03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

İncəsənət festivalı keçiriləcək

Fevralın 2-dən 6-dək Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 2 Fevral - Gənclər Gününə həsr edilmiş “Gəncliyin səsi” incəsənət festivalı keçiriləcək.Nazirlikdən Azərtac-a bildirilib ki, festival çərçivəsində gənc Prezident təqaüdçülərinin konserti, gənc rəssamların sərgisi, gənc yazarlarla görüş, gənc rejissorların filmlərinin nümayişi, Bakı “ASAN xidmət” mərkəzinin könüllülərinin təqdimatında Əli Əmirlinin “7 məhbusə” tamaşasının premyerası, Sumqayıt “ASAN xidmət” mərkəzinin könüllülərinin həvəskar tamaşasının premyerası, Sabirabad və ətraf rayon gənclərinin və ASAN könüllülərinin iştirakı ilə konsert və Bakı Xoreoqrafiya Akademiyasının tələbələrinin konsertinin keçirilməsi nəzərdə tutulur.xeber100.com  

Fevral 1, 2017 1:41

Eldəniz Zeynalov – 80

Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında “Qəlblərdə yaşayan Eldəniz Zeynalov” adlı tədbir keçirilib.Azərtac xəbər verir ki, tədbir Xalq Artisti Eldəniz Zeynalovun anadan olmasının 80 illik yubileyinə həsr edilib. Əvvəlcə qonaqlar aktyorun həyat və yaradıcılığını əks etdirən fotosərgi ilə tanış olublar.Sənətkarın oğlu Elbrus Zeynalov çıxış edərək atasının həyat və yaradıcılığından, milli mədəniyyətimizdə xidmətlərindən danışıb, tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib. Kitabxananın əməkdaşı Gülzadə Quliyeva tanınmış aktyorun Azərbaycan kinosuna və teatrına töhfələrindən, yaratdığı obrazlar qalereyasından söz açıb.Tədbir Eldəniz Zeynalovun rol aldığı filmlərdən fraqmentlərin nümayişi ilə davam edib.xeber100.com

Fevral 1, 2017 1:37

“Azərbaycanfilm” kinostudiyasının məlumatı

“İçəri şəhər” bədii filmi Hindistanın 9-cu Benqaluru Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramına dəvət alıb. “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, festival fevralın 2-dən 9-dək Benqaluru və Maysur şəhərlərində keçiriləcək. Psixoloji dram janrında olan filmdə baş rolları T.Rafaella, F.Atakişiyev, M.Zəki, E.Şabanova və digərləri canlandırıblar.Qeyd edək ki, bu film bir sıra beynəlxalq festivallarda nümayiş olunub və mükafatlara layiq görülüb.xeber100.com

Fevral 1, 2017 1:06

“Eurovision-2017” mahnı müsabiqəsinin püşkatma mərasimi keçirilib

Kiyevdə “Eurovision-2017” mahnı müsabiqəsinin birinci və ikinci yarımfinallarının püşkatma mərasimi keçirilib.Azərtac xəbər verir ki, püşkatmanın nəticələrinə əsasən, birinci yarımfinalda 18, ikinci yarımfinalda isə 19 iştirakçının çıxış edəcəyi planlaşdırılır.Azərbaycan müsabiqənin ilk yarımfinalında Monteneqro, Finlandiya, Gürcüstan, Portuqaliya, Belçika, İsveç, Albaniya və Avstraliya ilə birgə çıxış edəcək.Xatırladaq ki, “Eurovision-2017" mahnı müsabiqəsinin final mərhələsi Kiyevdə mayın 13-də, yarımfinallar isə mayın 9-da və 11-də keçiriləcək.Azərbaycanı “Eurovision-2017”də Diana Hacıyeva təmsil edəcək.xeber100.com

Fevral 1, 2017 1:02

“Türk dünyasının ortaq dili – naxışlar” simpoziumu keçiriləcək

Mayın 22-dən 24-dək Bakıda “Ortaq qaynaqdan çeşidli yollar” mövzusunda II Beynəlxalq “Türk dünyasının ortaq dili - naxışlar” simpoziumu keçiriləcək.Azərtac xəbər verir ki, simpozium Mədəniyyət və Turizm Nazirliyi, Bakı Yunus Əmrə İnstitutu və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə baş tutacaq.Məqsəd simpozium vasitəsilə türk xalqlarının ortaq mirası olan xalça naxışlarının araşdırılması sahəsində aparılan tədqiqat işlərini zənginləşdirmək, xalqımızın öz milli-mədəni dəyərlərinə qayğı və diqqətini göstərmək və insanların bu sahədə olan biliklərini daha da yüksəltməkdən ibarətdir.Simpoziumda türkdilli xalqların ortaq dili olan ornamentlərin semantikası və onların ümumi kökləri, ortaq xalça mədəniyyətində yer alan naxışlarla bağlı terminlər və bu sahədə yaşanan problemlər, xalça sənətində istifadə edilən naxışların digər sənət növləri ilə əlaqəsi, müasir dünya incəsənətində naxışların əhəmiyyəti və digər mövzularda məruzələr dinləniləcək. Məruzələr kitab şəklində nəşr edilərək kitabxana və simpozium iştirakçılarına paylanacaq.xeber100.com

Fevral 1, 2017 12:59

Musiqili Teatrın fevral repertuarını təqdim edir

Musiqili Teatr 2017-cı il fevral ayı üçün repertuarını açıqlayıb. 04.02 R. Şəfəq, V. Zimin “Yağış göbələyinin macərası” (rus dilində) 12.00 04.02. E. Sabitoğlu, C. Məmmədov “www.ferzeli-kef.com” 19.00 05.02 Ə. Səmədli “Meşə çaqqalsız olmaz” 12.00 05.02 Ə. Haqverdiyev “Kimdir müqəssir” 19.00 10.02. İ. Kalman “Silva” (rus dilində) 19.00 11.02 E. Sabitoğlu, Y. Şvarts “Qırmızı papaq” 12.00 11.02 Ə. Səmədli “Toya bir gün qalmış” 19.00 12.02 H.X. Andersen “Düyməcik” 12.00 12.02 F. Sücəddinov, T. Vəliyeva “Mən dəyərəm min cavana” 19.00 17.02 Elçin “Baladadaşın toy hamamı” 19.00 18.02 O. Kazimi, R. Heydər “Qızıl toy” 19ş00 18.02 Ü. Hacıbəyli “O olmasın, bu olsun” 19.00 19.02 O. Zülfüqarov, R. Heydər “Dəcəl çəpişlər” 12.00 19.02 F. Əmirovun musiqiləri əsasında “999-cu gecə” 19.00 24.02 R. Hacıyev “Qafqazlı qardaşqızı” (rus dilində) 19.00 25.02 R. Ağayeva, A. Xayt, A. Kurlyandski “Bir dayan canavar” 12.00 25.02 R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov “Talelər qovuşanda” 19.00

Fevral 1, 2017 12:52

Avropa Azərbaycan Cəmiyyəti incəsənət müsabiqəsinə başlayıb

“Xocalıya ədalət!” beynəlxalq kampaniyası və Avropa Azərbaycan Cəmiyyəti (TEAS) Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalı Sülh Mükafatı-2017” incəsənət müsabiqəsinə başlayıb. TEAS-ın saytı xəbər verir ki, bu il nüfuzlu münsiflər heyətinə parlament üzvü, Böyük Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən, Böyük Britaniyanın sabiq xarici işlər və birlik məsələləri naziri Baronessa Manzur, Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter daxildir.Əsərlər dünyada baş verən münaqişələrin sülh yolu ilə həllinin təşviqini, qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətini daha güclü təsvir etməsi baxımından qiymətləndiriləcək. Boyakarlıq, kollaj, qravür işi və ya fotoqrafiyadan istifadə edərək yaddaqalan və zəngin təxəyyüllü əsərlər təqdim edən müəlliflər qalib olacaq. Bütün iştirakçılar Böyük Britaniya parlamentində keçiriləcək və parlament üzvlərinin iştirak edəcəyi mükafatlandırma mərasiminə və sərgiyə dəvət ediləcək. Qaliblərin adları fevralın 22-də elan olunacaq.xeber100.com

Fevral 1, 2017 10:53

“YARAT” Müasir İncəsənət Mərkəzinin məlumatı

Fevralın 2-də “YARAT” Müasir İncəsənət Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının orta ixtisas musiqi məktəb-studiyasının nəzdində fəaliyyət göstərən uşaq musiqili teatrı “Səni sevirəm, Xəzərim!” adlı tamaşa təqdim edəcək.“YARAT”dan Azərtac-a bildirilib ki, səhnə əsəri gənc rejissorlar Elvin Mirzəyev və Nigar Həsənzadənin quruluşunda təqdim olunacaq. Tamaşaçılar bu musiqi və mahnılarla keçmiş dövrlərdən bu günədək müxtəlif zamanlara səyahət edib, Vətənimizin müxtəlif dəb və adətlərin şahidi olacaqlar.xeber100.com

Yanvar 31, 2017 11:42

“Bizim kino günləri” öz işinə başlayır

Fevralın 2-dən  “Azərbaycanfilm” kinostudiyasının ənənəvi layihəsi olan “Bizim kino günləri” öz işinə başlayır.Kinostudiyadan Azərtac-a bildirilib ki, bu layihə ilk dəfə 2016-cı ildə keçirilib və “Bizim kino günləri – audiovizual məkanda peşəkarlıq” adlanıb. Həmin layihə Azərbaycan kinosunun təbliği, müasir kino mənzərəsində yeri və dəyəri, dünya kino sənayesinə inteqrasiyası, kinomuzda yeni tendensiyalar məsələlərinə həsr olunub. Azərbaycan tamaşaçılarına kinoteatrlarda son iki ildə “Azərbaycanfilm”in istehsalı olan müxtəlif janrlı və mövzulu dörd fərqli film nümayiş etdirilib.“Bizim kino günləri 2017”də son illərdə çəkilən “Qatil”, “Yarımçıq xatirələr”, İçəri şəhər”, “Axınla aşağı”, “Xeyirlə şərin rəqsi”, “Dərs”, “Qırmızı bağ” filmləri nümayiş olunacaq.xeber100.com

Yanvar 31, 2017 11:38

Milli Dram Teatrının təqdimatında…

Milli Dram Teatrında Avksenti Saqarelinin “Xanuma” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş edilib.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tamaşa Mikayıl Mikayılovun quruluşunda təqdim olunub. Quruluşçu rəssamı Mustafa Mustafayev olan səhnə əsərinin bəstəkarı Tofiq Quliyevdir.Qeyd edək ki, Avksenti Saqarelinin 1882-ci ildə yazdığı bu əsər əsasında Milli Dram Teatrında hazırlanan tamaşada hadisələr XIX əsrdə Tiflisdə baş verir. Müflisləşən knyaz bu bəladan yaxa qurtarmaq, borclarını qaytarmaq və rahat yaşamaq üçün evlənmək istəyir və səhnə əsərindəki hadisələr də bu məsələ üzərində qurulub.xeber100.com

Yanvar 30, 2017 11:34
    Page 150 of 218« First«...102030...148149150151152...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az