04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Muzeylər – mədəniyyətlər arasında körpüdür”…

Fevralın 19-da Milli İncəsənət Muzeyində “Muzeylər - mədəniyyətlər arasında körpüdür” adlı proqram təqdim ediləcək.Muzeydən Azərtac-a bildirilib ki, proqram dövlətimiz tərəfindən geniş təbliğ edilən multikulturalizm ideyalarının dəstəyi və inkişafına həsr edilib. Proqram çərçivəsində dünya xalqlarının ənənəvi, rəngarəng, yaddaqalan bayramları və adət-ənənələrinin muzeydə qeyd edilməsi nəzərdə tutulur. İlk olaraq Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin dəstəyi ilə Rusiya regionlarında ən tanınmış və geniş surətdə qeyd edilən Maslenitsa bayramına həsr olunmuş xüsusi proqram təqdim ediləcək.xeber100.com

Fevral 18, 2017 2:24

“Rəssamla tanışlıq” adlı yeni layihə təqdim ediləcək

Fevralın 24-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Rəssamla tanışlıq” adlı yeni layihə təqdim ediləcək.İlk tədbirin qonağı Azərbaycanın Xalq Rəssamı, dəzgah qrafikası ustası, plakatçı və kitab tərtibatçısı Arif Hüseynovdur. Görüş “Müasir miniatür sənəti” mövzusuna həsr olunacaq.Mərkəzdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi iştirakçıları müasir rəssamların istifadə etdikləri yeni texnologiya və materiallarla yaxından tanış etməkdir. Layihə çərçivəsində dəvət olunmuş sənətkarlar öz şəxsi təcrübələrini və peşəkar sirlərini bölüşəcəklər.Proqramın praktiki hissəsində rəssamın rəhbərliyi altında onun metodologiyasına uyğun olaraq hər bir iştirakçı sadə çalışmaları yerinə yetirəcək.

Fevral 18, 2017 2:21

Nizami Kino Mərkəzinin təqdimatında…

Nizami Kino Mərkəzində Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Kağız qəbir” filminin təqdimatı keçirilib.Azərtac xəbər verir ki, tədbirdə Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar, İLESAM-ın Azərbaycandakı əlaqələndiricisi, filmin ideya rəhbəri Xəyal Rza çıxış edərək xalqımızın başına gətirilən faciələrdən danışıb, Xocalı soyqırımının insanlıq əleyhinə cinayət olduğunu diqqətə çatdırıblar.Qeyd olunub ki, bəşəri ağrını, həqiqi soyqırımı əks etdirən film Türkiyədə də ictimaiyyətə təqdim olunacaq.xeber100.com

Fevral 18, 2017 2:17

Nizami Kino Mərkəzinin məlumatına görə…

Nizami Kino Mərkəzində Azərbaycan istehsalı olan “Ər quyusu” və Türkiyənin “Kötü çocuk” bədii filmlərinin nümayişi başlanıb.Mərkəzin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Ər quyusu” filminin ssenari müəllifi və quruluşçu rejissoru Səidə Haqverdiyevadır. Film komediya və dram janrındadır.“AF Media” şirkətinin təqdim etdiyi, romantik janrda çəkilən “Kötü çocuk” filminin rejissoru və ssenari müəllifi Yağız Alp Akaydındır. Ekran əsəri doğulandan sonra atası tərəfindən tərk edilən qızın həyatından bəhs edir.xeber100.com

Fevral 17, 2017 11:51

Rusiya Böyük Teatrı təqdim edir

Mayın 19-dan 21-dək Rusiya Dövlət Akademik Böyük Teatrında bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” üçpərdəli baleti nümayiş etdiriləcək.Azərtac xəbər verir ki, bu barədə məlumat teatrın saytında yer alıb. “Məhəbbət əfsanəsi” baleti mayın 20-də iki dəfə - gündüz və axşam seanslarında nümayiş olunacaq.Gecə seansında orkestrə Rusiyanın Əməkdar Artisti Pavel Sorokin, gündüz isə beynəlxalq mükafatlar laureatı Pavel Kliniçev dirijorluq edəcək.Əsərin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Akademik Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb.xeber100.com

Fevral 17, 2017 11:48

“Türkvizyon” müsabiqəsi Qazaxıstanda keçiriləcək

Türkdilli ölkələrin müasir estrada musiqisi yarışması - “Türkvizyon” bu il Qazaxıstanda keçiriləcək.Azərtac xəbər verir ki, bu barədə Qazaxıstan Mədəniyyət və İdman Nazirliyi məlumat yayıb.Qeyd edək ki, “Türkvizyon” müsabiqəsi Türk Musiqi Birliyi (TMB) televiziya kanalının layihəsidir. Layihəyə TÜRKSOY və digər qurumlar dəstək verir.Müsabiqədə həm türkdilli ölkələrin nümayəndələri, həm də digər ölkə və regionlardan türk əsilli ifaçılar iştirak edə bilər.Müsabiqə ilk dəfə 2013-cü ildə Türkiyədə keçirilib. İkinci müsabiqəyə 2014-cü ildə Tatarıstanın Kazan şəhəri ev sahibliyi edib.Xatırladaq ki, İstanbulda keçirilən sonuncu yarışmaya Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Şimali Kipr, Almaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Gürcüstan, İran, Albaniya, Moldova (Qaqauz Yeri), Rumıniya, Ukrayna, Belarus, Makedoniya, Kosovo, Serbiyanın Sancaq bölgəsi, Suriya (Bayırbucak) və İraq türkmənlərinin təmsilçiləri qatılmışdı. Münsiflər heyətinin verdiyi ballara əsasən “Türkvizyon-2015”in qalibi Qırğızıstan təmsilçisi Jiydeş İdirisova olmuş, ikinci yeri Qazaxıstanın “Orda” qrupu, üçüncü yeri isə Türkiyə təmsilçisi Görkem Yılmaz qazanmışdı.xeber100.com

Fevral 17, 2017 11:44

“Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində…

“Azərbaycanfilm” kinostudiyasının təşkil etdiyi “Bizim Kino Günləri 2017” layihəsi çərçivəsində fevralın 16-dan etibarən “İçəri şəhər” bədii filminin kinoteatrlarda nümayişinə başlanılır.“Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, filmin nümayişi Nizami Kino Mərkəzində, “Park Cinema” və “CinemaPlus” kinoteatrlar şəbəkəsində baş tutacaq. Gündəlik seanslar haqqında məlumat kinoteatrların internet səhifələrində və “Azərbaycanfilm” kinostudiyasının “Facebook” səhifəsində yerləşdiriləcək.Qeyd edək ki, ekran əsəri hazırda Hindistanın 3-cü “Kozhikode” Beynəlxalq Film Festivalında nümayiş olunur.xeber100.com

Fevral 16, 2017 11:26

Türk xalqlarının ortaq ədəbi irsi…

Türk xalqlarının ortaq ədəbi irsi olan Molla Nəsrəddin lətifələri Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ilk dəfə ingilis dilində toplu halında oxucuların ixtiyarına verilib.Nazirlikdən Azərtac-a bildirilib ki, toplunu ingilis dilinə uzun illər Azərbaycanda yaşamış kanadalı tərcüməçi Allen Hossini çevirib. Tanınmış rəssam Vüqar Əlinin məxsusi illüstrasiyalar çəkdiyi kitab “Efendi” nəşriyyat evi tərəfindən yüksək poliqrafik keyfiyyətlə çap olunub.Yerli oxucular tabeçilikdə olan kütləvi kitabxanalarda “Molla Nasraddin Anecdotes” kitabı ilə tanış ola bilərlər. Kitab Mədəniyyət və Turizm Nazirliyinin iştirak etdiyi beynəlxalq kitab sərgilərində dünya oxucusuna təqdim olunacaq.xeber100.com

Fevral 16, 2017 11:22

Musiqili Teatrın məlumatına görə…

Musiqili Teatr daha bir beynəlxalq festivala dəvət olunub.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, söhbət Türkiyədə təşkil olunan 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalından gedir. Hər il bir sıra ölkələrin nüfuzlu teatrlarının iştirak etdiyi bu festival mayın 2-dən 15-dək Trabzon şəhərində keçiriləcək. Festivalın əsası 2000-ci ildə Türkiyə Dövlət Teatrları Baş İdarəsi tərəfindən qoyulub.xeber100.com

Fevral 16, 2017 11:17

“Bir eksponatın tarixi” layihəsi çərçivəsində…

Fevralın 18-də Azərbaycan Xalça Muzeyində muzeyin kolleksiyasında saxlanılan ən qədim və nadir eksponatlardan olan “Qafqaz Albaniyasının Yaloylutəpə tipli qab”ın tarixi haqqında məlumat veriləcək.Muzeydən Azərtac-a bildirilib ki, tədbir “Bir eksponatın tarixi” layihəsi çərçivəsində reallaşacaq. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı tədbirdə geniş məruzə ilə çıxış edəcək.xeber100.com

Fevral 16, 2017 11:10
    Page 145 of 218« First«...102030...143144145146147...150160170...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az