Akademik Milli Dram Teatrında “Buzlar ölkəsində” nağıl-tamaşası nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, dekabrın 24-dən yanvarın 4-dək davam edəcək bayram tamaşası saat 11:00, 13:00, 15:00 və 17:00-da gündə dörd seans olmaqla təqdim ediləcək.Anar Sadıqovun müəllifi olduğu nağıl əsasında hazırlanan tamaşaya gənc rejissor Əlif Cahangirli quruluş verib.Səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdqızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov, Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova çıxış edəcəklər.xeber100.com