Nizami Kino Mərkəzində 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş bayram konserti təşkil edilib.Baş İdarədən Azərtac-a bildirilib ki, G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin şagirdlərinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev, Əməkdar İncəsənət Xadimi Sərdar Fərəcov, Əməkdar Artist Anar Şuşalı və başqaları çıxış edərək 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə bütün qadınları təbrik ediblər.Bildirilib ki, çoxəsrlik mədəni irsimizin inkişafında misilsiz xidmətləri olan əxlaqi-mənəvi sərvətlərimizi və mədəni-tarixi dəyərlərimizi qoruyub, yaşatması Azərbaycan qadınının müasir dövlətçiliyimizə ən böyük töhfəsidir.xeber100.com