04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

“Fiqaronun toyu” operası nümayiş etdiriləcək

Yanvarın 29-da Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrının konsert zalında V.A.Motsartın “Fiqaronun toyu” operası nümayiş etdiriləcək.Azərtac teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Bartolo obrazını həmvətənimiz Timur Abdikeyev canlandıracaq. Xatırladaq ki, T.Abdikeyev Mariya Teatrının opera truppası ilə birlikdə Paris, London, Madrid, Vaşinqton, Nyu-York, Stokholm, Kiyev və Moskva şəhərlərində qastrollarda olub. O, Ferruçço Furlanetto, Nikolay Putilin, Olqa Borodina, Anna Netrebko, Vasili Qerello, Viktor Çernomortsev kimi məşhur artistlərlə bir yerdə çıxış edib.xeber100.com

Yanvar 14, 2017 1:39

“YARAT” ilin yekunları ilə bağlı tədbir təşkil edib

“YARAT” Müasir İncəsənət Mərkəzinin “YARAT Friends” üzvlük platforması ilin yekunları ilə bağlı tədbir təşkil edib.Azərtac xəbər verir ki, tədbirdə “YARAT” Müasir İncəsənət Mərkəzinin bədii direktoru Bjorn Geldhof çıxış edərək “YARAT Friends” icmasının əhəmiyyətindən danışıb.Daha sonra platformanın və eyni zamanda PR departamentinin direktoru H.Kərimova ilin yekun hesabatı haqqında məlumat verib.Tədbir gənc ifaçılar tərəfindən təqdim olunan konsert proqramı ilə davam edib. Konsert çərçivəsində bir-birindən maraqlı rəqs nömrələri də təqdim olunub.xeber100.com

Yanvar 13, 2017 11:57

Opera və Balet Teatrı təqdim edir

Yanvarın 21-də Opera və Balet Teatrında  Qaetano Donisettinin “Sevgi şərbəti” operasının tamaşası keçiriləcəkdir.Dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olan "Sevgi şərbəti" operasının ilk tamaşası 1832-ci ildə Milanda baş tutmuşdur və 185 ildir ki, bu opera dünyanın ən qabaqcıl teatrlarının repertuarını bəzəyir.2013-cü ildə bu opera Opera və Balet Teatrında səhnəyə qoyulmuşdur. Həmin vaxtdan repertuara daxil edilən opera yanvarın 21-də növbəti dəfə səhnələşdiriləcəkdir.Tamaşada əsas rollarda Teatrımızın aparıcı solistləri – Fərid Əliyev (Nemorino), İnarə Babayeva (Adina), Səbinə Əsədova (Janetta), Cahangir Qurbanov (Belkore) və b. iştirak edəcəklər.xeber100.com

Yanvar 13, 2017 11:51

Beynəlxalq Türk Dünyası Sənət Seminarı keçiriləcək

Yanvarın 15-də Türkiyənin Adana şəhərində birinci Beynəlxalq Türk Dünyası Sənət Seminarı keçiriləcək. Anadolu agentliyi məlumat verir ki, Adana Böyükşəhər Bələdiyyəsinin təşkilatçılığı ilə reallaşacaq beynəlxalq seminara 17 ölkədən 77-dək sənətçi qatılacaq.Azərbaycanın da təmsil olunacağı seminarın təşkilində əsas məqsəd dövlətlər arasında mədəni əlaqələrin inkişafına dəstək olmaq, bu sahədə qarşılıqlı əməkdaşlığa töhfə verməkdən ibarətdir.Seminar çərçivəsində iştirakçılar Türkiyənin bir sıra tarixi yerlərini ziyarət edəcəklər.xeber100.com

Yanvar 13, 2017 11:46

Musiqili Teatr beynəlxalq festivalda iştirak edəcək

Bu gün Musiqili Teatr İran İslam Respublikasında keçiriləcək 35-ci Fəcr Beynəlxalq Teatr Festivalına yola düşüb.Teatrın mətbuat xidməti bildirilib ki, yaradıcı heyət festivalında dahi Üzeyir Hacıbəylinin məşhur “Ər və arvad” ikihissəli musiqili komediyası ilə ölkəmizi təmsil edəcək. Teatrın kollektivi bu münasibətlə yanvarın 13-dən 18-dək Təbrizdə səfərdə olacaq.“35-ci Fəcr Beynəlxalq Teatr Festivalına dəvət olunmağımız və ölkəmizi bu beynəlxalq festivalda təmsil etməyimiz kollektivimizdə ikiqat məsuliyyət hissi və ruh yüksəkliyi yaradıb. Bu mötəbər festivaldakı çıxışımızın uğurlu alınacağına inanıram. Ümumiyyətlə, 2017-ci ilin Musiqili Teatr üçün uğurla başladığını deyə bilərik. Bir neçə gün öncə teatrımızın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanı təhvil verdik. İmre Kalmanın dünyaca məşhur olan “Silva” operettasının premyerasını çox böyük uğurla keçirtdik və bu səhnə əsəri tamaşaçılar tərəfindən rəğbətlə qarşılandı. Yanvar ayının sonlarında isə daha bir premyera gözlənilir. Təqdim etməyə hazırlaşdığımız İlyas Əfəndiyevin “Mənim günahım” əsərinin də uğur qazanacağına, tamaşaçılarımız tərəfindən seviləcəyinə inanıram”, - deyə teatrın direktoru Əliqismət Lalayev söyləyib.xeber100.com  

Yanvar 13, 2017 11:43

Milli Kitabxananın məlumatına görə…

Avstraliyanın məhkəmə işlərinin idarə olunması və elektron kitabxana üzrə beynəlxalq məsləhətçisi Berri Uols Azərbaycan Milli Kitabxanada olub.Milli Kitabxanadan Azərtac-a bildirilib ki, kitabxana ilə yaxından tanış olan qonaq Azərbaycan oxucularının hüquq sahəsində daha çox hansı ədəbiyyatı oxuduqları və bu sahədə hansı dövri mətbuata müraciət etdikləri ilə maraqlanıb.Berri Uols hüququn müxtəlif sahələrinə dair ədəbiyyatın, monoqrafiyaların çapına dəstək olacaqlarını və həmin ədəbiyyatların elektron kitabxanaya yerləşdiriləcəyini diqqətə çatdırıb.Görüş çərçivəsində beynəlxalq məsləhətçi elektron kitabxananın yaradılmasında Milli Kitabxana ilə əməkdaşlığa hazır olduğunu qeyd edib.xeber100.com

Yanvar 12, 2017 1:05

“Art Weekends in Icherisheher” adlı sərgi açılacaq

Yanvarın 14-də Bakıda “İçərişəhərdə incəsənətlə istirahət günləri” (Art Weekends in Icherisheher) adlı sərgi açılacaq.Azərtac xəbər verir ki, İçərişəhərdə Kiçik qala 105 ünvanında açıq səma altında gerçəkləşəcək sərgi çərçivəsində paytaxtımızın yerli və əcnəbi qonaqları üçün açıq səma altında canlı musiqi ilə yanaşı, yerli rəssamların sərgisi, əl işləri yarmarkası təşkil olunacaq, balacalar üçün heykəltəraşlıq, keramika və rəsm ustad dərsləri, o cümlədən digər çoxsaylı maraqlı tədbirlər və əyləncəli proqramlar təqdim olunacaq.xeber100.com

Yanvar 12, 2017 12:58

2017-ci ilin ilk premyerası keçirilib

Musiqili Teatrında 2017-ci ilin ilk premyerası keçirilib. Teatrın mətbuat katibi bildirib ki, 11 yanvar saat 19.00-da İmre Kalmanın məşhur iki hissəli “Silva” operettası tamaşaçılara təqdim olunub. Premyerada  ölkənin tanınmış içtimai xadimləri, mədəniyyət və sənət adamları və digər mötəbər qonaqlar iştirak ediblər. Anşlaqla keçən premyera tamaşaçılar tərəfindən rəğbət və alqışlarla qarşılanıb.Qeyd edək ki, Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Boris Lukinski, quruluşçu dirijoru Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.xeber100.com    

Yanvar 12, 2017 11:57

“YARAT” Film Klubu təqdim edir…

Yanvarın 17-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor C.Zaidovun ekranlaşdırdığı “Kənarda” qısametrajlı filmi nümayiş olunacaq.Mərkəzdən Azərtac-a bildirilib ki, ingilis dilində təqdim olunacaq filmin nümayişində hər kəs iştirak edə bilər. Ekran əsəri 1912-ci ildə Cənub qütbünə səfər edən Britaniya ekspedisiyasının son günlərindən bəhs edir. “YARAT” Film Klubunun təşkil etdiyi ekran əsərinin xronometrajı 15 dəqiqədir.xeber100.com

Yanvar 11, 2017 11:17

“Global Village” mədəniyyət festivalı keçiriləcək

Yanvarın 13-də “AIESEC” Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən “Global Village” mədəniyyət festivalı keçiriləcək. “AIESEC”in “facebook” səhifəsi xəbər verir ki, festival “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasının “Chill-out” zonasında təşkil ediləcək.“Global Village” tədbirində 15 ölkənin təmsilçiləri və “AIESEC” Azərbaycan təşkilatı tərəfindən ölkəmizə dəvət olunan 10 xarici könüllü dostluq ab-havasını yaratmaq, dünyanın necə rəngarəng və unikal olduğunu göstərmək üçün bir yerə toplaşacaq və öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcəklər. Onlar Bakıda “AİESEC” Azərbaycan tərəfindən təşkil olunmuş “World for Kids”, “Dream Catcher”, “Game of Schools”, “EduChange”, “Children of the Future”, “Talk out Loud” kimi sosial layihələrin könüllüləridir.xeber100.com

Yanvar 11, 2017 11:12
    Page 156 of 218« First«...102030...154155156157158...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az