05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Mədəniyyət və İncəsənət Universitetinin təşkilatçılığı ilə…

Oktyabrın 25-də Qərb Universitetində, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin birgə təşkilatçılığı ilə “İntermediallıq məsələləri. Musiqi və ədəbiyyat” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Azərtac xəbər verir ki, konfransda ədəbiyyat və musiqi sənətinin intermedial əlaqələri və bir sıra məsələlər müzakirə olunub. Konfransda Qərb Universitetinin professor – müəllim heyəti ilə yanaşı, Tokio İncəsənət Universitetinin (Yaponiya), Gürcüstan Dövlət Folklor Mərkəzinin (Gürcüstan), Ural Federal Universitetinin (Yekaterinburq, Rusiya Federasiyası), İslam Azad Universitetinin Qum filialının (İran), AMEA-nın Nizami adına Ədəbiyyat, Memarlıq və İncəsənət institutlarının, Azərbaycan Milli Konservatoriyasının mütəxəssisləri də iştirak ediblər.xeber100.com

Oktyabr 25, 2016 10:54

“Varlığın canlanması” adlı fərdi sərgi açılacaq

Oktyabrın 28-də Heydər Əliyev Mərkəzində tanınmış meksikalı rəssam və heykəltəraş Xorxe Marinin “Varlığın canlanması” adlı fərdi sərgisi açılacaq. Azərtac xəbər verir ki, ekspozisiyada sənətkarın son illərdə yaratdığı monumental əsərlər nümayiş olunacaq. Bu, Xorxe Marinin Şərqi Avropa regionunda ilk sərgisidir. “Varlığın canlanması” adlı sərgi bir-birindən fərqlənən üç hissədən ibarətdir: “İnsan cəmiyyətdə”, “İnsan kosmosda” və “İnsan bir cisim və şüur kimi”. Sərginin adı sənətkarın şəxsi inkişafını, “özü”nü parçalayıb və sonradan tamaşaçıların Xorxe Marinin Heydər Əliyev Mərkəzindəki bürünc heykəlləri ilə canlı ünsiyyəti nəticəsində yenidən yığılmasını əks etdirir.xeber100.com

Oktyabr 25, 2016 10:50

47-ci Hindistan Beynəlxalq Film Festivalı keçiriləcək

“İçəri şəhər” tammetrajlı bədii filmi 47-ci Hindistan Beynəlxalq Film Festivalına dəvət alıb. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından bildirilib ki, festival noyabrın 20-dən 28-dək Qoada keçiriləcək. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında lentə alınıb. Ekran əsərinin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri Təhminə Rafaella və İlqar Safat, quruluşçu rejissoru İlqar Safat, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova və digərləri canlandırıblar. Qeyd edək ki, “İçəri şəhər” 35-ci Qahirə Beynəlxalq Film Festivalı və 5-ci Van gölü Beynəlxalq Film Festivalında da nümayiş olunacaq.xeber100.com

Oktyabr 25, 2016 10:46

Opera ulduzları “Karmen” operasında çıxış edəcəklər

Noyabrın 12-də  Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Jorj Bizenin "Karmen" operasının tamaşası keçiriləcəkdir. Teatrın rəhbərliyi Karmen partiyasını ifa etmək üçün Polşanın Vroslav Opera Teatrının aparıcı solisti İrina Jitinskanı dəvət etmişdir. Noyabrın 12-də keçiriləcək tamaşaya həmçinin Rusiya Akademik Böyük Teatrının aparıcı solisti Elçin Əzizov (Eskamilio) və Ukrayna Milli Operasının solisti Andrey Romanenko da (Xoze) dəvət olunub. Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solistləri - Xalq Artisti Əli Əsgərov (Suniqo), Əməkdar Artistlər İnarə Babayeva (Mikaela), Gülnaz İsmayılova (Fraskita), Səbinə Əsədova (Mersedes), solistlər Tural Ağasıyev (Dankayro) və Əliəhməd İbrahimov (Romendado) da çıxış edəcəklər. Tamaşanın dirijoru  beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevdir.xeber100.com

Oktyabr 24, 2016 10:30

Rus Dram Teatrının noyabr repertuarı…

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı noyabr repertuarını açıqlayıb. Azərtac teatrın repertuarını təqdim edir: 3 noyabr – “Yalan detektoru” 4 noyabr - “Yeni il gecəsində məhəbbət intriqaları” 5 noyabr – “Məhəbbətlə zarafat etmirlər” 6 noyabr - “Həddindən artıq evli taksi sürücüsü” 7 noyabr - “Yay gecəsində yuxu” 8 noyabr - “Büllur sarayda” 9 noyabr - “Şəhrizadın daha bir gecəsi” 11 noyabr - “Artistin taleyi” 12 noyabr – “Qurdlar və qoyunlar” 13 noyabr - “Kazanova: sevgi dərsləri” 17-18 noyabr – “Evlənmə” (V.Mayakovski adına Moskva Akademik Teatrının təqdimatında) 19-20 noyabr – “Rus romanı” (V.Mayakovski adına Moskva Akademik Teatrının təqdimatında) 24 noyabr - “Karamazov qardaşları” 25 noyabr - “Bliss ailəsi” 26 noyabr - “Xalam bundu” (premyera) 27 noyabr - “Afina axşamları”. Uşaqlar üçün: 5 noyabr – “Durna balığının buyruğu ilə” 6 noyabr - “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl” 12 noyabr - “Maşa və ayı” 13 noyabr - “Anam, atam və mən!” 26 noyabr - “Gəlin, nağıla baxaq” 27 noyabr - “Güləbətin tikən qız və süpürgəçi”. Böyüklər üçün tamaşalar saat 19:00-da, uşaqlar üçün tamaşalar isə saat 12:00-da başlanır.xeber100.com

Oktyabr 23, 2016 7:40

Caz Festivalına həsr olunmuş rəsm sərgisi açılıb

Oktyabrın 22-də Bakıda tanınmış rəssam Vüqar Əlinin rəsm əsərlərindən ibarət “Jazz Colors” adlı rəsm sərgisi açılıb. Azərtac xəbər verir ki, “Landmark Rotunda”da açılan sərgi Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun birgə təşkilatçılığı ilə Bakıda keçirilən ənənəvi Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşdırılıb. Sərgidə fırça ustasının caz musiqisinə həsr edilmiş sənət əsərləri nümayiş olunur. Bu əsərlərin əksəriyyəti monumental üslublu rəngkarlıq janrındadır. Rəssamın Avropa və rus boyakarlığından ilhamlanaraq yaratdığı “Bass Monster”, “Clarinetist”, “Dexter”, “Drums solo”, “Ella”, “Jazz or Mugham”, “Piro”, “Sory, goodbye”, “Reincarnation” və digər əsərləri mücərrəd rəng çırpılma üslubu ilə sintez edilib.Rəssamın sərginin ekspozisiyasında nümayiş olunan 26-dək əl işi paytaxt sakinləri və şəhərimizin əcnəbi qonaqları tərəfindən maraqla qarşılanıb. Daha sonra tədbir Almaniyanın məşhur caz ifaçısı Vadim Abramov tərəfindən təqdim olunan musiqi nömrələrindən ibarət konsert proqramı ilə davam edib.xeber100.com

Oktyabr 23, 2016 7:34

Nizami Kino Mərkəzi təqdim edir

Nizami Kino Mərkəzində ABŞ istehsalı olan “Cek Riçer 2” bədii, “Kubo. Samuray əfsanəsi” animasiya filmlərinin və yumor ustası Fərda Aminin “Selfinaz”ının nümayişi başlanıb. Mərkəzin mətbuat xidmətindən Azərtac-a bildirilib ki, dünya şöhrətli aktyor Tom Kruzun rol aldığı “Cek Riçer 2” trillerinin rejissoru Edvard Tsvik, ssenari müəllifi Riçard Uenk və Edvard Tsvikdir. Rolları Tom Kruz, Kobi Smolders, Danika Yaroş, Nindja N.Devu, Robert Nepper, Eldis Xoc, Xolt MakKellani, Syu-Linn Ansari, Culiya Xolt və Çeyz Savoy canlandırıblar. “Kubo. Samuray əfsanəsi” animasiya filmini Mark Heymsin ssenarisi əsasında rejissor Trevis Nayt fentezi və macəra janrında çəkib.xeber100.com  

Oktyabr 22, 2016 6:01

Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə…

Oktyabrın 22-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Frankfurt Kitab Sərgisi çərçivəsində, milli stenddə “Azərbaycanda multikultural dəyərlər” adlı tədbir keçirilib. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə ölkəmizdə multikulturalizm ənənələri və hazırda bu sahədə görülmüş işlər barədə geniş məlumat verib. Tədbirdə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Samirə Patzer–İsmayılova, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Başar Kömür, Almaniyanın Reynland Pfalts əyalətinin deputatı Rahim Şmitt və “Şprenflingen Gensingen” İcmalar Birliyinin rəhbəri Manfred Şerer çıxış edərək multikultural dəyərlərin Azərbaycandakı və dünyadakı hazırkı vəziyyəti barədə məlumat veriblər.xeber100.com

Oktyabr 22, 2016 5:57

I Regional elmi-nəzəri konfransa dəvət…

Azərbaycan Dövlət Musiqili Teatrının direktoru  Əliqismət Lalayev İran İslam Respublikasında keçiriləcək Teatr sənəti üzrə I Regional Elmi-nəzəri Konfransa dəvət olunub. Musiqili Teatrın Mətbuat katibi S.Sədaqətoğlu bildirib ki, konfrans İran İslam Respublikasının “Dramatik İncəsənət Mərkəzi”nin təşkilatçılığı ilə 2016-cı il 30 oktyabr-1noyabr tarixlərində Tehran şəhərində baş tutacaq. Səhnə sənəti mövzusunda keçiriləcək I Regional Elmi-nəzəri Konfransda bir çox ölkələrin tanınmış incəsənət xadimləri, elm adamları, teatr sənətinin nüfuzlu nümayəndələri iştirak edəcək. Tədbirdə çağdaş dünya teatrlarının inkişaf prespektivləri, beynəlxalq əlaqələrin qurulması və inkişafı, teatr sənətinin bugünü, sabahı və s. məslələlər ətrafında müzakirələr aparılacaq. İyirmiyə yaxın ölkənin tanınmış səhnə xadimlərinin qatılacağı I Regional Elmi-nəzəri Konfransda Azərbaycanı Əliqismət Lalayev təmsil edəcək.xeber100.com

Oktyabr 21, 2016 2:15

“Beynəlxalq keramika üzrə duet-simpozium” adlı layihənin açılışı olub

İçərişəhərdəki Keramika Mərkəzində “Arts Council Azerbaijan” təşkilatının və Keramika Mərkəzinin birgə layihəsi olan “Beynəlxalq keramika üzrə duet-simpozium” adlı layihənin açılışı olub. Azərtac xəbər verir ki, layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə “Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən “Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində gerçəkləşib. Duet-simpoziumda tanınmış azərbaycanlı keramika ustası Mirteymur Məmmədov, Moldovadan Valentin Rusunun iştirakı ilə baş tutub. Layihənin məqsədi müxtəlif ölkələrdən olan keramika ustalarının işlərini öyrənmək və təcrübə mübadiləsi aparmaqdır. Noyabrın 2-dək davam edəcək simpoziuma MDB-dən və dünyanın müxtəlif ölkələrindən peşəkar rəssamlar - keramika ustaları dəvət olunacaq. Duet-simpoziumların işləri əsasında müxtəlif növ və janrlarda müasir incəsənət əsərlərindən ibarət kolleksiya yaradılacaq. Sonda seçilmiş əsərlərdən ibarət sərginin təşkil olunması da nəzərdə tutulub.xeber100.com

Oktyabr 21, 2016 2:05
    Page 177 of 218« First«...102030...175176177178179...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az