07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Dövlət Filarmoniyasında konsert proqramı təşkil olunacaq

Noyabrın 17-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Gənclərə dəstək” adlı layihə çərçivəsində növbəti konsert proqramı təşkil olunacaq. Filarmoniyadan Azərtac-a bildirilib ki, konsert proqramı Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə reallaşacaq. Orkestrə Xalq Artisti, dirijor Teymur Göyçayev rəhbərlik edəcək. Qeyd edək ki, sözügedən layihə respublikanın tanınmış istedadlı gənc ifaçılarına dəstək olmaq məqsədilə təşkil olunur.xeber100.com

Noyabr 15, 2016 12:25

Türkan Şorayla görüş keçiriləcək

Türk dünyasının sultanı Türkan Şoray Bakıya gələcək. Yunus Emre İnstitutundan Apa-ya verilən məlumata görə, institut və Xəzər Universitetinin birgə əməkdaşlığı ilə noyabrın 18-də Bakıda Türkan Şorayla görüş keçiriləcək. Tədbirdə Türkan Şorayın yeni albomunun təqdimatı və imza günü keçiriləcək, “İlin ən yaxşısı” mükafatı təqdim ediləcək.xeber100.com

Noyabr 15, 2016 12:16

Milli Dram Teatrında xatirə gecəsi keçiriləcək

Noyabrın 15-də Milli Dram Teatrında xalq artisti Yaşar Nurinin 65 illik yubileyi münasibəti ilə tədbir keçiriləcək. Mərasimdə Y. Nurinin kino, televiziya və teatr tamaşalarından fraqmentlər nümayiş olunacaq, sənətkarın dostları xatirələrini bölüşəcəklər. Gecədə eyni zamanda Y. Nurinin sevdiyi mahnılar səslənəcək.xeber100.com

Noyabr 15, 2016 12:04

“Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”…

Nazirlər Kabinetinin mədəniyyət sahəsində səlahiyyətlərindən birinin ləğvi rəsmiləşib. Apa-nın məlumatına görə, bu,  ölkə başçsının “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 2016-cı il 30 sentyabr tarixli qanununun tətbiqi və “Mədəniyyət haqqında” 2012-ci il 21 dekabr tarixli qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli 828 nömrəli fərmanında dəyişikliklər edilməsi haqqında” 14 noyabr 2016-cı il tarixli fərmanında əksini tapıb. Bu il sentyabrın 30-da “Mədəniyyət haqqında” qanuna edilən dəyişikliyə əsasən peşəkar yaradıcılığın meyarlarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi barədə müddəa ləğv edilib. Peşəkar yaradıcılığın meyarlarının müəyyən edilməsi sahəsində məsul orqan Nazirlər Kabineti olub. Bununla əlaqədar “Mədəniyyət haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 506-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 15 fevral tarixli fərmanı ilə Nazirlər Kabinetinə bu sahədə verilən səlahiyyət də ləğv edilib.xeber100.com

Noyabr 15, 2016 11:48

Xor Kapellasının 80 illik yubileyi münasibətilə…

Noyabrın 22-də Bakıda Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xor Kapellasının 80 illik yubileyi münasibətilə konsert proqramı təşkil olunacaq. Azərtac xəbər verir ki, Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında reallaşacaq konsertdə Üzeyir Hacıbəyli, Müslim Maqomayev, Fikrət Əmirov, Səid Rüstəmov, Cahangir Cahangirov, habelə Avropa bəstəkarlarının əsərləri səsləndiriləcək.xeber100.com

Noyabr 14, 2016 3:19

Heydər Əliyev sarayında konsert proqramı təqdim olunacaq

Noyabrın 20-də Heydər Əliyev Sarayında Azərbaycan və Gürcüstanın gənc rəqs kollektivlərinin iştirakı ilə konsert proqramı təqdim olunacaq. Azərtac xəbər verir ki, konsertdə Azərbaycanın Sosial və Müasir Rəqs Assosiasiyasının və Gürcüstanın İlori, Liaxvi və Kenari rəqs kollektivləri çıxış edəcək.xeber100.com

Noyabr 14, 2016 3:12

“Stars at Tenerife” üçüncü beynəlxalq musiqi müsabiqəsi keçirilib

İspaniyanın Tenerife şəhərində “Stars at Tenerife” üçüncü beynəlxalq musiqi müsabiqəsi keçirilib. On ölkədən iştirakçının qatıldığı müsabiqədə Azərbaycanı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) üçüncü kurs tələbələri Cavid Əzizov və Vüsal Aydəmirov təmsil edib. Müsabiqədə iştirakçıları 9 nəfərdən ibarət münsiflər heyəti qiymətləndirib. Bakı Musiqi Akademiyasının mətbuat xidmətindən Azərtac-a bildirilib ki, müsabiqənin solo nominasiyasında 19-22 yaş qrupu üzrə 8 iştirakçı arasında Cavid Əzizov, 23 və daha artıq yaş qrupu üzrə isə 9 iştirakçı arasında Vüsal Aydəmirov ikinci yerlərə layiq görülüblər.Müsabiqənin yekun konsertində Azərbaycan təmsilçiləri F.Listin “Ballada” və “Raprodiya”sı, eləcə də F.Bədəlbəylinin “Dəniz”, T.Quliyevin “Qaytağı” əsərlərini səsləndiriblər. İfalar tamaşaçılar tərəfindən çox böyük rəğbətlə qarşılanıb.xeber100.com  

Noyabr 14, 2016 10:06

IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək

Noyabrın 30-dan dekabrın 2-dək Orenburqda IV Beynəlxalq Mstislav Rostropoviç Festivalı keçiriləcək. Festivalın təşkilatçısı Orenburq Dövlət Filarmoniyasıdır. Azərtac filarmoniyanın saytına istinadla xəbər verir ki, noyabrın 30-da festivalın açılış mərasimində Orenburq Dövlət Filarmoniyasında C.Verdinin “Riqoletto” operası nümayiş etdiriləcək.Musiqi axşamlarının əsas qəhrəmanları Qalina Vişnevskaya adına Opera İfaçılığı Mərkəzinin solistləri olacaq. Festivala Aydar Qaynullinin və “Eyforiya” ansamblının konserti ilə yekun vurulacaq.

Noyabr 14, 2016 9:47

İndoneziya səfirliyinin təşkilatçılığı ilə…

Noyabrın 19-20-də Beynəlxalq Muğam Mərkəzində İndoneziya səfirliyinin təşkilatçılığı ilə Bakıda birinci İndoneziya Mədəniyyət Festivalı keçiriləcək. Bu ölkənin Azərbaycandakı səfirliyindən Azərtac-a bildirilib ki, tədbirdə İndoneziya mədəniyyətinin müxtəlifliyi təqdim olunacaq. Həmçinin bu ölkənin mədəniyyət nümunələri, o cümlədən müxtəlif əyalətlərin musiqi və rəqsləri ifa ediləcək. Eyni zamanda, tədbirə qatılan əyalətlərin iş adamları da Azərbaycana gələcək. Onlar ölkəmizlə əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.xeber100.com

Noyabr 14, 2016 9:43

Dövlət Filarmoniyasında xatirə gecəsi keçiriləcək

Noyabrın 16-da M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında ustad aşıq Hüseyn Saraçlının anadan olmasının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçiriləcək. Tədbirdə sənətkarın aşıq poeziyasındakı xidmətlərindən, həyat və yaradıcılığından danışılacaq, sənət fəaliyyəti ilə bağlı qonaqlara geniş məlumat veriləcək. Tədbir Azərbaycanın tanınmış aşıqlarının konsert proqramı ilə davam edəcək. Qeyd edək ki, aşıq Hüseyn 1916-cı ildə Gürcüstanın Bolinisi rayonunun Saraçlı kəndində dünyaya gəlib. Yaradıcı aşıq kimi Türkiyədə, Qafqazda və Orta Asiyada tanınan sənətkar dillər əzbəri olmuş çoxlu şeirlərin, bir neçə dastanın, “Qürbəti-Kərəm”, “Bağdad dübeyti” kimi saz havalarının müəllifidir. O, neçə-neçə bədii və sənədli filmə çəkilib, o cümlədən televiziya verlişlərinin qonağı olub. Onun “Tütək səsi” filmində ifa etdiyi “Ruhani” saz havası möhtəşəm sənət nümunəsi kimi əbədi yaşam qazanıb.xeber100.com

Noyabr 14, 2016 9:40
    Page 173 of 219« First«...102030...171172173174175...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az