05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“YARAT Akademiyası” adlı layihəyə start verilib

“YARAT” Müasir İncəsənət Mərkəzi “YARAT Akademiyası” adlı layihəsinə start verib. Azərtac xəbər verir ki, “YARAT Akademiyası” artıq ərizə qəbuluna başlayıb. Dekabradək davam edəcək ərizə qəbulu ilə hər kəs sözügedən sənət ocağına müraciət edə bilər. Qeyd edək ki, layihənin əsas məqsədi tələbələr və incəsənətə marağı olan hər kəs üçün bu sahəyə maraq oyatmaq və araşdırmaq imkanı yaratmaqdır.xeber100.com  

Oktyabr 4, 2016 11:28

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə…

Mirbala Səlimlinin “Qırmızı bağ” bədii filminin beynəlxalq premyerası keçirilib. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından Azərtac-a bildirilib ki, filmin nümayişi 12-ci Avrasiya Beynəlxalq Film Festivalının əsas müsabiqə proqramında keçirilib. Qazaxıstanda keçirilən festival çərçivəsində bu ekran əsəri üç dəfə nümayiş etdirilib. Festivala dəvət alan ssenari müəllifi və quruluşçu rejissor Mirbala Səlimli filmin nümayişləri və mətbuat konfranslarında iştirak edib. Qeyd edək ki, Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb. Filmin quruluşçu operatoru Maksim Drozdov, quruluşçu rəssamı Leonid Karpov, bəstəkarı Salman Qəmbərov, icraçı prodüserləri Tofiq Musayev, Timur Cəfərov, Nazim Hüseynov, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və Timur Vaynşteyndir (“WeiT Media”). Əsas rollarda Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və başqaları çəkiliblər.xeber100.com

Oktyabr 4, 2016 11:23

“Jewish Journal” yazır…

ABD-də yayınlanan “Jewish Journal” qəzetində Azərbaycanın Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin Roma Papasının Bakıya səfəri haqqında məqaləsi dərc edilib. Müəllif Azərbaycandakı Heydər məscidində müsəlmanların, katoliklərin, protestant və pravoslav xristianların Roma Papası ilə görüşü barədə geniş məlumat verib.xeber100.com

Oktyabr 4, 2016 11:16

VII Avropa film festivalı keçiriləcək

Noyabrın 3-də Bakıda VII Avropa film festivalı keçiriləcək. Azərtac xəbər verir ki, builki film festivalında Azərbaycanla yanaşı, Almaniya, Avstriya, Belçika, Birləşmiş Krallıq, Çexiya, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İspaniya, İsveç, İtaliya, Latviya, Litva, Macarıstan, Portuqaliya, Rumıniya və Yunanıstanı təmsil edəcək rejissorların ekran əsərləri təqdim olunacaq. Festival Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyi və ittifaqa üzv ölkələrin Bakıdakı səfirliklərinin birgə təşkilatçılığı ilə gerçəkləşəcək. Noyabrın 12-dək davam edəcək festival çərçivəsində tamaşaçılara komediya, dram, fantastika, macəra janrlarında bədii filmlərlə yanaşı, həm də animasiya və sənədli ekran əsərləri də təqdim olunacaq. Qeyd edək ki, festival çərçivəsində nümayiş olunacaq filmlərin adları yaxın günlərdə müəyyənləşəcək.xeber100.com

Oktyabr 3, 2016 12:20

Rəssamlar İttifaqında sərgi açılacaq

Oktyabrın 14-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda tanınmış rəssam İntiqam Ağayevin əl işlərindən ibarət “Xatirələrim” adlı sərgi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının təşkilatçılığı ilə baş tutacaq. Rəssamlar İttifaqından Azərtac-a bildirilib ki, bir həftə davam edəcək sərgidə fırça ustasının müxtəlif janrlarda işlədiyi sənət əsərləri nümayiş olunacaq.xeber100.com

Oktyabr 3, 2016 12:06

Dövlətlərarası Şuranın XXI iclası keçiriləcək

Oktyabrın 3-4-də Çolpon-Atada (Qırğızıstan) MDB üzvü olan ölkələrin dövri mətbuat, kitab nəşri, kitab yayımı və poliqrafiya sahəsində əməkdaşlığı üzrə Dövlətlərarası Şuranın XXI iclası keçiriləcək. Bu barədə Azərtac-a Birliyin Minskdəki İcraiyyə Komitəsinin mətbuat xidmətində məlumat verilib. İclas iştirakçıları Dövlətlərarası Şuranın XX iclasının qərarlarının yerinə yetirilməsinin gedişini, MDB iştirakçıları olan ölkələrin XIII Beynəlxalq “Kitab sənəti” müsabiqəsinin yekunlarını və növbəti, XIV müsabiqənin keçirilməsinə hazırlıq məsələlərini müzakirə edəcəklər.xeber100.com

Oktyabr 3, 2016 11:57

“Front” adlı interaktiv performans təqdim olunub

Oktyabrın 1-də “YARAT” Müasir İncəsənət Mərkəzində danimarkalı rəssam Kristian Falsnaesin “Front” adlı interaktiv performansı təqdim olunub. Azərtac xəbər verir ki, performans Kristian Falsnaesin yaradıcılığının əsasını təşkil edir. Onun tədqiqat obyekti və səhnəciklərinin əsas “materialı” insandır. Rəssamın çıxışları canlı və ya video şəklində, tamaşaçıların iştirakı ilə və ya onlarsız təqdim edilir. Danimarkalı rəssam tamaşaçıların fəal iştirakı ilə yaratdığı teatrla, hətta çox vaxt absurd performanslarında “Bu an baş verənləri, bu anı biz uzun zamandır gözləyirdik!” kimi ruhlandırıcı sözlərlə coşqunluq yaradır. “Front” iri həcmli qurğuların davamlı olaraq spreylə boyandığı, parçalanaraq şəhər içində nümayiş etdirildiyi, daha sonra isə yenidən qurularaq yeni forma aldığı kollektiv performansdır.xeber100.com

Oktyabr 1, 2016 4:57

İstiqlal Muzeyinin təşkilatçılığı ilə…

Bakıdakı şəhid Mirələkbər İbrahimov adına 153 nömrəli orta məktəbdə Azərbaycan İstiqlal Muzeyinin təşkilatçılığı ilə “Torpaq uğrunda ölən varsa Vətəndir!” layihəsi çərçivəsində tədbir keçirib. Azərtac xəbər verir ki, tədbir Mirələkbər İbrahimova həsr olunub. Əvvəlcə tədbir iştirakçıları Milli Qəhrəmanın məktəbin önündəki abidəsi üzərinə tər çiçəklər düzüblər. Sonra tədbir məktəbin akt zalında davam etdirilib. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən hazırlanmış milli qəhrəmanların həyat və fəaliyyətini əks etdirən sənədli filmlər nümayiş olunub. Məktəbin direktoru Təranə Paşayeva, direktor müavini Mətanət Cəfərova, şəhidin oğlu Cavid İbrahimov və başqaları milli qəhrəmanların keçdikləri şərəfli döyüş yolundan danışıblar. Onların şərəfli həyat yolunun gənc və yeniyetmələrə örnək olduğu bildirilib. Tədbir şagirdlərin ifasında milli qəhrəmanlara həsr edilmiş ədəbi-bədii kompozisiya ilə sona çatıb.xeber100.com

Oktyabr 1, 2016 4:30

Beynəlxalq Musiqi Günü münasibətilə “Açıq qapı” günü keçirilib

Oktyabrın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində və onun filiallarında - Niyazinin mənzil-muzeyində, Vaqif Mustafazadənin ev-muzeyində Beynəlxalq Musiqi Günü münasibətilə “Açıq qapı” günü keçirilib. Musiqi Mədəniyyəti Dövlət Muzeyindən Azərtac-a bildirilib ki, gün ərzində bu muzeylərdə beynəlxalq müsabiqələr laureatları Fuad Əlizadə, Seyidxanım Babayeva və Nigar Quliyevanın ifalarında Azərbaycan və dünya klassiklərinin əsərlərindən ibarət musiqi proqramı təqdim edilib, muzeyə gələnlər tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, Beynəlxalq Musiqi Günü UNESCO-nun qərarı ilə 1975-ci il oktyabrın 1-də təsis edilib.xeber100.com

Oktyabr 1, 2016 4:25

Opera və Balet Teatrı oktyabr repertuarını təqdim edir

Oktyabr ayında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında maraqlı tamaşalar nümayiş olunacaq. Teatrın oktyabr ayı üçün nəzərdə tutulan repertuarını təqdim edirik. 1 oktyabr- “Jizel” 2 oktyabr- “Arşın mal alan” 5 oktyabr- “Balero”, “Tamahlar” 8 oktyabr- “Sevilya bərbəri” 9 oktyabr- “Romeo və Cülyetta”, “Karmen Süita” 12 oktyabr- “Əsli və Kərəm” 15 oktyabr- “Yeddi Gözəl” 16 oktyabr- “Traviata” 19 oktyabr- “Aşıq Qərib” 22 oktyabr- “Qu gölü” 26 oktyabr- “Karmen” 28 oktyabr- “Düyməcik”

Sentyabr 29, 2016 1:44
    Page 183 of 218« First«...102030...181182183184185...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az