15 Aprel 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Xalça Muzeyinin təşkilatçılığı ilə…

Fevralın 21-də Binəqədi Rayon İcra Hakimiyyəti və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə “Xalçaçılıq sənətini yaşat və təbliğ et” layihəsinin yekun tədbiri təşkil olunacaq.Muzeydən Azərtac-a bildirilib ki, tədbir dövlət başçısının “Azərbaycan xalça sənətinin qorunması və inkişaf etdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrasının təmin edilməsi barədə Fərmanına uyğun olaraq keçiriləcək. İştirakçılar Azərbaycan Xalça Muzeyini ziyarət edəcək və onlara eksponatlar haqqında geniş məlumat veriləcək. Həmçinin layihəni uğurla başa vuran gənclərə sertifikat təqdim olunacaq.Layihənin əsas məqsədi respublikamızın bütün bölgələrində Azərbaycan xalqının sevə-sevə yaşatdığı, əsrlər boyu qoruduğu xalçaçılıq sənəti tarixinin öyrənilməsi, müvafiq sahənin dirçəlişi və gənc nəsillərə təbliği məqsədilə xalçaçılıq üzrə tədris planı təşkil etməkdir. Layihəyə ilk dəfə Gəncə şəhərindən start verilib.xeber100.com

Fevral 20, 2017 10:59

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Fevralın 24-də “YARAT” Müasir İncəsənət Mərkəzinin ARTIM layihə məkanında gənc rəssamlar Hatəm Əlizadə, Mousa Bəyzadə, Əli Həsənov, Novruz Məmmədov, Filipp Messner, Seymur Seyidbəyli və Sabit Zamanovun əsərlərindən ibarət “Disfoniya” sərgisinin finisaj tədbiri təşkil olunacaq.Azərtac xəbər verir ki, “Təbəssüm, təbəssümü unutma!” adlı tədbirə hər kəs qatıla bilər. Tədbirin məzmunu 1977-ci ildə “Voyacer 1” kosmik aparatının göyərtəsində kosmosa göndərilən qızıl valdan (üzərində səs yazılmış yastı çarx) ilhamlanaraq təşkil olunub. Tədbir çərçivəsində Mousa Bəyzadə tərəfindən tərtib edilmiş və “Voyacer” qızıl valdakı mahnıların da əlavə edildiyi musiqilər səslənəcək. Tədbirin adı isə Seymur Seyidbəylinin “Daxili söhbət” əsərindən götürülüb. Qeyd edək ki, bu əsərdə bütün cəmiyyətlərdə hər bir insanın gec-tez qarşılaşacağı davranış və qavrama ilə bağlı qanunlardan bəhs edilir. Amma bu qanun və dəyərlərə uzaq kosmos perspektivindən baxdıqda onlar absurd və qəribə görünə bilər.xeber100.com

Fevral 20, 2017 10:44

Ədəbi-bədii kompozisiya gecəsi keçiriləcək

Martın 21-də Heydər Əliyev Sarayında “Muğam və mənəviyyat” adlı ədəbi-bədii kompozisiya gecəsi keçiriləcək.Sarayın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, gecədə Xalq artistləri Arif Babayev, Səkinə İsmayılova, Nəzakət Teymurova, Aygün Bayramova, Gülyanaq Məmmədova, Əməkdar artistlər Almaz Orucova, Ehtiram Hüseynov, Azərbaycan Televiziyasının solistləri Kamilə Nəbiyeva, Mirələm Mirələmov, Səbinə Ərəbli, Ayşən Mehdiyeva və Fəraməz Gərmrudi çıxış edəcək. Gecədə muğam və təsniflər təqdim olunacaq.Fəraməz Gərmrudinin təqdimatında keçiriləcək gecədə xanəndələri “Könül” ansamblı müşayiət edəcək.Biletləri şəhərin kassalarından və “ASAN xidmət” mərkəzlərindən, həmçinin iticket.az saytından onlayn əldə etmək olar.xeber100.com

Fevral 19, 2017 12:46

Rus Dram Teatrı mart repertuarını təqdim edir

Rus Dram Teatrının mart repertuarında böyüklər və uşaqlar üçün maraqlı tamaşalar yer alıb.Azərtac teatrın mart ayı üçün repertuarını təqdim edir: 3 mart - “Artistin taleyi” 4 mart – “Ər arvadını atıb getdi” 5 mart – “Afina axşamları” 10 mart - “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur” 11 mart - “Məhəbbətlə zarafat etmirlər” 12 mart – “Senyor Todero-xuliqan” (premyera) 17 mart- “Yeddi gözəl” 18 mart - “Şəhrizadın daha bir gecəsi” 19 mart - “Xalam Bundu” 24 mart – Qastrol tamaşası, Tbilisi 25 mart – “Kazanova: sevgi dərsləri” 26 mart – “Əli və Nino” (premyera) Uşaqlar üçün: 4, 24 mart – “Nağılı tap-1!” 5, 25 mart – “Nağılı tap-2!” 11 mart - “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl” 12, 23 mart - “Durnabalığının buyruğu ilə” 18 mart – “Güləbətin tikən qız və süpürgəçi” 19, 26 mart – “Nağılı tap-5!” 22 mart - “Gəlin, nağıla baxaq” Böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00-da başlanır.xeber100.com  

Fevral 19, 2017 12:42

“Türk dünyasının öncülləri” adlı növbəti konfransda…

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) ənənəvi “Türk dünyasının öncülləri” adlı növbəti konfransı böyük Azərbaycan şairi Məhəmməd Hüseyn Şəhriyarın vəfatının 110 illiyinə həsr olunub.Konfransda Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru Elman Quliyevin Şəhriyarın həyat və yaradıcılığına həsr etdiyi məruzəsi dinlənilib.Sonra TÜRKSOY-un baş katibi, professor Düsen Kaseinov və başqalarının çıxışları olub.TÜRKSOY tərəfindən 2017-ci ilin “Molla Pənah Vaqif ili” elan olunduğunu diqqətə çatdıran D.Kaseinov Azərbaycan ədəbiyyatının inkişafında Şəhriyar yaradıcılığının yeri və rolunu yüksək qiymətləndirib. O bildirib ki, Şəhriyar görkəmli Azərbaycan ədibləri Mirzə Ələkbər Sabir, Molla Pənah Vaqif və digərlərinin əsərlərindən yetərincə bəhrələnərək öz poeziya yaradıcılığını zənginləşdirə bilmişdir.TÜRKSOY və Anadolu Universitetinin təşkilatçılığı ilə Şəhriyar yaradıcılığına həsr olunan daha bir anım mərasimi isə Türkiyənin Əskişəhər şəhərində keçirilib.xeber100.com

Fevral 19, 2017 11:56

“Muzeylər – mədəniyyətlər arasında körpüdür”…

Fevralın 19-da Milli İncəsənət Muzeyində “Muzeylər - mədəniyyətlər arasında körpüdür” adlı proqram təqdim ediləcək.Muzeydən Azərtac-a bildirilib ki, proqram dövlətimiz tərəfindən geniş təbliğ edilən multikulturalizm ideyalarının dəstəyi və inkişafına həsr edilib. Proqram çərçivəsində dünya xalqlarının ənənəvi, rəngarəng, yaddaqalan bayramları və adət-ənənələrinin muzeydə qeyd edilməsi nəzərdə tutulur. İlk olaraq Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə Rusiya regionlarında ən tanınmış və geniş surətdə qeyd edilən Maslenitsa bayramına həsr olunmuş xüsusi proqram təqdim ediləcək.xeber100.com

Fevral 18, 2017 2:24

“Rəssamla tanışlıq” adlı yeni layihə təqdim ediləcək

Fevralın 24-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamla tanışlıq” adlı yeni layihə təqdim ediləcək.İlk tədbirin qonağı Azərbaycanın Xalq Rəssamı, dəzgah qrafikası ustası, plakatçı və kitab tərtibatçısı Arif Hüseynovdur. Görüş “Müasir miniatür sənəti” mövzusuna həsr olunacaq.Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi iştirakçıları müasir rəssamların istifadə etdikləri yeni texnologiya və materiallarla yaxından tanış etməkdir. Layihə çərçivəsində dəvət olunmuş sənətkarlar öz şəxsi təcrübələrini və peşəkar sirlərini bölüşəcəklər.Proqramın praktiki hissəsində rəssamın rəhbərliyi altında onun metodologiyasına uyğun olaraq hər bir iştirakçı sadə çalışmaları yerinə yetirəcək.

Fevral 18, 2017 2:21

Nizami Kino Mərkəzinin təqdimatında…

Nizami Kino Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Kağız qəbir” filminin təqdimatı keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, İLESAM-ın Azərbaycandakı əlaqələndiricisi, filmin ideya rəhbəri Xəyal Rza çıxış edərək xalqımızın başına gətirilən faciələrdən danışıb, Xocalı soyqırımının insanlıq əleyhinə cinayət olduğunu diqqətə çatdırıblar.Qeyd olunub ki, bəşəri ağrını, həqiqi soyqırımı əks etdirən film Türkiyədə də ictimaiyyətə təqdim olunacaq.xeber100.com

Fevral 18, 2017 2:17

Nizami Kino Mərkəzinin məlumatına görə…

Nizami Kino Mərkəzində Azərbaycan istehsalı olan “Ər quyusu” və Türkiyənin “Kötü çocuk” bədii filmlərinin nümayişi başlanıb.Mərkəzin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Ər quyusu” filminin ssenari müəllifi və quruluşçu rejissoru Səidə Haqverdiyevadır. Film komediya və dram janrındadır.“AF Media” şirkətinin təqdim etdiyi, romantik janrda çəkilən “Kötü çocuk” filminin rejissoru və ssenari müəllifi Yağız Alp Akaydındır. Ekran əsəri doğulandan sonra atası tərəfindən tərk edilən qızın həyatından bəhs edir.xeber100.com

Fevral 17, 2017 11:51

Rusiya Böyük Teatrı təqdim edir

Mayın 19-dan 21-dək Rusiya Dövlət Akademik Böyük Teatrında bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” üçpərdəli baleti nümayiş etdiriləcək.Azərtac xəbər verir ki, bu barədə məlumat teatrın saytında yer alıb. “Məhəbbət əfsanəsi” baleti mayın 20-də iki dəfə - gündüz və axşam seanslarında nümayiş olunacaq.Gecə seansında orkestrə Rusiyanın Əməkdar Artisti Pavel Sorokin, gündüz isə beynəlxalq mükafatlar laureatı Pavel Kliniçev dirijorluq edəcək.Əsərin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Akademik Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb.xeber100.com

Fevral 17, 2017 11:48
    Page 145 of 219« First«...102030...143144145146147...150160170...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az