07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Azərbaycan Kinosu-120,Mədəniyyət

Nizami Kino Mərkəzində Türk filmləri həftəsinin açılışı olub

Noyabrın 22-də Nizami Kino Mərkəzində Türk filmləri həftəsinin açılışı olub. Tədbirdə rejissor Öner Kılıç Türk filmləri həftəsi barədə məlumat verib. O, qardaş ölkələr arasındakı olan körpüləri kinonun gücü ilə daha da möhkəmləndirməyin vacibliyini vurğulayıb. Qeyd olunub ki, təşkil edilən film həftəsində azərbaycanlı kinosevərlərə, peşəkar rejissorların, dünya festivallarında mükafatlar almış, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış və onlarda dərin izlər buraxmış, zaman keçsə belə köhnəlməyən bədii və sənədli filmləri təqdim olunacaq. “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov də çıxış edərək deyib ki, həftə ərzində təqdim olunacaq ekran əsərləri ümumi dünyagörüşümüzün formalaşması ilə yanaşı, həm də türk dünyasının adət-ənənələrini, tarixi keçmişini, bugünkü inkişafını bir daha izləyicilərə çatdıracaq.xeber100.com

Noyabr 23, 2016 11:27

Musiqili Teatr təqdim edir…

Musiqili Teatrda həftəsonu 5 tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətinin məlumatına görə, 25, 26, 27 noyabr tarixlərində saat 12.00 və 19.00-da tamaşaçılara “Qafqazlı qardaşqızı” (R. Hacıyev), “Yağış göbələyinin macərası” (R. Şəfəq, V. Zimin), “Toya bir gün qalmış” (Ə. Səmdəli), “Dəcəl çəpişlər” (O. Zülfüqarov, R. Heydər) və “Qızıl toy” (O. Kazımi, R. Heydər) tamaşaları təqdim olunacaq. Bundan başqa teatrda rusdilli və balaca tamaşaçılar üçün də tamaşalar nəzərdə tutulub. 25 noyabr tarixində saat 19.00-da R. Haçıyevin “Qafqazlı qardaşqızı” əsəri böyüklər, 26 noyabr tarixində saat 12.00-da R. Şəfəq, V. Ziminin “Yağış göbələyinin macərası” tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq. O. Zülfüqarov və R. Heydərin “Dəcəl çəpişlər” əsəri isə 27 noyabr tarixində saat 12.00-da Azərbaycan dilində balaca tamaşaçılara təqdim olunacaq. Eyni zamanda böyük gülüş ustası Nəsibə Zeynalovanın anadan olmasının 100 illiyinə həsr olunmuş yubiley tədbiri də keçiriləcək.xeber100.com  

Noyabr 23, 2016 11:21

Nəcibə Məlikova – 95

Sabunçu rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 8 nömrəli filialında Azərbaycanın Xalq Artisti Nəcibə Məlikovanın anadan olmasının 95 illiyi münasibətilə “Müqəddəs ana obrazının ən yaxşı ifaçısı” adlı “dəyirmi masa” keçirilib.Tədbirdə filialın müdiri Həmayə Əzizova, N.Məlikovanın teatrda klassik və çağdaş Azərbaycan dramaturqlarının, dünya ədiblərinin dram əsərlərində oynadığı rollardan danışıb. Bildirib ki, Nəcibə xanım teatrla yanaşı, kinoda da uğurlu rollar yaradıb. Onların arasında “Ögey ana”da Dilarə, “Aygün”də Aygün, “Arşın mal alan”da Cahan xala, “Əhməd haradadır”da Nərgiz xala rollarının ifası aktrisanın yaradıcılıq nailiyyətləri kimi dəyərləndirilib.Tədbirdə aktrisanın ifa etdiyi obrazları əks etdirən fotolardan ibarət sərgi nümayiş etdirilib.xeber100.com

Noyabr 22, 2016 10:22

“Azərbaycanfilm” kinostudiyasının məlumatı…

“Qatil” bədii filmi 17-ci Tbilisi Beynəlxalq Film Festivalının “Avropa film forumu” bölümünə dəvət alıb. Festival noyabrın 28-dən dekabrın 4-dək Tbilisidə keçiriləcək.Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, filmin quruluşçu rejissoru Kamran Şahmərdan festivalda iştirak edəcək.Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə ekranlaşdırılan film “Azərbaycanfilm” kinostudiyasında, Finlandiyanın “Black and White Studio”, Gürcüstanın “Studio 33A” və “Vars Studio” şirkətlərinin iştirakı ilə istehsal olunub.Filmin ssenari müəllifi Xalq Yazıçısı Elçin, quruluşçu operatoru Mixail Maqalaşvili, quruluşçu rəssamı Rəşad Mehdiyev, icraçı prodüserləri Azər Quliyev və Katri Lətt, prodüseri Müşfiq Hətəmovdur. Baş rolları Eka Çxeidze və Apollon Kublaşvili canlandırıblar.xeber100.com  

Noyabr 22, 2016 10:20

Musiqili Teatrda xatirəsi gecəsi keçirilib

  Musiqili Teatrda Mobil Əhmədovun xatirəsi yad edilib. Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru, xalq artisti Mobil Əhmədovun 85 yaşı tamam olub. Teatrdan bildirib ki, bu münasibətlə Dövlət Musiqili Teatrında mərhum aktyorun xatirəsi anılıb, dahi Üzeyir Hacıbəylinin ölməz “O olmasın, bu olsun” iki hissəli musiqili komediyasının növbəti nümayişi Mobil Əhmədovun 85 illiyinə həsr olunub.xeber100.com      

Noyabr 21, 2016 3:42

Pantomima Teatrı dekabr ayına olan repertuarını təqdim edir

Pantomima Teatrının dekabr repertuarı maraqlı tamaşalarla zəngindir.Teatr dekabr ayına olan repertuarını təqdim edir: 3 dekabr – “Pantomima buketi” 4 dekabr – “Fəlakət və insan” (uşaq tamaşası), “Underground” (yeni tamaşa) 10 dekabr – “Ağ bığlılar” 11 dekabr – “Fəlakət və insan” (uşaq tamaşası), “Adajio” 18 dekabr – “Fəlakət və insan” (uşaq tamaşası), “Son ştrix” 24 dekabr – “Underground” (yeni tamaşa) 25 dekabr – “Fəlakət və insan” (uşaq tamaşası), “Ora-bura” 26 dekabr – “Dejavü” Qeyd: Böyüklər üçün tamaşalar saat 18:00-da, uşaqlar üçün isə saat 14:00-da başlanır.xeber100.com

Noyabr 21, 2016 11:12

Sumqayıt Teatrı 48-ci mövsümün açılışına hazırlaşır

Sumqayıt Dövlət Dram Teatrı 48-ci mövsümün açılışına hazırlaşır. Teatr mövsümün ilk tamaşası kimi M.F.Axundzadənin “Hacı Qara” komediyasını təqdim edəcək. Tamaşanın quruluşçu rejissoru Firudin Məhərrəmovdur. Əsas rolları Əməkdar artistlər Cəlal Məmmədov, İlahə Səfərova, aktyorlar İlham Səfərli, İlahə Səfərova və b.təqdim edəcəklər.xeber100.com

Noyabr 21, 2016 11:08

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

Noyabrın 22-də “YARAT” Müasir İncəsənət Mərkəzində Maqsud İbrahimbəyovun ekranlaşdırdığı “Üç qız” filmi nümayiş olunacaq.Azərtac xəbər verir ki, xronometrajı 90 dəqiqə olan film 2007-ci ildə çəkilib.Film rus dilində, ingilis subtitrləri ilə təqdim olunacaq.Xatırladaq ki, ekran əsəri 4-cü Avrasiya Beynəlxalq Kino Festivalı və Bakıda keçirilmiş 8-ci Şərq-Qərb Kino Festivalının iştirakçısıdır.xeber100.com

Noyabr 21, 2016 11:03

“Total” neft-qaz şirkətinin 20 illiyinə həsr olunan tədbir keçiriləcək

Noyabrın 21-də Milli İncəsənət Muzeyində Fransanın “Total” neft-qaz şirkətininAzərbaycandakı fəaliyyətinin 20 illiyinə həsr olunan təntənəli tədbir keçiriləcək.Muzeydən Azərtac-a bildirilib ki, tədbirdə Azərbaycan və Fransanın mədəniyyət, dövlət və ictimai xadimlərinin iştirakı nəzərdə tutulur.xeber100.com

Noyabr 20, 2016 11:33

Şuşa Teatrı təqdim edir…

Noyabrın 21–də Beynəlxalq Muğam Mərkəzində Şuşa Dövlət Musiqili Dram Teatrının təqdimatında görkəmli Azərbaycan dramaturqu Nəcəf bəy Vəzirovun “Dələduz” tamaşasının premyerası olacaq.Azərtac xəbər verir ki, tamaşanın quruluşçu rejissoru Lalə Şirinova, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim Feyzullayevdir.Tamaşada teatrın aktyorları - Teymur Məmmədov, Mətanət Eres, Etibar Cəfərov, Rasəf Mehdiyev, Nazir Rüstəmov və b. iştirak edirlər.xeber100.com

Noyabr 19, 2016 7:55
    Page 171 of 219« First«...102030...169170171172173...180190200...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az