04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

“Məhəbbət əfsanəsi” üçpərdəli baleti nümayiş etdiriləcək

Fevralın 7-dən 9-dək Rusiya Dövlət Akademik Böyük Teatrında bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” üçpərdəli baleti nümayiş etdiriləcək.Azərtac teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərinə Rusiyanın Əməkdar Artisti Pavel Sorokin dirijorluq edəcək.Əsərin dünya premyerası 1961-ci il martın 23-də Leninqrad Opera və Balet Teatrında (indiki Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrı) reallaşıb.xeber100.com

Yanvar 11, 2017 11:08

Xalça Muzeyinin birgə təşkilatçılığı ilə…

Yanvarın 25-də Bakıda “Zərgərlik sənəti muzey məkanında: dünən, bu gün, sabah” mövzusunda regional seminar keçiriləcək. Seminar Beynəlxalq Muzeylər Şurasının (ICOM) Azərbaycan Milli Komitəsi, Gürcüstan Milli Komitəsi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq.Xalça Muzeyindən AZərtac-a bildirilib ki, seminar çərçivəsində “Zərgərlik nümunələrinin muzey fondlarında saxlanılması və təhlükəsizliyi”, “Zərgərlik nümunələrinin bərpa və konservasiyası”, “Müasir zərgərlərin muzeylərlə əməkdaşlığı”, “Ənənəvi və müasir üslublarda hazırlanan zərgərlik nümunələrinin muzeylər tərəfindən satın alınması”, “Zərgərlik kolleksiyaları üzrə kuratorluq işi”, “İctimai proseslərlə sıx bağlı olan yeni düşüncə tərzinin səviyyəsini müəyyənləşdirən marketinqlə bağlı məsələlər” mövzusunda mühazirələr dinləniləcək.xeber100.com

Yanvar 10, 2017 1:19

“The Art Thema Gallery”də sərgi açılacaq

Fevralın 23-dən 28-dək Brüsseldə “The Art Thema Gallery”də “Evə aparan beş yol” adlı sərgi açılacaq.Azərtac xəbər verir ki, bu barədə məlumat Avropa Azərbaycan Cəmiyyətinin saytında yer alıb.Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar təşkil olunacaq sərgidə tanınmış fotoqraf Filip Ratmerin Azərbaycanda lentə aldığı məcburi köçkünlərin fotoşəkilləri nümayiş etdiriləcək.Filip Ratmer əsas diqqəti insanların təsirli hekayətlərinə cəlb etmək məqsədilə bütün şəkilləri qara arxa fonda çəkib.xeber100.com

Yanvar 10, 2017 10:16

2017-ci ilin ilk premyerası keçiriləcək

Musiqili Teatrda 107-ci mövsümün növbəti, 2017-ci ilin isə ilk premyerası keçiriləcək. Teatrın mətbuat katibi bildirib ki, 11 yanvar saat 19.00-da İmre Kalmanın dünyaca məşhur olan “Silva” operettası tamaşaçılara təqdim olunacaq. Xatırladaq ki, teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Boris Lukinski, quruluşçu dirijoru Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri Vaqif Məstanovdur.xeber100.com

Yanvar 9, 2017 11:09

Xalça Muzeyində ustad dərsləri keçirilib

Xalça Muzeyində tanınmış keçəçi-rəssam Rauf Əbdülhüseynoğlu tərəfindən ustad dərsləri keçirilib.Azərtac xəbər verir ki, rəssam mühazirədə keçə sənətinin yaranma tarixi, inkişaf mərhələləri, hazırlanma texnologiyası və məişətdəki əhəmiyyəti barədə geniş məlumat verib. Mühazirədə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri iştirak ediblər.xeber100.com

Yanvar 9, 2017 11:05

“Dünya Alpaqut Federasiyası”nın toplantısı keçirilib

Yanvarın 7-də Azərbaycan Atatürk Mərkəzində “Dünya Alpaqut Federasiyası” beynəlxalq idman təşkilatının növbədənkənar toplantısı keçirilib.Federasiyadan Azərtac-a bildiriblər ki, toplantıda Dünya Alpaqut Federasiyasının idarə heyətinin yeni tərkibi müəyyənləşib.Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə Paşayeva federasiyanın birinci vitse-prezidenti, Araz Abdullasoy isə təşkilatın hüquqi məsələlər üzrə vitse-prezidenti seçilib.xatırladaq ki, dünya Alpaqut Federasiyası 2014–cü ildə Alpaqut Turan Döyüş sənətini inkişaf etdirmək məqsədilə rəsmi qeydiyyatdan keçmiş beynəlxalq idman təşkilatıdır.xeber100.com

Yanvar 8, 2017 12:29

Pantomima Teatrı təqdim edir…

Yanvarın 21-də Pantomima Teatrının səhnəsində yeni səhnə əsərlərindən olan “Underground” tamaşası yenidən nümayiş olunacaq.Teatrdan Azərtac-a bildirilib ki, tamaşada sənət ocağının bütün yaradıcı kollektivi iştirak edəcək. Xatırladaq ki, tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.xeber100.com

Yanvar 7, 2017 5:15

“Leyli və Məcnun” operası yeni versiyada təqdim olunub

Yanvarın 6-7-də ABŞ-da Hopkins İncəsənət Mərkəzində Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” operası yeni versiyada böyük uğurla təqdim olunub.Operadakı əsas ifaları iştirakçılara A.Qasımov və F.Qasımova çatdırıb. Layihə müasir xoreoqrafiya sənətinin ən məşhur simalarından biri Mark Morrisin “Rəqs” qrupu tərəfindən gerçəkləşdirilib. İfalarda dövrümüzün ən məşhur violençel ifaçısı Yo-Yo Manın rəhbərlik etdiyi “İpək Yolu” ansamblı da iştirak edib.“Leyli və Məcnun” layihəsində britaniyalı rəssam Hovard Hockin də iştirak edib. Hockin qədim Şərq miniatürlərinin dərin araşdırılması əsasında səhnənin tərtibatını, rəqqasların və musiqiçilərin geyiminin dizaynını hazırlayıb.xeber100.com

Yanvar 7, 2017 5:09

“Muğam və klassik ənənələr” mövzusunda tədbir keçiriləcək

Yanvarın 16-da Londonda “Azərbaycanda muğam: yeni tendensiyalar və klassik ənənələr” mövzusunda tədbir keçiriləcək.Azərtac Avropa Azərbaycan Cəmiyyətinin “facebook” səhifəsinə istinadla xəbər verir ki, tədbirdə sənətşünaslıq üzrə fəlsəfə doktoru S.Bağırova mövzu üzrə çıxış edəcək. Onun çıxışı musiqi parçaları ilə müşayiət olunacaq. Bundan başqa tədbirdə müasir muğam sənətində son tendensiyalar, onların yaranması və irəli sürülməsi məsələləri son vaxtlar həyata keçirilən birgə yaradıcılıq işlərinə, o cümlədən xanəndə Qoçaq Əsgərov və fransız caz ifaçısı Pyer de Treqomənin əməkdaşlığına istinad olunmaqla müzakirə ediləcək.xeber100.com

Yanvar 7, 2017 12:59

Cüzeppe Verdinin “Traviata” əsəri nümayiş etdiriləcək

Fevral ayında Rusiya Böyük Teatrında Cüzeppe Verdinin “Traviata” əsəri nümayiş etdiriləcək. Teatrın saytı xəbər verir ki, fevralın 2-də səhnə əsərində Violetta Valeri obrazını Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva, Jorj Jermon obrazını Əməkdar Artist Elçin Əzizov ifa edəcək. Elçin Əzizov bu rolda, həmçinin fevralın 4-də tamaşanın gündüz seansında, eləcə də fevralın 5-də çıxış edəcək. Dinara Əliyeva isə Violetta Valeri obrazını fevralın 4-də də canlandıracaq.xeber100.com  

Yanvar 7, 2017 12:45
    Page 157 of 218« First«...102030...155156157158159...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az