03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

Pantomima Teatrı yanvar ayı üçün repertuarını təqdim edir

Azərbaycan Dövlət Pantomima Teatrının yanvar repertuarı da maraqlı tamaşalarla zəngindir. Teatr yanvar ayına olan repertuarını təqdim edir: 7,8 yanvar – “Katarsis”; 14 yanvar – “Son ştrix”; 15 yanvar – “Pantomima buketi”; 21 yanvar – “Underground” (yeni tamaşa); 22 yanvar – “Fəlakət və insan” (uşaq tamaşası), “Adajio”; 28 yanvar – “Dejavü”; 29 yanvar – “Fəlakət və insan” (uşaq tamaşası), “No Comment”. Tamaşalar böyüklər üçün saat 18:00-da, uşaqlar üçün isə saat 14:00-da başlanır.xeber100.com

Yanvar 4, 2017 12:12

“Kainat naxışları Minabi” adlı sərgi açılacaq

Fevralın 8-də Muzey Mərkəzinin sərgi qalereyasında rəssam Milena Nəbiyevanın “Kainat naxışları Minabi” adlı fərdi sərgisi açılacaq.Muzeydən Azərtac-a bildirilib ki, sərgi fevralın 11-dək davam edəcək.Milena Nəbiyevanın əsərləri sırasında milli dəyərlərimizə söykənən təsvirlər xüsusi yer tutur. Yaratdığı rəngkarlıq nümunələri rəssamın incə zövqü ilə yanaşı, düşüncələrini və daxili aləmini də əks etdirir.xeber100.com

Yanvar 3, 2017 1:28

Xatirə gecəsi keçiriləcək

Yanvarın 27-də Filarmoniyada bəstəkar Nazim Əliverdibəyovun 90 illik yubileyinə həsr olunan xatirə gecəsi keçiriləcək.Filarmoniyadan Azərtac-a bildirilib ki, tədbirdə unudulmaz sənətkarın həyat və yaradıcılığından, musiqi mədəniyyətimizə verdiyi töhfələrdən söz açılacaq, sənət dostları onunla bağlı xatirələrini bölüşəcəklər.xeber100.com

Yanvar 3, 2017 1:13

“Məhəbbət əfsanəsi” Sankt-Peterburq səhnəsində…

2017-ci il yanvarın 11-12-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında bəstəkar Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək. Əsərin dünya premyerası da 1961-ci il martın 23-də məhz bu teatrda reallaşıb.Azərtac teatrın saytına istinadla xəbər verir ki, yanvarın 11-də səhnə əsərində Fərhad obrazını həmvətənimiz Timur Əsgərov ifa edəcək.xeber100.com

Yanvar 2, 2017 1:15

Azərbaycanfilm” kinostudiyasının məlumatı…

Rafiq Əliyevin və Cavid Təvəkkülün “Dərs” bədii filmi 15-ci Dəkkə Beynəlxalq film festivalının “Uşaq filmləri” bölümünə dəvət alıb.Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, festival yanvarın 12-dən 20-dək Banqladeşin paytaxtı Dəkkədə keçiriləcək.Filmin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu operatoru Rauf Qurbanəliyevdir.xeber100.com

Yanvar 2, 2017 1:10

Milli Dram Teatrı yanvar repertuarını təqdim edir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yanvar ayı üçün nəzərdə tutulan repertuarı maraqlı tamaşalarla zəngindir.Azərtac teatrın yanvar repertuarını təqdim edir. 1, 2, 3, 4, yanvar - Yeni il şənliyi 13 yanvar - “Ölülər” 14 yanvar - “Vəsiyyət” 15 yanvar - “Müfəttiş” 20 yanvar - “Xəcalət” 21, 22 yanvar - “Almaz” 27 yanvar - “Ölülər” 28 yanvar - “Vəsiyyət” 29 yanvar - “Xanuma”

Yanvar 1, 2017 12:30

“YARAT”da ustad dərsləri təşkil olunub

“YARAT” Müasir İncəsənət Mərkəzində İtaliyanın tanınmış moda fotoqrafı Canluka Santoronun iştirakı ilə ustad dərsləri təşkil olunub.Azərtac xəbər verir ki, dünyaca məşhur fotoqraf ustad dərsləri çərçivəsində moda fotoqrafiyası və aspektləri haqqında danışaraq dünyanın ən əla brendləri ilə əməkdaşlıq təcrübələrini iştirakçılarla bölüşüb. Mühazirələrdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb, maraq doğuran məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb.Qeyd edək ki, bir sıra dünya şöhrətli şəxslərin portretini çəkməklə populyarlıq qazanan fotoqraf hazırda dünyanın ən məşhur moda brendləri ilə əməkdaşlıq edir.xeber100.com

Dekabr 31, 2016 12:28

Rusiya istehsalı olan filmlərin nümayişinə başlanılıb

Nizami Kino Mərkəzində “Qar Kraliçası: 3 alov və buz” 3D animasiya və “Vikinq” bədii filmlərinin nümayişinə başlanılıb.Mərkəzin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, Rusiya istehsalı olan “Vikinq” filmini rejissor Andrey Kravçuk tarixi dram janrında çəkib.Filmdə rollara Danila Kozlovskiy, Svetlana Xodçenkova, Maksim Suxanov, İqor Petrenko, Andrey Smolyakov, Vladimir Epifantsev, Aleksandr Bortiç, Kirill Pletnev, Aleksandr Ustyuqov, Rostislav Berşauer və başqaları çəkilib.Rusiya istehsalı olan “Qar Kraliçası: 3 alov və buz” 3D formatlı animasiya filminin ssenari müəllifi və rejissoru Aleksey Tsitsilindir.Macəra və ailəvi komediya janrında çəkilən filmdə rolları Natalya Bıstrova, Filipp Lebedyev, Diomid Vinoqradov, Aleksandr Qruzdyev, Mixail Tixonov, Nikolay Bıstrov, Olqa Şoroxova, Olqa Zubkova, Vsevolod Kuznetsov, Fill Savenkov və başqaları canlandırıb.xeber100.com

Dekabr 31, 2016 12:06

Gənc Tamaşaçılar Teatrının məlumatına görə…

Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov mayın 17-dən 27-dək Cənubi Afrika Respublikasının (CAR) Keyptaun şəhərində keçiriləcək XIX ASSİTEJ Dünya Konqresi və Səhnə Sənəti Festivalında iştirak edəcək.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, bu nüfuzlu tədbir ASSİTEJ-Azərbaycan Milli Mərkəzi tərəfindən həyata keçirilən layihələr üçün əhəmiyyətli olacaq.Bundan əlavə, beynəlxalq tədbir digər qurum rəhbərləri ilə yaxından tanış olmaq, əməkdaşlıq və yaradıcılıq mübadiləsi baxımından da əlverişli imkanlar yaradacaq.Dünyanın ən nüfuzlu teatr rəhbərlərinin iştirak edəcəyi tədbir yeni yaradıcılıq axtarışları, mədəni əlaqələrin inkişafı və genişləndirilməsi, ortaq layihələrin hazırlanması istiqamətində mühüm rol oynayacaq.xeber100.com

Dekabr 30, 2016 12:26

“Yeni il hədiyyəsi” adlı aksiyaya start veriləcək

Milli İncəsənət Muzeyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə “Yeni il hədiyyəsi” adlı aksiyaya start veriləcək.Muzeydən Azərtac-a bildirilib ki, gələn il yanvarın 3 və 4-də muzeyə giriş 1 AZN məbləğində təşkil ediləcək.Bu məqsədlə muzeyin rəhbərliyi paytaxt sakinləri ilə yanaşı, şəhərimizin qonağı olan hər kəsi bu fürsətdən yararlanmağa dəvət edir.Aksiya çərçivəsində iştirakçılar muzeyin zəngin stasionar ekspozisiyası və “Fransa incəsənəti Azərbaycan Milli İncəsənət Muzeyinin kolleksiyasında” adlı möhtəşəm sərgi ilə tanış ola biləcəklər.xeber100.com

Dekabr 30, 2016 12:22
    Page 159 of 218« First«...102030...157158159160161...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az