Noyabrın 18-də Azərbaycan Dövlət Rus Dram Teatrında Moskva Akademik Teatrı kollektivinin Bakıya qastroluna həsr olunan mətbuat konfransı keçiriləcək.Azərtac Rus Dram Teatrının saytına istinadla xəbər verir ki, görüşdə Rusiya Qastrol Fəaliyyətinə Dəstək Federal Mərkəzinin direktoru Anton Proxorov, V.Mayakovski Teatrının bədii rəhbəri Mindauqas Karbauskis, direktoru Leonid Oşarin, Rusiyanın Xalq artistləri Svetlana Nemolyayeva, Qalina Anisimova, Mixail Filippov, Rus Dram Teatrının direktoru, Əməkdar Mədəniyyət İşçisi Ədalət Hacıyev, teatrın baş rejissoru Aleksandr Şarovski iştirak edəcəklər.Xatırladaq ki, qastrol çərçivəsində V.Mayakovski Teatrının bədii rəhbəri Mindauqas Karbauskisin quruluşunda “Rus romanı” və Sergey Artsibaşevin quruluşunda “Evlənmə” tamaşalarının nümayişi nəzərdə tutulur.xeber100.com