunlarda iştirak edən bir sıra ölkələrin mədəniyyət günlərini keçirməyə start verib.Azərtac xəbər verir ki, bu qəbildən olan ikinci tədbir mayın 14-də İndoneziya və Malayziya ölkələrinə həsr edilib.Belə ki, səhər saatlarından başlayaraq paytaxt sakinləri və şəhərimizin qonaqları hər iki ölkənin mədəniyyət günü çərçivəsində İndoneziya və Malayziyanın muzey eksponatları, sənətkarlarının əl işləri, milli mətbəxi ilə tanış olmaq imkanı əldə ediblər. Həmçinin tədbir çərçivəsində iki ölkənin sənətkarlarının iştirakı ilə konsert proqramının təşkili də nəzərdə tutulur.Qeyd edək ki, İslamiada çərçivəsində Sabir bağında Misir, Türkiyə və digər İslam ölkələrinin də mədəniyyət günləri keçiriləcək. Hər gün tanınmış azərbaycanlı ifaçıların iştirakı ilə konsert proqramı təqdim olunacaq.xeber100.com

May 14, 2017 1:30

“Muğam axşamları” adlı yeni ayihəyə start verilir

Beynəlxalq Muğam Mərkəzinin təşkilatçılığı ilə “Muğam axşamları” adlı yeni layihəyə start verilir. Layihədə mayın 16-dan iyunun 30-dək Azərbaycan muğamları – “Rast”, “Şur”, “Segah”, “Cahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun” tanınmış muğam ifaçıları tərəfindən ifa ediləcək.Muğam Mərkəzindən Azərtac-a bildirilib ki, layihənin ilk konserti mayın 16-da “Rast” muğamının ifası ilə başlayacaq.xeber100.com  

May 13, 2017 9:19

“Eurovision-2017” mahnı müsabiqəsinin finalı keçiriləcək

Bu gün Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin finalı keçiriləcək.Azərtac xəbər verir ki, iki yarımfinalın nəticəsinə uyğun olaraq, finalda 26 ifaçı mübarizə aparacaq.Bu il müsabiqədə rekord sayda - 42 ölkə iştirak edib. Belə ki, Portuqaliya və Rumıniya yenidən müsabiqəyə qayıdıb.Final şousu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Finalda iştirakçı ölkələrin tamaşaçıları öz təmsilçiləri istisna olmaqla iştirakçılara səs verə bilərlər. 2016-cı ildən səslərin sayılması qaydaları dəyişdirilib: peşəkar münsiflər və televiziya tamaşaçıları müsabiqə iştirakçılarına ayrı-ayrılıqda səs verirlər. Nəticələr elan olunduqda əvvəlcə münsiflərin balları açıqlanacaq. Bundan sonra aparıcılar tamaşaçıların səsverməsinin nəticələrini elan edəcəklər.Qeyd edək ki, Azərbaycanı "Sceletons" mahnısı ilə müsabiqədə təmsil edən Diana Hacıyeva 12-ci sırada çıxış edəcək.xeber100.com

May 13, 2017 9:04

Konsert proqramı təşkil ediləcək

İyunun 3-də Heydər Əliyev Sarayında yüzlərlə unudulmaz və sevilən mahnıların müəllifi, onlarla filmə öz musiqisi ilə ruh verən, bir çox televiziya və teatr tamaşalarını öz musiqiləri ilə insanlara daha da sevdirən görkəmli bəstəkar Emin Sabitoğlunun mahnılarından ibarət konsert proqramı keçiriləcək.Gecədə bəstəkarın “Bakı sabahın xeyir”, “Uzaq yaşıl ada”, “Payız gəldi”, “Bu gecə”, “Şükriyyə”, “Alagözlüm”, “Çiçək yağışı”, “Ayrılma məndən”, “Qəlbimdə qaldın”, “Əlvida”, “Dərələr” və digər sevilən mahnıları səsləndiriləcək.xeber100.com  

May 13, 2017 9:00

Kinematoqrafiya Universitetinə sənədlərin qəbulu davam edir

Ümumrusiya Kinematoqrafiya Universiteti ilə aparılmış danışıqlar nəticəsində Mədəniyyət və Turizm Nazirliyinin vəsaiti hesabına bir neçə kino ixtisası üzrə rus dilində bakalavr təhsil almaq üçün cari ildə gənclərin oxumağa göndərilməsi planlaşdırılır. Kino və televiziya rejissoru ixtisası üzrə 2, kinooperator 2, animasiya və kompüter qrafikası rejissoru ixtisası üzrə isə 1 yer ayrılıb.Daha hazırlıqlı namizədləri müəyyən edib, onları Moskvaya qəbul imtahanlarına göndərmək məqsədiləKinematoqrafçılar İttifaqı və “Azərbaycanfilm” kinostudiyasının iştirakı ilə seçim komissiyası yaradılıb. Namizədlər üçün məsləhət saatları təyin olunacaq.“Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, abituriyentlərin sənədləri rus dilində iyunun 15-dək “Azərbaycanfilm” kinostudiyasına təqdim etmələri tələb olunur.xeber100.com

May 12, 2017 12:51

Rus Dram Teatrında uşaq şou-müzikli təqdim ediləcək

İyunun 11-də Rus Dram Teatrında “Alisa yeni macəralar axtarışında” adlı uşaq şou-müzikli təqdim ediləcək.Azərtac Rus Dram Teatrının saytına istinadla xəbər verir ki, tamaşaçıları Luis Kerrolun ölməz süjetinin yeni və gözlənilməz səhnə təcəssümü qarşılayacaq. Şouda möcüzə reallığa çevriləcək, reallıq isə möcüzəyə bənzəyəcək. Gözlənilməz obrazlar, rəngarəng dekorasiya və kostyumlar, hazırcavab aktyor oyunu, şux musiqi nə balaca tamaşaçıları, nə də böyükləri laqeyd qoymayacaq. Şounun yaradıcıları L.Kerrolun kitabından əsas səhnələri saxlayıblar.“Alisa yeni macəralar axtarışında” adlı şou-müzikl təkcə hər şeyi bilməyə can atan qızın nağıllar ölkəsinə səyahəti deyil, həm də L.Kerrolun “Alisa möcüzələr ölkəsində” əsərində təsvir etdiyi fantastik dünyanın məxsusi dekorasiyalarıdır.xeber100.com

May 12, 2017 12:46

“Eurovision-2017” mahnı müsabiqəsinin qaliblərinin adları açıqlanıb

Bukmekerlər Ukraynanın paytaxtı Kiyevdə keçirilən "Eurovision-2017" mahnı müsabiqəsinin qaliblərinin adlarını açıqlayıb.Azərtac xəbər verir ki, bukmekerlər İtaliya təmsilçisi Françesko Qabbanini müsabiqənin qalibi kimi proqnozlaşdırırlar. İkinci yerdə Portuqaliyadan Salvador Sobral, üçüncü yerdə isə Bolqarıstan təmsilçisi Kristian Kostov yer alıb.Bukmekerlər Azərbaycanı müsabiqədə "Skeletons" mahnısı ilə təmsil edən Diana Hacıyevanı (DiHaj) 15-ci sırada qərarlaşdırıb. Sonuncu pillədə isə Ukrayna təmsilçisi yer alıb.Xatırladaq ki, mayın 13-də keçiriləcək final mərhələsində Azərbaycan təmsilçisi Diana Hacıyeva (DiHaj) 12-ci sırada çıxış edəcək.xeber100.com

May 12, 2017 12:35

Pantomima Teatrı təqdim edir

Pantomima Teatrının yaradıcı kollektivinin hazırladığı yeni səhnə əsəri - “Qoca və Mələk” mayın 14-də yenidən nümayiş olunacaq.Teatrdan Azərtac-a bildirilib ki, rejissor Elnur Rzayevin quruluşunda hazırlanan səhnə əsəri bir qocanın həyat hekayəsindən bəhs edir. Hadisələr onun başına gələn əhvalatlar fonunda cərəyan edir. Plastik həll üzrə rejissoru Xalq Artisti Bəxtiyar Xanızadə olan səhnə əsərinin musiqi tərtibatı Leyla Atayevaya məxsusdur.xeber100.com

May 12, 2017 12:33

Opera və Balet Teatrı təqdim edir

Mayın 24-də Opera və Balet Teatrında Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin “İntizar” operası növbəti dəfə nümayiş olunacaq.Teatrdan bildirilib ki, səhnə əsəri Xeyir və Şər qüvvələrin mübarizəsi, günahsız insanların ölümü, yaxın qonşuların xəyanətindən bəhs edir.xeber100.com

May 11, 2017 12:43
    Page 127 of 218« First«...102030...125126127128129...140150160...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az