03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Şəhər hekayələri” mövzusunda fotosərginin açılışı olub

“PaşaBank-Türkiyə”nin İstanbulda təşkil etdiyi “Şəhər hekayələri” mövzusunda fotosərginin açılışı olub. Sərgidə Bakı, İstanbul və Tbilisi şəhərlərinin tarixi, mədəniyyəti, müasir görünüşlərini əks etdirən nadir fotolar nümayiş etdirilir.Tanınmış ziyalılar, elm və sənət adamları, QHT və KİV təmsilçilərinin iştirakı ilə keçirilən açılış mərasimində çıxış edən “PaşaBank-Türkiyə”nin icraçı direktoru Cenk Eynehan sərginin məqsədi və əhəmiyyətindən danışıb. C.Eynehan qeyd edib ki, sərginin məqsədi sürətlə böyüyən və inkişaf edən Bakı, İstanbul və Tbilisi şəhərlərinin mədəni dəyərlərini tanıtmaq, bu üç qardaş şəhərin oxşar mənzərələrini təbliğ etməkdir.xeber100.com

Dekabr 22, 2016 1:51

“Anadolu rəngləri” adlı konsert proqramı təqdim olunacaq

Dekabrın 23-də Heydər Əliyev Sarayında “Anadolu rəngləri” adlı konsert proqramı təqdim olunacaq.Azərtac xəbər verir ki, iki ölkə arasındakı mədəni əlaqələr çərçivəsində baş tutacaq konsert Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bakı Yunus Əmrə İnstitutunun təşkilatçılığı ilə reallaşacaq.Konsertdə hər iki qardaş xalqın milli rəqsləri təqdim ediləcək.xeber100.com

Dekabr 21, 2016 11:53

“Mədəniyyət və Yaradıcılıq Proqramı”…

Yaradıcılıq və mədəniyyət sahələrinin nümayəndələri avropalı ekspertlərin dərs dediyi, Avropa İttifaqının Şərq Tərəfdaşlığı “Mədəniyyət və Yaradıcılıq Proqramı” çərçivəsində təşkil edilmiş kurslarda iştirak edə bilərlər.Azərtac xəbər verir ki, hər bir kurs bir neçə qısa videofilmdən ibarətdir və əməli tövsiyələrlə, nümunələrlə tamamlanıb. Kursları başa vurduqdan sonra sertifikat almaq mümkündür. Azərbaycan, rus və ingilis dilləri daxil olmaqla 8 dildə təşkil edilən kursların proqramına Avropanın yaradıcılıq və mədəniyyət sahələrinə aid ən qabaqcıl təcrübələri daxildir.Kursu keçmək və sertifikat ala bilmək üçün ilk növbədə bəyəndiyiniz mövzunu internet saytından seçməli, dərs materialları ilə tanış olmalı və testin suallarına cavab verməlisiniz. Hazırda “Strateji planlaşdırma”, “Advokasiya”, “Kreativ Avropa” və “Təklifin hazırlanması” olmaqla 4 kursda iştirak etmək olar.İl ərzində kurslara yeni mövzular, o cümlədən layihələr üzrə ərizələrin yazılması, maliyyə məsələləri, kommunikasiya, mədəniyyət sahəsində fəaliyyət göstərən təşkilatlar üçün layihə idarəetməsi və s. kimi mövzular əlavə ediləcək.xeber100.com

Dekabr 21, 2016 11:50

Bakı Musiqi Akademiyası təqdim edir…

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) orta ixtisas musiqi məktəb-studiyasının uşaq opera teatrı yeni tamaşanın məşqlərinə başlayıb. Belə ki, dekabrın 28-də BMA-da “Səni sevirik, Xəzərim” adlı musiqili tamaşa sənətsevərlərə təqdim olunacaq.BMA-dan Azərtac-a bildirilib ki, tamaşanın quruluşçu rejissorları Elvin Mirzəyev və Nigar Mirzəyeva, musiqi rəhbəri isə Ofeliya Axundovadır.xeber100.com  

Dekabr 20, 2016 3:21

“Qış qalası” adlı yeni il yarmarkası öz işinə başlayıb

Dekabrın 20-də Qoşa qala qapısı meydanında “Qış qalası” adlı yeni il yarmarkası öz işinə başlayıb.Azərtac xəbər verir ki, yarmarka “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən şəhərimizin bayram əhvalına öz töhfəsini vermək, eləcə də yeni il yarmarkası ənənəsini dəstəkləmək məqsədilə təşkil edilib.Yarmarkada mətbəx nümunələri, əl işləri təqdim edilir. “Qış qalası” təkcə əl işləri, suvenirlər, yeni il atributları, isti qəlyanaltılar, şirniyyat və içkilərin satışı ilə məhdudlaşmır. Yanvarın 10-dək davam edəcək yarmarkada hər gün saat 19:00-dan 21:00-dək tanınmış musiqiçilərin iştirakı ilə konsert proqramı təşkil ediləcək.Təşkilatçılar uşaqları da unutmayıblar. Belə ki, yarmarka günlərində uşaqlar üçün də əyləncəli animasiya proqramı nəzərdə tutulub. Dekabrın 29-dək uşaqlar Şaxta babaya məktub yazaraq finalda mükafat əldə edə biləcəklər.xeber100.com  

Dekabr 20, 2016 3:18

Xocalı faciəsi Türkiyə səhnəsində…

Musiqili Teatrının aktyoru Elçin İmanovun quruluşunda “Adsız qadın” mono-tamaşasının Türkiyədə premyerası keçirilib. Teatrın mətbuat katibi S.Sədaqətoğlu bildirib ki, Xocalı qətliamından, xalqımızın tarixi soyqırımından bəhs edən səhnə əsəri İstanbul Azərbaycan Kültür Evinin təşkilatçılığı ilə İstanbulda Üsküdar Kərəm Yılmazər Səhnəsində nümayiş olunub.Tamaşada Azərbaycan və Türkiyə musiqisindən istifadə olunub.Tamaşada Xocalı dəhşətlərini əks etdirən sənədli kadrlardan istifadə olunub. “Adsız qadın” mono-tamaşa olsa da, mənfur qonşularımızın vəhşiliklərini daha da kəsərli nümayiş etdirmək üçün müəyyən kütləvi səhnələrdən istifadə edilib və bu səhnələrdə Türkiyədə yaşayan azərbaycanlılar, xüsusən tələbələr iştirak edirlər.xeber100.com

Dekabr 20, 2016 3:11

Rəssamlar İttifaqında sərgi açılacaq

Dekabrın 28-də Rəssamlar İttifaqında gənc rəssamların sənət əsərlərindən ibarət sərgi açılacaq.Azərtac xəbər verir ki, sərgidə Rəssamlar İttifaqı və Gənc Rəssamlar Birliyinin üzvü olan fırça ustaları iştirak edəcək.Sərginin ekspozisiyasında torpaqlarımızın azadlığı uğurunda canından keçən Vətən övladlarının qəhrəmanlığının əks olunduğu rəngkarlıq, qrafika, heykəltəraşlıq və plakat sənəti janrlarında olan rəsm əsərləri yer alacaq.Sərgi üç gün davam edəcək.xeber100.com

Dekabr 20, 2016 12:20

Milli Dram Teatrı təqdim edir

Akademik Milli Dram Teatrında “Buzlar ölkəsində” nağıl-tamaşası nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, dekabrın 24-dən yanvarın 4-dək davam edəcək bayram tamaşası saat 11:00, 13:00, 15:00 və 17:00-da gündə dörd seans olmaqla təqdim ediləcək.Anar Sadıqovun müəllifi olduğu nağıl əsasında hazırlanan tamaşaya gənc rejissor Əlif Cahangirli quruluş verib.Səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Əlvida Cəfərov, Şəlalə Şahvələdqızı, Sevinc Əliyeva, Elxan Quliyev, aktyorlar Cümşüd Zeynalov, Rəşad Bəxtiyarov, Rada Nəsibova, Xədicə Novruzlu, Ramin Şıxəliyev, Vüsal Mustafayev, Mətləb Abdullayev, Dilarə Nəzərova, İlahə Həsənova çıxış edəcəklər.xeber100.com

Dekabr 20, 2016 12:17

“Göy əbədiyyət” adlı qala-konsert keçirilib

Qırğızıstan Opera və Balet Teatrında Rəşid Behbudovun anadan olmasının 100 illiyi və Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş “Göy əbədiyyət” adlı qala-konsert keçirilib.Tədbirin əvvəlində teatrın foyesində qonaqları Bişkekdəki "Azəri" Mədəniyyət Mərkəzinin musiqi ansamblı Azərbaycan mahnıları ilə qarşılayıb.Konsertdə Qırğızıstanın rəsmiləri, görkəmli ziyalılar, elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, soydaşlarımız iştirak edib.xeber100.com

Dekabr 19, 2016 12:04

“Yuğ” Teatrının məlumatına görə…

“Yuğ” Teatrının rejissoru Mir Sahib Ağazadə Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrında tamaşa hazırlayıb.“Yuğ” Teatrının mətbuat xidmətindən Azərtac-a bildirilib ki, rejissor C.Məmmədquluzadənin əsərləri əsasında “Danabaşlar” adlı tamaşaya quruluş verib. Tamaşada Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” povestindən, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Lal” və başqa hekayələrindən istifadə olunub.  Janrı birhissəli qəmli komediya kimi təyin olunan tamaşanın musiqi tərtibatı və xoreoqrafik həlli quruluşçu rejissor Mir Sahib Ağazadəyə məxsusdur.“Danabaşlar” tamaşasının ideyası Mirzə Cəlilin Uçitel personajının “Oxumaq işıqdır, oxumamaq zülmətdir” fikrindən götürülüb ki, bu da tamaşanın finalında böyük bir kitabın üzərindən qara örtüyün qaldırılması ilə ifadə olunur.Tamaşanın premyerası Dərbənd Ləzgi Teatrının binasında keçirilib.xeber100.com

Dekabr 19, 2016 11:56
    Page 162 of 218« First«...102030...160161162163164...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az