04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Muğam gecəsi” adlı ədəbi-bədii gecə təşkil olunub

Filarmoniyada “Muğam gecəsi” adlı ədəbi-bədii musiqili gecə təşkil olunub.Azərtac xəbər verir ki, mədəniyyət və incəsənət xadimlərinin qatıldığı musiqili gecədə xalq və bəstəkar mahnıları ilə yanaşı, muğam və təsniflərimiz də səsləndirilib.Həmçinin konsertdə televiziya muğam müsabiqəsinin qalibləri də çıxış ediblər.xeber100.com

Yanvar 17, 2017 11:02

Xətai Sənət Mərkəzində sərgi açılıb

Xətai Sənət Mərkəzində dekorativ tətbiqi sənət ustası S.Məhərrəmovanın fərdi yaradıcılıq sərgisi açılıb.Azərtac xəbər verir ki, “Yeddi gözəl” adlı sərgidə böyük Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının qəhrəmanlarının libaslarının əks olunduğu sənət əsərləri təqdim olunub.Xatırladaq ki, “Yeddi gözəl” poemasının yazılmasının 820 illiyi çərçivəsində reallaşan sərgi üç gün davam edəcək.xeber100.com

Yanvar 17, 2017 10:57

Musiqi Akademiyasında təqdimat olub

Yanvarın 16-da Musiqi Akademiyasında bu təhsil ocağının Opera studiyasının “BakuOperArt” layihəsinin təqdimatı olub.Azərtac xəbər verir ki, musiqişünas J.Qulamova çıxış edərək opera sənətinin tarixindən, yaranmasından danışıb.Bildirib ki, layihənin əsas məqsədi Azərbaycanda opera sənətinin inkişafını dəstəkləmək, sevdirmək və bu sənətə diqqət cəlb etməkdir.Layihə çərçivəsində baş tutacaq konsert proqramı barədə məlumat verərək deyib ki, italyan və fransız bəstəkarlarının operalarından parçalar səsləndiriləcək.xeber100.com

Yanvar 17, 2017 10:50

“İçərişəhərdə incəsənətlə istirahət günləri”…

Bakıda “İçərişəhərdə incəsənətlə istirahət günləri” (Art Weekends in Icherisheher) adlı sərgi açılıb.Azərtac xəbər verir ki, İçərişəhərdə Kiçik qala, 105 ünvanında açıq səma altında gerçəkləşən sərgi çərçivəsində paytaxtımızın yerli və əcnəbi qonaqları üçün açıq səma altında canlı musiqi ilə yanaşı, yerli rəssamların sərgisi, əl işləri yarmarkası təşkil olunub, balacalara heykəltəraşlıq, keramika və rəssamlıq sənətinin özəllikləri ilə bağlı məlumatlar verilib. Həmçinin xalq sənətini təbliğ edən qalereyada yerlı rəssamlarla yanaşı, Moldova, Litva və Ukrayna sənətkarlarının sənət əsərləri də nümayış olunub.xeber100.com

Yanvar 17, 2017 10:43

Milli Dram Teatrı təqdim edir

Yanvarın 19-da Milli Dram Teatrının səhnəsində H.Mirələmovun ikihissəli “Xəcalət” dramı əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən bildirilib ki, Bəhrəm Osmanovun quruluşunda hazırlanan tamaşanın quruluşçu rəssamı İ.Məmmədov, musiqi tərtibatçısı S.Kərimidir. Səhnə əsərində rolları Xalq artistləri Nurəddin Mehdixanlı, Ramiz Novruz, aktyorlar Xədicə Novruzlu, Əlvida Cəfərov və Məzahir Cəlilov canlandıracaqlar.xeber100.com

Yanvar 16, 2017 11:16

“Xalçaçılıqda ornament motivlərinin semantikasının varisliyi”…

Xalça Muzeyində Rəssamlıq Akademiyasının dosenti M.Hüseynovun “Azərbaycan xalçaçılığında bədii təfəkkür və ornament motivlərinin semantikasının varisliyi” mövzusunda mühazirəsi dinlənilib.Azərtac xəbər verir ki, mühazirədə Azərbaycan xalçaçılığında ən geniş yayılmış ornamentlərin semantik mənasının açılmasından, onların müxtəlif forma və traktovkalarının müəyyən edilməsindən danışılıb.xeber100.com

Yanvar 16, 2017 11:12

“Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək

Fevralın 28-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək. Əsərin dünya premyerası da 1961-ci il martın 23-də məhz bu teatrda reallaşıb.Azərtac teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Fərhad obrazını Rusiyanın Əməkdar Artisti Yevgeni İvançenko, Şirini beynəlxalq müsabiqələr laureatı Olesya Novikova canlandıracaqlar.xeber100.com

Yanvar 16, 2017 11:08

“Aprel xatirələri” adlı tədbir keçirilib

Yanvarın 14-də Mahnı Teatrında “Aprel xatirələri” adlı tədbir keçirilib. Tədbir 2016-cı ilin aprel döyüşlərində “Mi-24” helikopterinin vurulması zamanı şəhid olan pilotlar - mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş leytenant Əbubəkir İsmayılovun xatirəsinə həsr olunub.AZƏRTAC xəbər verir ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan ordusunun apardığı müzəffər döyüşlərdən, üç şəhidin ömür yolundan söhbət açıblar, onlarla bağlı xatirələrini bölüşüblər.xeber100.com

Yanvar 15, 2017 11:20

“Yuğ” Teatrı təqdim edir…

Yanvarın 18-də “Yuğ” Teatrının yaradıcı kollektivinin təqdimatında “Medeya. Sekvensiya 001” tamaşası nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Vladimir Klimenkonun “Medeya Teatrı” pyesi əsasında səhnələşdirilən tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı Mikayıl Mikayılov, quruluşçu rəssamı Umay Həsənovadır.xeber100.com

Yanvar 14, 2017 2:00

Xalça Muzeyində növbəti mühazirə dinləniləcək

Yanvarın 14-də Xalça Muzeyində Dövlət Rəssamlıq Akademiyasının dosenti Məmmədhüseyn Hüseynovun “Azərbaycan xalçaçılığında bədii təfəkkür və ornament motivlərinin semantikasının varisliyi” mövzusunda mühazirəsi dinləniləcək.Muzeydən Azərtac-a bildirilib ki, mühazirə Azərbaycan xalçaçılığında ən geniş yayılmış ornamentlərin semantik mənasının açılmasına, onların müxtəlif forma və traktovkalarının müəyyən edilməsinə həsr edilib.Qeyd edək ki, mühazirə Azərbaycan dilində aparılacaq.xeber100.com

Yanvar 14, 2017 1:51
    Page 155 of 218« First«...102030...153154155156157...160170180...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az