“Azərbaycan” kinoteatrı yenidən fəaliyyətə başlayıb. Bütünlüklə yenilənmiş kinoteatr “CinemaPlus” premium kinoteatrlar şəbəkəsinə daxildir.“CinemaPlus”dan Azərtac-a bildirilib ki, dünya standartlarına cavab verən və iki mərtəbədən ibarət kinoteatrda 3 zal və 190 oturacaq yeri var. Qeyd edək ki, “CinemaPlus” kinoteatrlar şəbəkəsinə “CinemaPlus 28 Mall”, “Cinema Plus Ganjlik Mall”, “CinemaPlus Aygün City”, “Cinema Plus Amburan Mall” və Gəncə şəhərində yerləşən “Cinema Plus Khamsa” da daxildir.xeber100.com