04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

IV beynəlxalq müasir musiqi layihəsi çərçivəsində…

Dekabrın 2-də Filarmoniyada “Zamanla üz-üzə” IV beynəlxalq müasir musiqi layihəsi çərçivəsində konsert proqramı təşkil olunacaq.Filarmoniyadan Azərtac-a bildirilib ki,  konsert proqramında ukraynalı Vladimir Runçakın dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri çıxış edəcək.Konsertdə əməkdar incəsənət xadimi Ülviyyə Hacıbəyova pianoda Azərbaycan və dünya bəstəkarlarının əsərlərindən kompozisiyalar səsləndirəcək.xeber100.com

Dekabr 1, 2016 11:51

Kukla Teatrı dekabr repertuarını təqdim edir

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı dekabr ayına olan repertuarını açıqlayıb.Azərtac teatrın dekabr ayı üçün repertuarını təqdim edir. 2 dekabr - K.Kollodi “Pinokkionun sərgüzəştləri” (Azərbaycan və rus dillərində) 3 dekabr - N.Kazımov “Ələddin”, T.Ağayev “Qoçaq Əhməd” (rus dilində) 4 dekabr - Ə.Oruc “Zınqırovlu pişik”, rus xalq nağılı “Qoğal” (rus dilində) 9 dekabr - K.Kollodi “Karlson” (Azərbaycan və rus dillərində) 10 dekabr - K.Ağayeva “Məlikməmməd”, C.Rodari “Çipollino” (rus dilində) 11 dekabr - Ş.Perro “Qırmızı papaq”, rus xalq nağılı “Qoğal” (rus dilində) 16 dekabr - C.Rodari “Çipollino” (Azərbaycan və rus dillərində) 17 dekabr - L.Bomon “Gözəl və bədheybət”, T.Ağayev “Qoçaq Əhməd” (rus dilində) 18 dekabr - “Tıq-tıq və Taq-taq-ın nağılı”, rus xalq nağılı “Qoğal” (rus dilində) 23 dekabr - Ş.Perro “Çəkməli pişik”, T.Ağayev “Qoçaq Əhməd” (rus dilində) 24 dekabr - rus xalq nağılı “Qoğal” (Azərbaycan və rus dillərində) 25 dekabr - Azərbaycan xalq nağılı “Tilsimli meşə”, C.Rodari “Çipollino” (rus dilində) Qeyd edək ki, Azərbaycan dilində olan tamaşalar saat 12.00, 14.00, rus dilində olanlar isə 16.00-da başlanır.xeber100.com

Dekabr 1, 2016 11:43

Sənədli Filmlər Festivalının nəticələrinə həsr olunmuş toplantı keçirilib

Mətbuat Şurasının sədri Ə.Amaşov İstanbulda keçirilən Türk Dünyası Sənədli Filmlər Festivalının nəticələrinə həsr olunmuş toplantıda iştirak edib. Tədbirə Türkiyə və Azərbaycan ilə yanaşı Qazaxıstandan, Qırğızıstandan, Türkmənistandan və Şimali Kipr Türk Cümhuriyyətindən nümayəndələr qatılıblar. Dünya Qəzetəcilər Federasyonunun təşkilatçılığı ilə düzənlənmiş toplantıda MŞ sədri Ə.Amaşov çıxış edib.Toplantıda çıxış edənlər Türk Dünyası Sənədli Filmlər Festivalını zəruri edən məqamlara toxunaraq bildiriblər ki, zaman-zaman türklərin tarixi saxtalaşdırılıb, türk milli kimliyi məsələsi şübhə altına alınıb, türklərin assimlyasiya prosesləri geniş vüsət alıb. Bu sayaq mənfi proseslərin təkrarlanmaması üçün mənəvi müqavimət formalaşdırmaq lazımdır. Türk Dünyası Sənədli Filmlər Festivalı tarixdəki bu müqaviməti formalaşdırmaq əzmində olan təşəbbüsdür və bu təşəbbüsün davamlılığı şərtdir.xeber100.com

Dekabr 1, 2016 11:33

Opera və balet teatrının məlumatına görə…

Dekabrın 1-dən 3-nə kimi Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində V Beynəlxalq mədəniyyət forumunun "Balet və rəqs"  bölməsinin işində iştirak etmək üçün Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri Kamilla Hüseynova dəvət olunub.Müstəqil Dövlətlər Birliyinin yaradılmasının 25 illiyinə həsr olunmuş tədbirdə MDB-yə daxil olan əksər ölkələrin milli balet truppalarının bədii rəhbərləri iştirak edəcək və öz ölkələrində xoreoqrafiya sənətinin inkişafı təcrübələrini bölüşəcəklər.xeber100.com

Dekabr 1, 2016 11:21

TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı keçiriləcək

Dekabrın 1-də Şəkidə TÜRKSOY Daimi Şurasının 34-cü toplantısı və “Şəki – Türk dünyasının mədəniyyət paytaxtı 2016”nın bağlanış mərasimi təşkil olunacaq.Mədəniyyət və Turizm Nazirliyindən bildirilib ki, iclasın gündəliyinə qurumun ötən il ərzində fəaliyyətinin qiymətləndirilməsi, ənənəvi festivalların, cari və yeni layihələrin müzakirəsi, üzv ölkələr arasında mədəniyyət sahəsindəki əməkdaşlığın daha da genişləndirilməsi və digər məsələlər daxil edilib. Bununla yanaşı, türk dünyasının 2017-ci il üçün mədəniyyət paytaxtı olacaq şəhərin seçilməsi də nəzərdə tutulub. Toplantıda yekun bəyannamə imzalanacaq və mətbuat konfransı keçiriləcək.xeber100.com

Noyabr 30, 2016 11:26

Xalq musiqisindən ibarət konsert keçirilib

Filarmoniyanın səhnəsində “Muğamat var olan yerdə” adlı xalq musiqisindən ibarət konsert keçirilib.Azərtac xəbər verir ki, konsertdə “Muğam” instrumental ansamblının müşayiəti ilə Təyyar Bayramov, Ehtiram Hüseynov, Mirələm Mirələmov, Elnur Zeynalov və b. çıxışları dinlənilib. Xanəndələr Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnılarını, muğam və təsnifləri ifa ediblər.xeber100.com

Noyabr 30, 2016 11:21

“Multikulturalizm və tolerantlıq diyarı Azərbaycan” adlı sərgi açılıb

Noyabrın 29-da Milli İncəsənət Muzeyində görkəmli Azərbaycan rəssamlarının sənət əsərlərindən ibarət “Multikulturalizm və tolerantlıq diyarı Azərbaycan” adlı sərgi açılıb.Tədbirdə  “Azərbaycan təsviri sənətində multikultural və tolerant dəyərlər” mövzusunda sərginin kataloqunun təqdimatı da keçirilib. Daha sonra qonaqlar sərgi ilə tanış olublar. Sərgidə xalq rəssamları Mikayıl Abdullayev, Toğrul Nərimanbəyov, Tahir Salahov, Salam Salamzadə, Kazım Kazımzadə, Maral Rəhmanzadə, Güllü Mustafayeva, Kamil Xanlarov, Böyükağa Mirzəzadə, Nadir Əbdürrəhmanov, Elbəy Rzaquliyev, Cahangir Rüstəmov, Nadir Qasımov, Səhlab Məmmədov, Arif Hüseynov, həmçinin əməkdar incəsənət xadimləri Lətif Feyzullayev, Vəcihə Səmədova, Nəcəfqulu İsmayılov, Hafiz Məmmədov, Toğrul Sadıqzadə və Əbdülxalıq tərəfindən ötən əsrin 50-80-ci illərində yaradılmış, xalqların dostluğunu tərənnüm edən, özündə multikultural və tolerant dəyərləri ehtiva edən rəngkarlıq və qrafika əsərləri nümayiş olunur.Sərgi üç gün davam edəcək.xeber100.com

Noyabr 30, 2016 11:17

Musiqili Teatr dekabr ayının repertuarını təqdim edir

Musiqili Teatr dekabr ayı üçün repertuar planını açıqlayıb. Teatrdan bildirib ki, Musiqili Teatr bu ay da zəngin və maraqlı repertuarla çıxış edəcək. Ay ərzində tamaşaçıların böyük maraq və sevə-sevə izlədiyi tamaşalar - “O olmasın, bu olsun”, “Ər və arvad” (Ü. Hacıbəyli), “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), “Baladadaşın toy hamamı” (Elçin, F. Allahverdi), “Amerikalı kürəkən” (R. Mirişli, M. Haqverdiyev), “Kimdir müqəssir?” (Ə. Haqverdiyev), “Mən dəyərəm min cavana” (F. Sücəddinov, T. Vəliyeva), “Qısqanc ürəklər” (R. Mirişli, M. Haqverdiyev) və başqa tamaşalar nümayiş olunacaq. Habelə rusdilli və balaca tamaşaçılar “Fransızsayağı qarnir” (M. Kamoletti), “Düyməcik” (H.K. Anderson), “Qızıl cücə” (V. Ulanovski, V. Orlov), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Qırmızıpapaq” (E. Sabitoğlu, Y. Şvarts), A. Sadıqovun səhnələşdirdiyi “Yatmış gözəl və cırtdanlar” (Ş. Pero), “Meşə çaqqalsız olmaz” (Ə. Səmədli) və başqa səhnə əsərlərini izləyə biləcəklər.xeber100.com    

Noyabr 29, 2016 1:29

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə…

“İçəri şəhər” bədii filminin 47-ci Hindistan Beynəlxalq Film Festivalının “Dünya kinosu” proqramında nümayişi baş tutub.“Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, festival noyabrın 20-dən 28-dək Qoada keçirilib.Qeyd edək ki, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb.xeber100.com  

Noyabr 29, 2016 11:01

Milli Teatr dekabr ayının repertuarını təqdim edir

Azərbaycan Dövlət Akademik dim edirmaraqlı tamaşalarla zəngindir.Azərtac teatrın dekabr repertuarını təqdim edir: 2 dekabr - “Anamın kitabı” 3 dekabr - “Müfəttiş” 4 dekabr - “Xanuma” 9, 10 dekabr - “Vəsiyyət” 11, 18 dekabr -“Ölülər” 16, 17 dekabr - “Almaz” (yeni tamaşa) Dekabrın 24 –dən 31-dək teatrda hər gün saat 13.00, 15.00 və 17.00-da müxtəlif əyləncəli Yeni il şənlikləri təşkil olunacaq.xeber100.com

Noyabr 29, 2016 10:48
    Page 167 of 218« First«...102030...165166167168169...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az