28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Göy əbədiyyət” adlı qala-konsert keçirilib

Qırğızıstan Opera və Balet Teatrında Rəşid Behbudovun anadan olmasının 100 illiyi və Müslüm Maqomayevin yaradıcılığına həsr olunmuş “Göy əbədiyyət” adlı qala-konsert keçirilib.Tədbirin əvvəlində teatrın foyesində qonaqları Bişkekdəki "Azəri" Mədəniyyət Mərkəzinin musiqi ansamblı Azərbaycan mahnıları ilə qarşılayıb.Konsertdə Qırğızıstanın rəsmiləri, görkəmli ziyalılar, elm, mədəniyyət, ədəbiyyat və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, soydaşlarımız iştirak edib.xeber100.com

Dekabr 19, 2016 12:04

“Yuğ” Teatrının məlumatına görə…

“Yuğ” Teatrının rejissoru Mir Sahib Ağazadə Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhərində fəaliyyət göstərən Azərbaycan Dövlət Dram Teatrında tamaşa hazırlayıb.“Yuğ” Teatrının mətbuat xidmətindən Azərtac-a bildirilib ki, rejissor C.Məmmədquluzadənin əsərləri əsasında “Danabaşlar” adlı tamaşaya quruluş verib. Tamaşada Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları” povestindən, “Danabaş kəndinin məktəbi”, “Poçt qutusu”, “Lal” və başqa hekayələrindən istifadə olunub.  Janrı birhissəli qəmli komediya kimi təyin olunan tamaşanın musiqi tərtibatı və xoreoqrafik həlli quruluşçu rejissor Mir Sahib Ağazadəyə məxsusdur.“Danabaşlar” tamaşasının ideyası Mirzə Cəlilin Uçitel personajının “Oxumaq işıqdır, oxumamaq zülmətdir” fikrindən götürülüb ki, bu da tamaşanın finalında böyük bir kitabın üzərindən qara örtüyün qaldırılması ilə ifadə olunur.Tamaşanın premyerası Dərbənd Ləzgi Teatrının binasında keçirilib.xeber100.com

Dekabr 19, 2016 11:56

Xalq Çalğı Alətləri Orkestrinin 85 illiyi münasibətilə…

Dekabrın 21-də Filarmoniyasında Xalq Çalğı Alətləri Orkestrinin yaranmasının 85 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq.Azərtac xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək tədbirdə orkestrin yaranmasından, Azərbaycan Televiziya və Radiosunda, o cümlədən ölkəmizin mədəni həyatındakı fəaliyyətindən söz açılacaq.Konsertdə xalq çalğı alətləri orkestrinin müşayiəti ilə bir sıra xalq və bəstəkar mahnıları səsləndiriləcək.xeber100.com

Dekabr 18, 2016 12:42

“Bir eksponatın tarixi” layihəsi çərçivəsində təqdimat keçirilib

Dekabrın 17-də Azərbaycan Xalça Muzeyində “Bir eksponatın tarixi” layihəsi çərçivəsində xalçaçı-rəssam Eldar Mikayılzadənin “Nağıllar aləmi” xalçasının təqdimatı keçirilib.Azərtac xəbər verir ki, tədbirdə E.Mikayılzadənin yaradıcılığı barədə məlumat verilib. Bildirilib ki, xalçaçı-rəssam uzun illərdir öz orijinal çeşnili əsərləri ilə xalça sənətinin inkişafına xidmət edir. Tədbirdə Xalça Muzeyində hər ay təşkil olunan “Bir eksponatın tarixi” layihəsi barədə də məlumat verilib. Diqqətə çatdırılıb ki, layihə çərçivəsində hər dəfə bir eksponatın tarixi ətraflı olaraq təqdim edilir.xeber100.com

Dekabr 18, 2016 12:32

“İncəsənətin dialoqu” fənlərarası layihəyə start veriləcək

Dekabrın 23-də “YARAT” Müasir İncəsənət Mərkəzində “İncəsənətin dialoqu” fənlərarası layihəyə start veriləcək.Azərtac xəbər verir ki, bu layihə “YARAT” ART təcrübə proqramının nəticəsində yaranıb.Bu layihənin yaradıcı qrupuna yazıçı S.Vəlibəyova, rəssam O.Qarayev və bəstəkar R.Quliyev daxildir. İncəsənətin 3 müxtəlif sahəsinin təmsilçiləri bir məkanda yaradıcılıqla bağlı fikirlərini iştirakçılarla bölüşəcəklər.Bu layihənin əsas məqsədi incəsənətin müxtəlif sahələrində oxşarlıq tapmaqdır.xeber100.com

Dekabr 17, 2016 1:32

“Sülh istəyirik” adlı rəsm sərgisi açılıb

Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Sülh istəyirik” adlı rəsm sərgisi açılıb.Azərtac xəbər verir ki, sərgi Türkiyənin “Yalnızca Barışa Tarafız” Təşkilatının dəstəyi ilə reallaşıb. Sərgidə 80-dək fırça ustasının 100-dən çox sənət əsəri nümayiş olunur.Hər il dekabrda ənənəvi olaraq təşkil olunan ekspozisiyada yer alan sənət əsərləri dünyada sülhün, sabitliyin, əmin-amanlığın, tolerantlığın, humanizm və xeyirxahlığın təbliğinə yönəlib.Ekspozisiyada paytaxtla yanaşı, regionlardan olan fırça ustalarının əsərləri də sərgilənir.xeber100.com

Dekabr 17, 2016 1:29

Filarmoniyada musiqi festivalı keçiriləcək

Dekabrın 25-də Filarmoniyada milli rəqs və musiqi festivalı keçiriləcək.Filarmoniyadan Azərtac-a bildirilib ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşacaq festivala Azərbaycan, Gürcüstan və İrandan olan rəqqaslar qatılacaq.İki gün davam edəcək musiqili-əyləncəli tədbirdə Fikrət Əmirov adına uşaq incəsənət məktəbinin “Odlar yurdu” rəqs qrupu milli rəqslərimizlə yanaşı, hind və ispan rəqslərini də təqdim edəcək.xeber100.com

Dekabr 16, 2016 12:06

Musiqili Teatr təqdim edir…

Musiqili Teatrda həftəsonu 4 tamaşa nümayiş olunacaq.Teatrdan bildirilib ki, 17, 18 dekabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara “O olmasın, bu olsun” (Ü. Hacıbəyli), A. Sadıqovun səhnələşdirməsində “Yatmış gözəl və cırtdanlar” (Ş. Pero), “Toya bir gün qalmış” (Ə. Səmədli) və “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin) tamaşaları təqdim olunacaq.Xatırladaq ki, Musiqili Teatr bu həftə də rusdilli və balaca tamaşaçılarını da unutmayıb. Belə ki, 17 dekabr tarixində saat 12.00-da Ş. Peronun “Yatmış gözəl və cırtdanlar” əsəri Azərbaycan dilində, 18 dekabr tarixində saat 12.00-da isə R. Şəfəq, V. Ziminin “Yağış göbələyinin macərası” tamaşası rus dilində uşaqlar üçün nümayiş olunacaq.xeber100.com

Dekabr 15, 2016 11:57

Müasir İncəsənət Muzeyində sərgi açılıb

Dekabrın 14-də Müasir İncəsənət Muzeyində tanınmış Azərbaycan heykəltəraşı Zakir Mehdiyevin sərgisi açılıb.Azərtac xəbər verir ki, Z.Mehdiyev ekspozisiyaya daş, mərmər, ağac və digər materiallardan hazırlanmış 35 heykəlin daxil edildiyini deyib.Xatırladaq ki, Z.Mehdiyev Almaniya, Rusiya, Macarıstan, Finlandiya, Türkiyə, İngiltərə, Suriya və Azərbaycanda müxtəlif sərgilərin iştirakçısı olub. O, İsmayıl bəy Qutqaşınlının (Qəbələ), Şah İsmayil Xətainin (Bakı) və Mustafa Kamal Atatürkün (Antakya) xatirələrinə ucaldılmış abidələrin müəllifidir.xeber100.com

Dekabr 15, 2016 11:20

Opera və Balet Teatrı təqdim edir

Dekabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya klassik opera sənətinin ən dəyərli nümunələrindən biri - Cüzeppe Verdinin “Aida” operası nümayiş olunacaq.Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsərində əsas partiyalardan birini - Aida partiyasını ilk dəfə teatrın aparıcı solisti - Əməkdar Artist Afaq Abbasova ifa edəcək. Digər partiyaları Xalq Artisti Əli Əsgərov, Əməkdar artistlər Əkrəm Poladov, Gülnaz İsmayılova və gənc solist Nina Makarova ifa edəcək. Səhnə əsərində iştirak etmək üçün Gürcüstanın tanınmış vokal ustaları Teymuraz Ququşvili və Əməkdar Artist Sulxan Qvelesiani da dəvət olunub.Tamaşanı dirijoru Xalq artisti, professor Cavanşir Cəfərovdur.xeber100.com

Dekabr 15, 2016 11:16
    Page 164 of 219« First«...102030...162163164165166...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az