03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Opera və Balet Teatrı yanvar repertuarını açıqlayıb

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yanvar ayında maraqlı tamaşalar təqdim olunacaq.Azərtac teatrın yanvar ayı üçün nəzərdə tutulan repertuarını təqdim edir. 7 yanvar - Cakomo Puççini “İl Tabarro” (iki pərdəli opera) 8 yanvar - Əfrasiyab Bədəlbəyli “Qız qalası” (iki pərdəli balet) 14 yanvar - Qara Qarayev “Yeddi gözəl” (iki pərdəli balet) 15 yanvar - Cüzeppe Verdi “Traviata” (iki pərdəli opera) 17 yanvar - Pyotr Çaykovski “Şelkunçik” (iki pərdəli balet) 18 yanvar - Üzeyir Hacıbəyli “Leyli və Məcnun” (iki pərdəli opera) 21 yanvar - Qaetano Donisetti “Sevgi şərbəti” (iki pərdəli opera) 22 yanvar - Lüdviq Minkus “Paxita” (bir pərdəli balet), Frederik Şopen “Şopeniana” (bir pərdəli balet) 25 yanvar - Zülfüqar Hacıbəyov “Aşıq Qərib” (üç pərdəli opera) 28 yanvar - Lüdviq Minkus “Don Kixot” (üç pərdəli balet) 29 yanvar - Leonid Vaynşteyn “Zoluşka” (üç pərdəli opera) 31 yanvar - İohann Ştraus “Düyməcik” (iki pərdəli balet).xeber100.com

Yanvar 6, 2017 2:05

“YARAT” rəsm dərslərini davam etdirir

“YARAT” Müasir İncəsənət Məkanı uşaqlar üçün rəsm dərslərini davam etdirir.Azərtac xəbər verir ki, yanvarın 8-də baş tutacaq növbəti dərslərdə 3-15 yaşlı uşaq və yeniyetmələr iştirak edə bilər.Budəfəki dərslərdə uşaqlar məşhur rəssamların əsərləri ilə tanış olmaq imkanı qazanmaqla yanaşı, əsərlərin pazıllarını yığacaqlar. Bu dərslərdə balacalar həm əylənəcək, həm də maraqlı əsərlərin hazırlanmasında iştirak edəcəklər.Qeyd edək ki, sözügedən layihə “YARAT” Müasir İncəsənət Məkanında ənənəvi olaraq hər həftənin son iki günü keçirilir.xeber100.com

Yanvar 6, 2017 2:02

II Respublika festivalı keçiriləcək

Aprelin 10-dan 17-dək  Bakı Musiqi Akademiyasının təşkilatçılığı ilə “Üzeyir Hacıbəylinin milli lad sistemi gənc musiqiçilərin tədris repertuarında” adlı II Respublika festivalı keçiriləcək.Nazirlikdən Azərtac-a bildirilib ki, festivalın dörd nominasiya – “Fortepiano”, “Bəstəkarlıq”, “Solo oxuma”, “Orkestr alətləri” üzrə keçirilməsi nəzərdə tutulur.Bildirilib ki, festivalın məqsədi böyüməkdə olan nəslin mənəvi simasının formalaşmasında mühüm amil olan milli musiqi gen yaddaşının dirçəldilməsi və aktivləşdirilməsi, milli lad sisteminin Avropa alətlərində (fortepiano, violin, violonçel, nəfəs və zərb alətləri) ifa edilməsi, respublikanın musiqi məktəbləri və incəsənət məktəblərinin təlim-tərbiyə prosesində milli musiqinin didaktik rolunun gücləndirilməsindən ibarətdir.xeber100.com

Yanvar 6, 2017 1:54

Kukla Teatrı yanvar repertuarını təqdim edir

Kukla Teatrı yanvar ayına olan repertuarını açıqlayıb.Azərtac teatrın yanvar ayı üçün repertuarını təqdim edir. 13 yanvar - V.İlyuxov “Oyaq gözəl” (Azərbaycan və rus dillərində) 14 yanvar - Azərbaycan xalq nağılı “Ağ babanın nağılı”, rus xalq nağılı “Qoğal” (rus dilində) 15 yanvar - N.Kazımov “Ələddin”, C.Rodari “Çipollino” (rus dilində) 21 yanvar - Ə.Oruc “Zınqırovlu pişik”, T.Ağayev “Qoçaq Əhməd” (rus dilində) 22 yanvar - M.Seyidzadə “Cırtdan”, “Qoğal” (rus dilində) 27 yanvar - K.Ağayeva “Göyçək Fatma”, C.Rodari “Çipollino” (rus dilində) 28 yanvar - K.Ağayeva “Məlikməmməd”, “Qoğal” (rus dilində) 29 yanvar - Ş.Perro “Qırmızı papaq”, T.Ağayev “Qoçaq Əhməd” (rus dilində) 30 yanvar - Ə.Səmədli “Cik-cik xanım”, C.Rodari “Çipollino” (rus dilində) 31 yanvar - A.Şaiq “Tıq-tıq və Taq-taq-ın nağılı”, “Qoğal” (rus dilində) Qeyd edək ki, Azərbaycan dilində olan tamaşalar saat 12.00, 14.00, rus dilində olanlar isə 16.00-da başlanır.xeber100.com

Yanvar 6, 2017 1:49

“Traviata” operasının tamaşası keçiriləcəkdir

Yanvarın 15-də  Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası keçiriləcəkdir. Tamaşanın bədii səviyyəsinin daha da yüksəltmək məqsədilə Teatrın rəhbərliyi əsas rolları ifa etmək üçün Ukrayna Milli operasının solistləri - Olqa Naqornayanı (Violetta) və  Dmitri Kuzmini (Alfred) dəvət etmişdir.Tamaşada həmçinin Azərbaycan Opera və Balet Teatrının aparıcı solistləri -  Əli Əsgərov (Markiz), Cahangir Qurbanov (Jermon, ilk dəfə) və Əkrəm Poladov (Doktor), gənc vokalçı Nina Makarova (Flora) çıxış edəcəklər.Dirijor Əyyub Quliyevdir.xeber100.com

Yanvar 6, 2017 1:45

“Yeddi gözəl” poemasının yazılmasının 820 illiyi münasibətilə…

Yanvarın 16-da Bakı Xətai Sənət Mərkəzində tanınmış gənc dekorativ tətbiqi sənət ustası Sona Məhərrəmovanın fərdi yaradıcılıq sərgisi açılacaq.Mərkəzdən Azərtac-a bildirilib ki, “Yeddi gözəl” adlı sərgi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşəcək.Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının yazılmasının 820 illiyi münasibətilə açılacaq sərgidə poemanın qəhrəmanlarının libaslarının əks olunduğu sənət əsərləri təqdim ediləcək.xeber100.com

Yanvar 5, 2017 11:06

“Azərbaycanfilm” kinostudiyasının məlumatı…

“İçəri şəhər” bədii filmi Hindistanın 15-ci “Pune” Beynəlxalq Film Festivalının dünya kinosu bölümünə dəvət alıb. “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, festival yanvarın 12-dən 19-dək Puna şəhərində keçiriləcək.Xatırladaq ki, “İçəri şəhər” filmi Misirin 38-ci Qahirə, 47-ci Hindistan, Estoniyanın 20-ci Tallin “Qaranlıq gecələr” və Hindistanın 21-ci Kerala beynəlxalq film festivallarında nümayiş olunub.xeber100.com

Yanvar 5, 2017 11:03

Milli Teatrın məlumatına görə…

Milli Dram Teatrında Yeni il şənlikləri və bayram tamaşası uğurla başa çatıb.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, hər gün 4 seans olmaqla 10 gün davam edən əyləncə dolu şənliklər yanvarın 4-də yekunlaşıb.Bayram şənlikləri çərçivəsində balacaların maraqla izlədiyi “Buzlar ölkəsində” nağıl-tamaşa da nümayiş olunub. Müəllifi Anar Sadıqov olan səhnə əsəri gənc rejissor Əlif Cahangirlinin quruluşunda hazırlanıb.xeber100.com

Yanvar 5, 2017 10:58

“Könül nəğmələri” adlı konsert proqramı keçiriləcək

Yanvarın 31–də Heydər Əliyev Sarayında bəstəkar Tofiq Quliyevin xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək.Sarayın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, “Könül nəğmələri” adlı konsertdə Xalq artistləri Yalçın Rzazadə, Azər Zeynalov, Samir Cəfərov, Brilyant Dadaşova, Heydər Anatollu, Əməkdar artistlər Anar Şuşalı, Lalə Məmmədova, Abbas Bağırov, İnarə Babayeva, Fərid Əliyev, Almaz Orucova, Zakir Əliyev, Röya, Teymur Əmrah, İlqar Muradov, Ehtiram Hüseynov, müğənnilər Samir Piriyev, Səbinə Ərəbli, Taleh Yəhyayev, Zamiq Hüseynov, Elton Hüseynəliyev, Zabitə Alıyeva, Xəyyam Nisanov, Emiliya Yaqubova və “Qaya” qrupu iştirak edəcəklər.xeber100.com  

Yanvar 5, 2017 10:52

“Muğam gecəsi” keçiriləcək

Yanvarın 16-da Filarmoniyada tamaşaçılara “Muğam gecəsi” adlı konsert proqramı təqdim olunacaq.Filarmoniyadan Azərtac-a bildirilib ki, musiqili gecə Azərbaycan televiziyasının “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşəcək.Gecədə istedadlı gənc ifaçılar AzTV-nin Əhsən Dadaşov adına “Xatirə” Xalq Çalğı Alətləri Ansamblının müşayiəti ilə muğamlarımızla yanaşı, xalq və bəstəkar mahnılarını da səsləndirəcəklər.Ansamblın bədii rəhbəri tanınmış dirijor Adil Bağırovdur.xeber100.com

Yanvar 4, 2017 12:23
    Page 158 of 218« First«...102030...156157158159160...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az