04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Beynəlxalq kinofestivalın açılışı olub

Bişkekdəki “Manas” kinoteatrında “Qırğızıstan – qısametrajlı filmlər ölkəsi” altıncı beynəlxalq kinofestivalın açılışı olub.Kinofestival tanınmış qırğız kinorejissoru Bolot Şamşiyevin “Manasçı” sənədli filmi ilə açılıb.Kinofestivalda ölkəmizi "Azərbaycanfilmi"in istehsalı olan “Qara bağ” bədii filmi təmsil edir.Filmin ssenari müəllifi A.Məmiyev, quruluşçu operatoru R.Qurbanəliyev, quruluşçu rəssamı Ə.Məmmədovdur. Festival dekabrın 15-də başa çatacaq.xeber100.com

Dekabr 14, 2016 1:33

“Ərəb dili üzrə xəttatlıq sənəti” adlı treninq kursları təşkil olunacaq

Dekabrın 20-də Misirin Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Ərəb dili üzrə xəttatlıq sənəti” adlı treninq kursları təşkil olunacaq.Mərkəzdən Azərtac-a bildirilib ki, treninqlər xəttatlıq sənəti üzrə 20 illik təcrübəyə malik misirli mütəxəssis Əhməd Əbdülvahab Əşrəf tərəfindən aparılacaq.Treninqlərdə ərəb dili müəllimləri və ərəb dilini yaxşı səviyyədə bilən və bu dildə yaxşı yazmağı bacaran tələbələr iştirak edə bilərlər.Sonda imtahandan uğurla keçən iştirakçılara Misirin Ali Təhsil Nazirliyinin sertifikatı təqdim olunacaq.Hər kəsin qatıla biləcəyi treninq kursları dekabrın 23-dək davam edəcək.xeber100.com

Dekabr 14, 2016 1:22

Ümumdünya İrs Siyahısına daxil edilmə məsələsi müzakirə olunub

Məlum olduğu kimi, Mədəniyyət və turizm nazirinin müavini S.Məmmədəliyeva Parisdə UNESCO-nun baş qərargahında silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə hökumətlərarası komitənin 11-ci sessiyasında iştirakla bağlı səfərdədir. Səfər çərçivəsində S.Məmmədəliyeva “Şəki və onun tarixi hissəsi”nin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün Dünya İrs Komitəsinə üzv ölkələr ilə danışıqlar aparıb.Nazirlikdən Azərtac-a bildirilib ki, görüşdə komitə üzvləri tərəfindən Azərbaycanın quruma üzv kimi fəaliyyətinin mədəni irsin həm ölkə səviyyəsində, həm də beynəlxalq səviyyədə qorunmasının bariz göstəricisi olduğu bildirilib.xeber100.com  

Dekabr 13, 2016 10:55

“Azərbaycanfilm” kinostudiyasının məlumatı…

Hindistanın 5-ci Delhi Beynəlxalq Film Festivalının müsabiqə proqramında C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Dərs” və “Onun atası” bədii filmlərinin nümayişi baş tutub.“Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, festival Yeni Delhi şəhərində keçirilib.Xatırladaq ki, “Dərs” tammetrajlı bədii filminin ssenari müəllifləri Elza Ağayeva və Anastasiya Volkova, quruluşçu rejissorları Rafiq Əliyev və Cavid Təvəkkül, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Fikrət Ələkbərov, bəstəkarı Tünzalə Ağayeva, icraçı prodüseri Vüsal Abbasov, prodüseri Müşfiq Hətəmovdur.xeber100.com  

Dekabr 13, 2016 10:51

“Heykəl sərgisi” adlı sərgi açılacaq

Dekabrın 14-də Müasir İncəsənət Muzeyində heykəltəraş Zakir Mehdiyevin “Heykəl sərgisi” adlı sərgisi açılacaq.Muzeydən Azərtac-a bildirilib ki, dekabrın 31-dək davam edəcək sərgidə müəllifin 35-ə yaxın heykəltəraşlıq əsəri nümayiş olunacaq.Xatırladaq ki, Zakir Mehdiyev Almaniya, Rusiya, Macarıstan, Finlandiya, Türkiyə, İngiltərə, Suriya və Azərbaycanda müxtəlif sərgilərin iştirakçısı olub. O, İsmayıl bəy Qutqaşınlının (Qəbələ), Şah İsmayil Xətainin (Bakı) və Mustafa Kamal Atatürkün (Antakya) xatirələrinə ucaldılmış abidələrin müəllifidir.xeber100.com

Dekabr 12, 2016 11:02

Rəssamlar İttifaqında fotosərgi açılıb

Dekabrın 11-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Dünəndən sabaha boylanan Bakı” adlı fotosərgi açılıb.Azərtac xəbər verir ki, sərginin kuratoru kinooperator Rafiq Qəmbərov qonaqlara sərgi barədə məlumat verib. Bildirib ki, sərgi Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda regional incəsənət və mədəniyyət layihəsi” çərçivəsində reallaşdırılır. Qeyd edək ki, dekabrın 13-dək davam edəcək fotosərgidə 100-ə yaxın foto nümayiş olunur.xeber100.com  

Dekabr 12, 2016 10:58

Yeni il şənliklərinə start veriləcək

Akademik Milli Dram Teatrında dekabrın 27-dən etibarən Yeni il şənliklərinə start veriləcək.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, sənət ocağı Yeni il qabağı balacaların vaxtının səmərəli keçməsini nəzərə alaraq dekabrın 31-dək hər gün bir-birindən maraqlı əyləncəli proqramlar və oyunlar təqdim edəcək.xeber100.com  

Dekabr 11, 2016 2:21

“YARAT” Müasir İncəsənət Mərkəzində konsert keçiriləcək

Dekabrın 22-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Radıo Vıdeo” qrupunun konserti keçiriləcək.Azərtac xəbər verir ki, qrup 2011-ci ilin ortalarında Bakı şəhərində yaradılıb. Qrupun adı isə yaradıcılıq prosesi zamanı qoyulub. Repertuarlarında rok, ambiens və hərdən rok kompozisiyalarına üstünlük verirlər. Qrupa Roman Şulqa (vokal, gitara), Mişel Hop (vokal), Zakir Qasımov (gitara), Dmitriy Tur (baraban) və Andrey Kudinov (bas gitara) daxildir.xeber100.com

Dekabr 11, 2016 2:16

Qədim Musiqi Alətləri Dövlət Ansamblı – 20

Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Qədim Musiqi Alətləri Dövlət Ansamblının yaranmasının 20 illiyinə həsr edilmiş tədbir keçirilib.Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, professor Alla Bayramova ansamblın yaranma tarixindən danışıb.Bildirib ki, ötən əsrin 80-ci illərinin sonunda xalq artisti Məcnun Kərimovun böyük səyi nəticəsində ərsəyə gəlib. İlk dəfə kollektivin Şah İsmayıl Xətainin xatirəsinə həsr olunmuş konserti rəğbətlə qarşılanıb. 1994-cü ildə ansambla dövlət statusu verilib. Bundan sonra ansambl bir çox xarici ölkələrdə qastrol səfərlərində ölkəmizi ləyaqətlə təmsil edib. O da qeyd olunub ki, ansamblın yaradıcısı, Xalq Artisti Məcnun Kərimov alətlərin tapılıb, istifadə olunmasında böyük səy göstərib.xeber100.com

Dekabr 10, 2016 2:13

“Qısqanc ürəklər” tamaşası 100-cü dəfə nümayiş olunacaq

Musiqili Teatrında bəstəkar R. Mirişlinin “Qısqanc ürəklər” iki hissəli musiqili komediyası 100-cü dəfə nümayiş olunacaq.Tetardan verilən məlumata görə, tamaşanın 100-cü nümayişi 10 dekabr tarixində saat 19.00-da baş tutacaq. Xatırladaq ki, “Qısqanc ürəklər” komediyası 10 ildir ki, Dövlət Musiqili Teatrının repertuarındadır. Tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Eldar Qurbandır. Rollarda xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov və b. iştirak edirlər.xeber100.com  

Dekabr 9, 2016 12:06
    Page 164 of 218« First«...102030...162163164165166...170180190...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az