07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Musiqi Akademiyasında konsert proqramı təşkil olunub

Dekabrın 26-da Bakı Musiqi Akademiyasında “Müstəqillik ulduzları” konsert proqramı təşkil olunub.Azərtac xəbər verir ki, konsertdə müstəqillik illərində respublika və beynəlxalq səviyyəli müsabiqələrin qalibləri, diplomantları milli və dünya klassiklərinin əsərlərini səsləndiriblər.xeber100.com

Dekabr 27, 2016 11:07

Ustad dərsləri keçiriləcək

Dekabrın 28-də İtaliyanın tanınmış moda fotoqrafı Canluka Santoronun iştirakı ilə “YARAT” Müasir İncəsənət Mərkəzində ustad dərsləri keçiriləcək.Azərtac xəbər verir ki, italiyalı fotoqraf ustad dərslərində moda fotoqrafiyası və aspektləri haqqında məlumat verəcək, dünyanın ən lüks brendləri ilə əməkdaşlıq təcrübələrini iştirakçılarla bölüşəcək.Mühazirədə hər kəs iştirak edə bilər.Qeyd edək ki, bir sıra dünya şöhrətli şəxslərin fotoportretlərini çəkməklə populyarlıq qazanan fotoqraf hazırda dünyanın ən məşhur moda brendləri ilə əməkdaşlıq edir.xeber100.com

Dekabr 26, 2016 11:34

“Bakı Metropoliteni” QSC-nin məlumatına görə…

“Bakı Metropoliteni” QSC “Bənövşəyi xətt”in “Memar Əcəmi-2” metro stansiyasında dünya rəssamlarının rəsm əsərlərinin reproduksiyalarını nümayiş etdirir.Azərtac xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.O bildirib ki, Bakı metrosunun “Nəriman Nərimanov” metro stansiyasında nümayiş etdirilən rəsm əsərlərinin reproduksiyaları artıq “Memar Əcəmi-2” metro stansiyasında da nümayiş etdirilir. Bununla da rəsm əsərləri nümayiş etdirilən “Nəriman Nərimanov”, “Gənclik” stansiyalarına “Memar Əcəmi-2” metro stansiyası da qoşulub.xeber100.com

Dekabr 26, 2016 11:31

Rus Dram Teatrında premyera…

Dekabrın 24-də Rus Dram Teatrında “Əli və Nino” romanı əsasında eyniadlı tamaşanın premyerası olub.Azərtac xəbər verir ki, Valentina Reznikovanın yazdığı pyesin əsasını 1914-cü ildən 1920-ci ilədək olan dövrdə baş verən hadisələr təşkil edir.xeber100.com

Dekabr 25, 2016 12:48

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Dekabrın 27-də “YARAT” Müasir İncəsənət Mərkəzində rejissor Elvin Mirzəyevin ekranlaşdırdığı “Əli və Nino” qısametrajlı filmi nümayiş olunacaq.Azərtac xəbər verir ki, “YARAT” Film Klubu tərəfindən təqdim olunacaq ekran əsərinin nümayişini hər kəs izləmək imkanı əldə edəcək.xeber100.com

Dekabr 25, 2016 12:43

“Azərbaycanfilm” kinostudiyasının məlumatı…

“Onun atası” qısametrajlı bədii və “Sarılar – Qarabağ atının izi ilə” sənədli filmləri Hindistanın VI Kəlkətə Beynəlxalq Uşaq Film Festivalına dəvət alıb. Otuz üç ölkədən 200 filmin təqdim olunduğu festival dekabrın 31-dək davam edəcək.Bu barədə Azərtac-a  “Azərbaycanfilm” kinostudiyasından məlumat verilib.xeber100.com

Dekabr 24, 2016 1:07

Beynəlxalq film festivalı başa çatıb

Beynəlxalq Livan qısa filmlər festivalı başa çatıb. Festivalın bağlanış mərasimi İstanbul Teatrı Sinema Star salonunda təşkil edilib. Livanın 3 şəhərində - Nabatiyyə, Tripoli və Sur şəhərlərində keçirilən festivala 25 ölkədən 61 film təqdim edilib. Münsiflər heyətinin tərkibi fransalı, ispaniyalı və livanlı mütəxəssislərdən ibarət olub.Azərtac xəbər verir ki, Azərbaycandan təqdim edilən “Sonuncu” filminin aktyoru İdris Rüstəmov ən yaxşı aktyor işinə görə mükafata layiq görülüb.C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Rusiyanın “Buta Films” şirkətinin birgə istehsalı olan “Sonuncu” filmi Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb. Ekran əsərinin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışevdir.xeber100.com  

Dekabr 23, 2016 12:33

Musiqili Teatr premyeraya hazırlaşır

Musiqili Teatrı növbəti premyeraya hazırlaşır. Teatrdan verilən məlumata görə, İmre Kalmanın “Silva” operettasına ictimai baxış keçirilib.Musiqili Teatrın rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru Boris Lukinski, quruluşçu dirijoru Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlərdir.2017-ci ilin yanvar ayında səhnəyə gələcək “Silva” tamaşası yeni ilin ilk premyerası olacaq.xeber100.com

Dekabr 23, 2016 12:24

Xətai Sənət Mərkəzində rəsm sərgisi keçiriləcək

Dekabrın 23-də Xətai Sənət Mərkəzində Uşaq Kitabxanasının təşkilatçılığı ilə “Multikulturalizm ili”nə həsr olunmuş “Hər çiçəyin öz ətri...” adlı uşaq və yeniyetmələrin Azərbaycanda yaşayan azsaylı xalqların nağılları əsasında çəkilmiş rəsm sərgisi keçiriləcək.Kitabxanadan Azərtac-a bildirilib ki, tədbirdə rəsm əsərlərinin sərgisi ilə yanaşı, azsaylı xalqların milli geyimləri də uşaqların təqdimatında nümayiş olunacaq.xeber100.com  

Dekabr 22, 2016 2:03

Müasir memarlığa həsr edilmiş sərgi təşkil olunub

Dekabrın 20–də İtaliyanın Florensiya şəhərində Azərbaycanın müasir memarlığına həsr edilmiş sərgi təşkil olunub.Sərgi Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) və Romualdo Del Bianko Fondunun təşkilatçılığı ilə keçirilib.Sərginin açılışında Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Romualdo Del Bianko Fondunun direktoru Paolo Del Bianko, AzMİU-nun beynəlxalq əlaqələr şöbəsinin müdiri Fərhad Əliyev, səfirliyin əməkdaşları, incəsənət xadimləri iştirak ediblər.xeber100.com

Dekabr 22, 2016 1:57
    Page 162 of 219« First«...102030...160161162163164...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az