Bu gün çərşənbələrin ilki – Su çərşənbəsidir

Fevralın 21-də ölkəmizdə Novruz bayramının əsas atributlarından olan çərşənbələrin ilki - Su çərşənbəsi bayram edilir.AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlil Azərtac-a Su çərşənbəsi ilə bağlı xalqımızın adət-ənənələri və inanclarından danışıb.Azərbaycan xalqının bayram mədəniyyətinin qədim və zəngin olduğunu bildirən A.Xəlil deyib: “Bu bayramların içərisində qışın yola salınması, baharın gəlişi və təbiətin dirilməsini rəmzləşdirən çərşənbələrin özünəməxsus yeri var. Çərşənbələr yaradılışın xalq düşüncəsindəki təsəvvürləri üzərində meydana gəlib. Orta əsrlər dövründə dünyanın yaranmasının əsasında dörd ünsürün durması və bu əsasda Şərqdə formalaşan, “ab” (su), “atəş” (od), “xak” (torpaq), “bad” (külək) ilə əsaslandırılan dörd ünsür nəzəriyyəsi çərşənbələrin bayram kimi formalaşmasına təsir göstərib. Azərbaycan qədimdən çərşənbə bayramlarının keçirildiyi coğrafiya olaraq tanınır. Əski təqvimlə ilin son dörd çərşənbəsi bayram kimi keçirilir. Novruza bir ay qalmış dörd çərşənbə sıra ilə qeyd edilir. Bu çərşənbələrdə mövsümlə bağlı ritual və mərasim nəğmələri icra olunur. Yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən hazırlıq görülür. Novruz öncəsi keçirilən dörd çərşənbədən birincisi isə Su çərşənbəsidir”.Şöbə müdiri bildirib ki, çərşənbələrin xalq arasında fərqli adlarla adlandırılması ənənəsi də mövcuddur. Yazın gəlməsini gözləyən qədim əkinçi qış çillələrini yola saldıqdan sonra yerdə qalan bir ayın hər çərşənbəsini bayram edirdi. Bunlara “Oğru üzgü”, “Doğru üzgü” və “İlaxır çərşənbə” də deyilib. Bu çərşənbələrin hərəsinə görə öz adət-ənənələri olub: “Novruza bir ay qalmış qeyd olunan 4 ilaxır çərşənbədən birincisi “Birinci çər-şənbə”, “Yalançı çərşənbə”, “Əzəl çərşənbə”, “Su çərşənbəsi” adlandırılıb. Çərşənbələrin adlandırılmasında yerli adlar da mövcuddur. Məsələn, Şuşada birinci çərşənbədən öncəki çərşənbəyə “Yalançı çərşənbə”, digər dörd ilaxır çərşənbəyə isə “birinci tək”, “ikinci tək”, “üçüncü tək”, “dördüncü tək” və “axırıncı tək” deyilib”.A.Xəlil qeyd edib ki, qədim etiqadlara görə, son ayın hər həftəsində sanki bu ünsürdən biri canlanır, oyanır, yaşamağa başlayır. Bunların hamısının dirilməsi, qızması, yeni keyfiyyət kəsb etməsi ilə ümumiyyətlə, təbiət oyanır, qış qurtarır, yaz başlanır. Qədim və orta əsrlər Azərbaycanında bu dörd ünsürdən hər birinin qışın əsarətindən qurtarması həmin ünsürün adı ilə bağlı olan həftənin son çərşənbəsində xüsusi şəkildə qeyd edilib.“Əski təqvimə görə, “ilaxır çərşənbə”lərin birincisi olan Su çərşənbəsi boz ayın dörd çərşənbəsinin ilkidir. Yaradılışın sudan başlanması, həyatın ilk qaynağının su olması qədim təsəvvürlərdə də öz əksini tapır.xeber100.com

Fevral 21, 2017 1:34

“Palazzo Brancaccio” sarayında ədəbi-musiqili tamaşa nümayiş etdirilib

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Azərbaycanın İtaliyadakı səfirliyi və “Espressione d'Arte” Assosiasiyasının birgə təşkilatçılığı ilə Romanın tarixi “Palazzo Brancaccio” sarayında “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa nümayiş etdirilib. Tədbirə İtaliyanın dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, İtaliyada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, ölkənin mədəniyyət, elm, akademik dairələrinin tanınmış şəxsləri, jurnalistlər də daxil olmaqla ümumilikdə 250-dən çox tamaşaçı qatılıb.Əvvəlcə tədbir üçün hazırlanmış “Qarabağın səsi” adlı videoçarx təqdim edilib. Tanınmış xanəndə Tacir Şahmalıoğlunun ifasında “Bayatı-şiraz” muğamının sədaları altında Qarabağın Azərbaycanın tarixi-əzəli torpağı olmasını, habelə Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın viran qalmasını göstərən kadrlar nümayiş etdirilib.Sonra İtaliya parlamentində Azərbaycanla dostluq qrupunun sədri, senator Sercio Divina çıxış edərək ermənipərəst çevrələrin Xocalı soyqırımı barədə həqiqətlərin yayılmasına mane olduqlarını, bu kimi tədbirlərin Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasındakı əhəmiyyətini vurğulayıb. Xocalı qətliamının Ermənistanın işğalçılıq siyasətinin tərkib hissəsi olduğunu söyləyən senator BMT və digər beynəlxalq təşkilatlar tərəfindən münaqişə barədə qəbul edilmiş sənədlərin uzun illər keçsə də yerinə yetirilməməsinin qəbuledilməzliyini bildirib.xeber100.com

Fevral 21, 2017 12:40