28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Rus Dram Teatrı mart repertuarını təqdim edir

Rus Dram Teatrının mart repertuarında böyüklər və uşaqlar üçün maraqlı tamaşalar yer alıb.Azərtac teatrın mart ayı üçün repertuarını təqdim edir: 3 mart - “Artistin taleyi” 4 mart – “Ər arvadını atıb getdi” 5 mart – “Afina axşamları” 10 mart - “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” 11 mart - “Məhəbbətlə zarafat etmirlər” 12 mart – “Senyor Todero-xuliqan” (premyera) 17 mart- “Yeddi gözəl” 18 mart - “Şəhrizadın daha bir gecəsi” 19 mart - “Xalam Bundu” 24 mart – Qastrol tamaşası, Tbilisi 25 mart – “Kazanova: sevgi dərsləri” 26 mart – “Əli və Nino” (premyera) Uşaqlar üçün: 4, 24 mart – “Nağılı tap-1!” 5, 25 mart – “Nağılı tap-2!” 11 mart - “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl” 12, 23 mart - “Durnabalığının buyruğu ilə” 18 mart – “Güləbətin tikən qız və süpürgəçi” 19, 26 mart – “Nağılı tap-5!” 22 mart - “Gəlin, nağıla baxaq” Böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00-da başlanır.xeber100.com  

Fevral 19, 2017 12:42

“Türk dünyasının öncülləri” adlı növbəti konfransda…

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ənənəvi “Türk dünyasının öncülləri” adlı növbəti konfransı böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın vəfatının 110 illiyinə həsr olunub.Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Elman Quliyevin Şəhriyarın həyat və yaradıcılığına həsr etdiyi məruzəsi dinlənilib.Sonra TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov və başqalarının çıxışları olub.TÜRKSOY tərəfindən 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan olunduğunu diqqətə çatdıran D.Kaseinov Azərbaycan ədəbiyyatının inkişafında Şəhriyar yaradıcılığının yeri və rolunu yüksək qiymətləndirib. O bildirib ki, Şəhriyar görkəmli Azərbaycan ədibləri Mirzə Ələkbər Sabir, Molla Pənah Vaqif və digərlərinin əsərlərindən yetərincə bəhrələnərək öz poeziya yaradıcılığını zənginləşdirə bilmişdir.TÜRKSOY və Anadolu Universitetinin təşkilatçılığı ilə Şəhriyar yaradıcılığına həsr olunan daha bir anım mərasimi isə Türkiyənin Əskişəhər şəhərində keçirilib.xeber100.com

Fevral 19, 2017 11:56

“Muzeylər – mədəniyyətlər arasında körpüdür”…

Fevralın 19-da Milli İncəsənət Muzeyində “Muzeylər - mədəniyyətlər arasında körpüdür” adlı proqram təqdim ediləcək.Muzeydən Azərtac-a bildirilib ki, proqram dövlətimiz tərəfindən geniş təbliğ edilən multikulturalizm ideyalarının dəstəyi və inkişafına həsr edilib. Proqram çərçivəsində dünya xalqlarının ənənəvi, rəngarəng, yaddaqalan bayramları və adət-ənənələrinin muzeydə qeyd edilməsi nəzərdə tutulur. İlk olaraq Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə Rusiya regionlarında ən tanınmış və geniş surətdə qeyd edilən Maslenitsa bayramına həsr olunmuş xüsusi proqram təqdim ediləcək.xeber100.com

Fevral 18, 2017 2:24

“Rəssamla tanışlıq” adlı yeni layihə təqdim ediləcək

Fevralın 24-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamla tanışlıq” adlı yeni layihə təqdim ediləcək.İlk tədbirin qonağı Azərbaycanın Xalq Rəssamı, dəzgah qrafikası ustası, plakatçı və kitab tərtibatçısı Arif Hüseynovdur. Görüş “Müasir miniatür sənəti” mövzusuna həsr olunacaq.Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi iştirakçıları müasir rəssamların istifadə etdikləri yeni texnologiya və materiallarla yaxından tanış etməkdir. Layihə çərçivəsində dəvət olunmuş sənətkarlar öz şəxsi təcrübələrini və peşəkar sirlərini bölüşəcəklər.Proqramın praktiki hissəsində rəssamın rəhbərliyi altında onun metodologiyasına uyğun olaraq hər bir iştirakçı sadə çalışmaları yerinə yetirəcək.

Fevral 18, 2017 2:21

Nizami Kino Mərkəzinin təqdimatında…

Nizami Kino Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Kağız qəbir” filminin təqdimatı keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, İLESAM-ın Azərbaycandakı əlaqələndiricisi, filmin ideya rəhbəri Xəyal Rza çıxış edərək xalqımızın başına gətirilən faciələrdən danışıb, Xocalı soyqırımının insanlıq əleyhinə cinayət olduğunu diqqətə çatdırıblar.Qeyd olunub ki, bəşəri ağrını, həqiqi soyqırımı əks etdirən film Türkiyədə də ictimaiyyətə təqdim olunacaq.xeber100.com

Fevral 18, 2017 2:17

Nizami Kino Mərkəzinin məlumatına görə…

Nizami Kino Mərkəzində Azərbaycan istehsalı olan “Ər quyusu” və Türkiyənin “Kötü çocuk” bədii filmlərinin nümayişi başlanıb.Mərkəzin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Ər quyusu” filminin ssenari müəllifi və quruluşçu rejissoru Səidə Haqverdiyevadır. Film komediya və dram janrındadır.“AF Media” şirkətinin təqdim etdiyi, romantik janrda çəkilən “Kötü çocuk” filminin rejissoru və ssenari müəllifi Yağız Alp Akaydındır. Ekran əsəri doğulandan sonra atası tərəfindən tərk edilən qızın həyatından bəhs edir.xeber100.com

Fevral 17, 2017 11:51

Rusiya Böyük Teatrı təqdim edir

Mayın 19-dan 21-dək Rusiya Dövlət Akademik Böyük Teatrında bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” üçpərdəli baleti nümayiş etdiriləcək.Azərtac xəbər verir ki, bu barədə məlumat teatrın saytında yer alıb. “Məhəbbət əfsanəsi” baleti mayın 20-də iki dəfə - gündüz və axşam seanslarında nümayiş olunacaq.Gecə seansında orkestrə Rusiyanın Əməkdar Artisti Pavel Sorokin, gündüz isə beynəlxalq mükafatlar laureatı Pavel Kliniçev dirijorluq edəcək.Əsərin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Akademik Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb.xeber100.com

Fevral 17, 2017 11:48

“Türkvizyon” müsabiqəsi Qazaxıstanda keçiriləcək

Türkdilli ölkələrin müasir estrada musiqisi yarışması - “Türkvizyon” bu il Qazaxıstanda keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.Qeyd edək ki, “Türkvizyon” müsabiqəsi Türk Musiqi Birliyi (TMB) televiziya kanalının layihəsidir. Layihəyə TÜRKSOY və digər qurumlar dəstək verir.Müsabiqədə həm türkdilli ölkələrin nümayəndələri, həm də digər ölkə və regionlardan türk əsilli ifaçılar iştirak edə bilər.Müsabiqə ilk dəfə 2013-cü ildə Türkiyədə keçirilib. İkinci müsabiqəyə 2014-cü ildə Tatarıstanın Kazan şəhəri ev sahibliyi edib.Xatırladaq ki, İstanbulda keçirilən sonuncu yarışmaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr, Almaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, İran, Albaniya, Moldova (Qaqauz Yeri), Rumıniya, Ukrayna, Belarus, Makedoniya, Kosovo, Serbiyanın Sancaq bölgəsi, Suriya (Bayırbucak) və İraq türkmənlərinin təmsilçiləri qatılmışdı. Münsiflər heyətinin verdiyi ballara əsasən “Türkvizyon-2015”in qalibi Qırğızıstan təmsilçisi Jiydeş İdirisova olmuş, ikinci yeri Qazaxıstanın “Orda” qrupu, üçüncü yeri isə Türkiyə təmsilçisi Görkem Yılmaz qazanmışdı.xeber100.com

Fevral 17, 2017 11:44

“Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində…

“Azərbaycanfilm” kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində fevralın 16-dan etibarən “İçəri şəhər” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.“Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, filmin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının “Facebook” səhifəsində yerləşdiriləcək.Qeyd edək ki, ekran əsəri hazırda Hindistanın 3-cü “Kozhikode” Beynəlxalq Film Festivalında nümayiş olunur.xeber100.com

Fevral 16, 2017 11:26

Türk xalqlarının ortaq ədəbi irsi…

Türk xalqlarının ortaq ədəbi irsi olan Molla Nəsrəddin lətifələri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə ingilis dilində toplu halında oxucuların ixtiyarına verilib.Nazirlikdən Azərtac-a bildirilib ki, toplunu ingilis dilinə uzun illər Azərbaycanda yaşamış kanadalı tərcüməçi Allen Hossini çevirib. Tanınmış rəssam Vüqar Əlinin məxsusi illüstrasiyalar çəkdiyi kitab “Efendi” nəşriyyat evi tərəfindən yüksək poliqrafik keyfiyyətlə çap olunub.Yerli oxucular tabeçilikdə olan kütləvi kitabxanalarda “Molla Nasraddin Anecdotes” kitabı ilə tanış ola bilərlər. Kitab Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq kitab sərgilərində dünya oxucusuna təqdim olunacaq.xeber100.com

Fevral 16, 2017 11:22
    Page 146 of 219« First«...102030...144145146147148...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az