Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yazıçı-dramaturq Aqşin Babayevin “Səhnə. Ekran. Efir” adlı kitabı işıq üzü görüb.Azərtac bildirir ki, kitab “Şərq-Qərb” nəşriyyat evində yüksək poliqrafiq səviyyədə çap olunub.Kitabda müəllif haqqında deyilir: “Aqşin Babayevin “Xilaskar”, “Oğul”, “Bir parça həyat”, “Yaralar”, “Kim nə deyər...”, “Nekroloq”, “Olmuş əhvalat”, “Dəvətnamə”, “Mükafat”, “Əzizim Vətən yaxşı”, “Gecikmiş bahar” və başqa pyesləri teatr səhnələrində və televiziya ekranlarında nümayiş etdirilib, radio dalğalarında səsləndirilib. Onun ulu öndər Heydər Əliyevə həsr etdiyi “Xilaskar” pyesi İrəvan Dövlət Azərbaycan Dram Teatrının quruluşunda Türkiyədə, Rusiyada, Gürcüstanda uğurla tamaşaya qoyulub. A.Babayevin əsərləri Amerika, Almaniya, Rusiya, Moldova və başqa ölkələrdə nəşr olunub”.Yeni kitabda Aqşin Babayevin 17 pyesi verilib. Mövzusu real həyatımızdan alınan bu əsərlərin böyük bir qismi teatr səhnələrində nümayiş olunub, Azərbaycan televiziyası və radiosunun qızıl fonduna daxil edilib.xeber100.com