19 İyun 2026 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Rəssamlar İttifaqında fotosərgi açılıb

Dekabrın 11-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda “Dünəndən sabaha boylanan Bakı” adlı fotosərgi açılıb.Azərtac xəbər verir ki, sərginin kuratoru kinooperator Rafiq Qəmbərov qonaqlara sərgi barədə məlumat verib. Bildirib ki, sərgi Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda regional incəsənət və mədəniyyət layihəsi” çərçivəsində reallaşdırılır. Qeyd edək ki, dekabrın 13-dək davam edəcək fotosərgidə 100-ə yaxın foto nümayiş olunur.xeber100.com  

Dekabr 12, 2016 10:58

Yeni il şənliklərinə start veriləcək

Akademik Milli Dram Teatrında dekabrın 27-dən etibarən Yeni il şənliklərinə start veriləcək.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, sənət ocağı Yeni il qabağı balacaların vaxtının səmərəli keçməsini nəzərə alaraq dekabrın 31-dək hər gün bir-birindən maraqlı əyləncəli proqramlar və oyunlar təqdim edəcək.xeber100.com  

Dekabr 11, 2016 2:21

“YARAT” Müasir İncəsənət Mərkəzində konsert keçiriləcək

Dekabrın 22-də “YARAT” Müasir İncəsənət Mərkəzində “Radıo Vıdeo” qrupunun konserti keçiriləcək.Azərtac xəbər verir ki, qrup 2011-ci ilin ortalarında Bakı şəhərində yaradılıb. Qrupun adı isə yaradıcılıq prosesi zamanı qoyulub. Repertuarlarında rok, ambiens və hərdən rok kompozisiyalarına üstünlük verirlər. Qrupa Roman Şulqa (vokal, gitara), Mişel Hop (vokal), Zakir Qasımov (gitara), Dmitriy Tur (baraban) və Andrey Kudinov (bas gitara) daxildir.xeber100.com

Dekabr 11, 2016 2:16

Qədim Musiqi Alətləri Dövlət Ansamblı – 20

Dekabrın 9-da Beynəlxalq Muğam Mərkəzində Qədim Musiqi Alətləri Dövlət Ansamblının yaranmasının 20 illiyinə həsr edilmiş tədbir keçirilib.Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, professor Alla Bayramova ansamblın yaranma tarixindən danışıb.Bildirib ki, ötən əsrin 80-ci illərinin sonunda xalq artisti Məcnun Kərimovun böyük səyi nəticəsində ərsəyə gəlib. İlk dəfə kollektivin Şah İsmayıl Xətainin xatirəsinə həsr olunmuş konserti rəğbətlə qarşılanıb. 1994-cü ildə ansambla dövlət statusu verilib. Bundan sonra ansambl bir çox xarici ölkələrdə qastrol səfərlərində ölkəmizi ləyaqətlə təmsil edib. O da qeyd olunub ki, ansamblın yaradıcısı, Xalq Artisti Məcnun Kərimov alətlərin tapılıb, istifadə olunmasında böyük səy göstərib.xeber100.com

Dekabr 10, 2016 2:13

“Qısqanc ürəklər” tamaşası 100-cü dəfə nümayiş olunacaq

Musiqili Teatrında bəstəkar R. Mirişlinin “Qısqanc ürəklər” iki hissəli musiqili komediyası 100-cü dəfə nümayiş olunacaq.Tetardan verilən məlumata görə, tamaşanın 100-cü nümayişi 10 dekabr tarixində saat 19.00-da baş tutacaq. Xatırladaq ki, “Qısqanc ürəklər” komediyası 10 ildir ki, Dövlət Musiqili Teatrının repertuarındadır. Tamaşanın quruluşçu-rejissoru Yusif Əkbərov, quruluşçu-dirijoru Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı Eldar Qurbandır. Rollarda xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər Nahidə Orucova, Çingiz Əhmədov və b. iştirak edirlər.xeber100.com  

Dekabr 9, 2016 12:06

“Yuğ” Teatrı mövsümün yeni tamaşasını təqdim edir

“Yuğ” Teatrı mövsümün yeni tamaşası olan “Rindi-Şeyda”nı yenidən teatrsevərlərə təqdim edəcək.Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, dekabrın 13-də nümayiş olunacaq səhnə əsəri Mərcan Dədənin “Sufi arzuları” musiqili kompozisiyası əsasında səhnələşdirilib. Tamaşa teatrın baş rejissoru Gümrah Ömərin quruluşunda təqdim olunacaq.Janrı səmavi eşq ayini kimi təyin olunan səhnə əsərində rolları teatrın aktyorları Mətanət Abbas, Təranə Ocaqverdiyeva və Amid Qasımov ifa edəcək.xeber100.com

Dekabr 9, 2016 11:45

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə…

Dekabrın 8-də Filarmoniyasında “Muğam musiqisi axşamı” adlı konsert proqramı təşkil olunub.Azərtac xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən konsert proqramı “Gənclərə dəstək” layihəsi çərçivəsində reallaşıb.Konsert proqramı bir-birindən maraqlı xalq mahnıları ilə və muğamlarla davam edib.xeber100.com

Dekabr 9, 2016 11:41

Əməkdaşlıq haqqında müqavilə imzalanıb

Milli İncəsənət Muzeyi və Ukraynanın Taras Şevçenko adına Milli Muzeyi arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.Milli İncəsənət Muzeyindən Azərtac-a bildirilib ki, müqavilə hər iki muzeyin qarşılıqlı elmi-tədqiqat işinin aparılması, muzey işçilərinin təcrübə mübadiləsinin yaradılması, birgə sərgilərin hazırlanması və Ukrayna-Azərbaycan mədəni əlaqələrinin qurulmasına təkan verəcək.xeber100.com

Dekabr 9, 2016 11:38

Beynəlxalq konfrans işə başlayıb

Dekabrın 8-də Tbilisidə “Gürcüstan üçün yol xəritəsi: İnnovasiyalar və inkişaf üçün mədəniyyət və yaradıcılıq yolları” adlı beynəlxalq konfrans işə başlayıb.İki gün davam edəcək tədbirdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə nümayəndə heyəti iştirak edir.Tədbirin açılışında Gürcüstanın mədəniyyət və tarixi abidələrin mühafizəsi naziri Mixail Georqadze çıxış edərək deyib ki, bu gün dünyada iqtisadi inkişafı mədəniyyətsiz və kreativ sənayesiz təsəvvür etmək mümkün deyil.Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı və Gürcüstan Mədəniyyət və Tarixi Abidələr Nazirliyinin birgə təşkil etdiyi tədbirdə yaradıcı sənayenin mədəni əlaqələrin, turizmin, iqtisadiyyatın inkişafındakı rolu geniş müzakirə olunacaq.xeber100.com

Dekabr 8, 2016 1:41

Musiqi Akademiyası – 95

Dekabrın 7-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında “Ümumi fortepiano” kafedrasının tələbələri geniş konsert proqramı ilə çıxış ediblər.Azərtac xəbər verir ki, konsert Bakı Musiqi Akademiyasının yaranmasının 95 illiyinə həsr olunub.Konsertdə kafedranın tələbələrinin ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.xeber100.com

Dekabr 8, 2016 1:33
    Page 166 of 220« First«...102030...164165166167168...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az