07 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Arşın mal alan” operettası özbək dilində nümayiş etdirilib

Özbəkistandakı səfirliyimizin dəstəyi ilə Daşkənddəki "Kitab aləmi" Satış və İnformasiya Mərkəzində dahi bəstəkarımız Üzeyir Hacıbəylinin "Arşın mal alan" operettası özbək dilində nümayiş etdirilib. Operetta “Özbəkteatr” yaradıcılıq mərkəzi və Daşkənddəki "Diydor” teatr studiyası tərəfindən səhnələşdirilib. Tamaşanın rejissoru Baxadır Yuldaşevdir. Mərkəzin direktoru Şuxratcon Axundcanov Özbəkistanda Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi və ədəbiyyatına böyük maraq olduğunu qeyd edib. Bildirib ki, məhz bu səbəbdən də həyata keçirdikləri layihəyə ilk dəfə məşhur “Arşın mal alan” əsəri ilə başlanılıb. O, gələcəkdə də Azərbaycan və özbək mədəniyyətinin təbliği ilə bağlı AMM ilə birgə layihələr həyata keçirəcəklərini söyləyib.xeber100.com

Oktyabr 11, 2016 11:23

Uşaq musiqi festivalı keçiriləcək

Sentyabrın əvvəlində start verilən “Zima” adlı uşaq musiqi festivalına ərizələrin qəbulu başa çatıb. Mədəniyyət tədbirləri sırasında ən parlaq hadisəyə çevriləcək “Zima” adlı uşaq musiqi festivalının potensial iştirakçılarının canlı dinləmələr mərhələsinə start verilib. Oktyabrın 17-dən etibarən isə uşaqların festivala hərtərəfli hazırlığına başlanılacaq. Qeyd edək ki, festivala Heydər Əliyev Sarayında yekun vurulacaq.

Oktyabr 11, 2016 11:17

MDB yaradıcı ziyalılarının 11-ci forumu keçiriləcək

Oktyabrın sonunda Bişkekdə Müstəqil Dövlətlər Birliyinin (MDB) 25 illiyi ilə bağlı MDB yaradıcı ziyalılarının və alimlərinin 11-ci forumu keçiriləcək. Qırğızıstanın Mədəniyyət, İnformasiya və Turizm Nazirliyinin təşkilatçılığı ilə tarix və mədəniyyət ili çərçivəsində keçiriləcək tədbirdə MDB ölkələrindən, o cümlədən Azərbaycandan 150-dən artıq tanınmış ziyalı, elm və mədəniyyət xadiminin iştirakı nəzərdə tutulur.xeber100.com

Oktyabr 11, 2016 11:13

Pantomima Teatrı təqdim edir…

Azərbaycan Dövlət Pantomima Teatrı həmişə olduğu kimi, bu dəfə də balaca teatrsevərləri yaddan çıxarmayıb. Belə ki, oktyabrın 16-da teatrın səhnəsində Bəxtiyar Xanızadənin müəllifi olduğu “Fəlakət və insan” əsəri əsasında səhnələşdirilmiş eyniadlı tamaşa nümayiş olunacaq. Teatrın mətbuat xidmətindən bildirilib ki, səhnə əsəri maarifləndirici xarakter daşıyır. Teatrın gənc aktyoru Bəhruz Əhmədlinin quruluşunda təqdim ediləcək əsərin müəllifi, teatrın baş rejissoru, Xalq Artisti Bəxtiyar Xanızadədir. Tamaşa uşaq və yeniyetmələrə təbii fəlakətlər zamanı necə qorunmağın yollarını göstərəcək.xeber100.com

Oktyabr 11, 2016 11:05

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə…

Oktyabrın 14-də İstiqlal Muzeyində Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dekorativ-tətbiqi sənət fakültəsi tərəfindən hazırlanan dövlət müstəqilliyimizin 25 illiyinə həsr olunmuş “Gəncliyin seçimi – müstəqillik” adlı sərgi keçiriləcək. Muzeydən Azərtac-a bildirilib ki, sərgidə akademiyanın tələbələrinin əsərləri nümayiş olunacaq. Tədbirdə muzeyin direktoru Fəridə Şəms, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov, Xalq Rəssamı Fuad Salayevin və başqalarının çıxışı nəzərdə tutulub.xeber100.com

Oktyabr 10, 2016 10:26

“Visla” film festivalı çərçivəsində…

Oktyabrın 13-də Bakıda “Visla” film festivalı çərçivəsində altı polyak filmi nümayiş olunacaq. Azərtac xəbər verir ki, “Ladnmark Cinema”da nümayiş olunacaq filmləri paytaxt sakinləri ilə yanaşı, əcnəbi qonaqlar da izləyə biləcək. Festival çərçivəsində “Mənim qızlarım danadır”, “Qəddarlıq anatomiyası”, “Həyatın kralı”, “Kimya”, “Yad səma” və “Troya atının çəkisi” adlı ekran əsərləri təqdim ediləcək. Oktyabrın 19-dək davam edəcək film nümayişləri “Dəstəkləyirəm” Fondunun yardımı ilə baş tutacaq.xeber100.com

Oktyabr 10, 2016 10:23

Rəsm əsərlərindən ibarət sərgi açılacaq

Oktyabrın 24-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda tanınmış rəssam Rəfail Əlizadənin sənət əsərlərindən ibarət fərdi rəsm sərgisi açılacaq. Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq sərgidə nümayiş olunacaq sənət əsərləri qrafika, rəngkarlıq və dekorativ sənət üslubundadır. Bu barədə Azərtac-a R. Əlizadə məlumat verib. Fırça ustası qeyd edib ki, sərgiyə təqdim ediləcək 70-dək sənət əsərində təbiət mənzərələri, vətənpərvərlik, humanizm və xeyirxahlıq kimi mövzular əks olunacaq. Uzun illərin zəhmətinin məhsulu olan sənət əsərlərindən ibarət sərgi rəssamın 70 illik yubileyi çərçivəsində gerçəkləşəcək. Sərgi bir həftə davam edəcək.xeber100.com

Oktyabr 10, 2016 10:19

Beynəlxalq Caz Festivalı çərçivəsində…

Oktyabrın 27-də Sebastyan Studnitski triosu, eləcə də Sebastyan Studnitski “Memento” simli kvarteti Bakıda konsert proqramı ilə çıxış edəcək. Azərtac xəbər verir ki, “Landmark Rotunda” təşkil olunacaq konsertdə qrupun repertuarında hit olan mahnılarla yanaşı, dünya caz musiqisinə də müraciət olunacaq. Konsert proqramı Bakı Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşacaq. Məlumat üçün bildirək ki, oktyabrın 22-dən 30-dək Bakıda keçirilməsi nəzərdə tutulan Bakı Beynəlxalq Caz Festivalına dünyanın bir sıra tanınmış caz ifaçıları və kvortetləri qatılacaq.xeber100.com

Oktyabr 9, 2016 8:04

Rus Dram Teatrında premyerası olacaq

Oktyabrın 30-da Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında Yuri Polyakovun “Xalam bundu” komediyasının premyerası olacaq. Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, tamaşa Rus Dram Teatrının baş rejissoru, Xalq Artisti Aleksandr Şarovskinin quruluşunda təqdim ediləcək. Tamaşanın dekorasiya rəssamı Əməkdar Mədəniyyət İşçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Əməkdar Mədəniyyət İşçisi Olqa Abbasova, bəstəkarı Əməkdar İncəsənət Xadimi Cahangir Zülfüqarovdur. Baş rolları Xalq artistləri Məbud Məhərrəmov, Aleksandra Nikuşina, Səfa Mirzəhəsənov, Əməkdar artistlər Fuad Osmanov, Mələk Abbaszadə, Salman Bayramov, aktyorlar Mariya Dubovitskaya, Tamilla Abutalıbova, Oleq Əmirbəyov və başqaları ifa edəcək.xeber100.com

Oktyabr 9, 2016 7:11

“YARAT Akademiyası” adlı layihəyə start verildi

“YARAT” Müasir İncəsənət Mərkəzi “YARAT Akademiyası” adlı layihəyə start verib. Azərtac xəbər verir ki, “YARAT Akademiyası” artıq ərizə qəbuluna başlayıb. Dekabradək davam edəcək ərizə qəbulu ilə hər kəs sözügedən sənət ocağına müraciət edə bilər. Layihənin əsas məqsədi tələbələr və incəsənətə marağı olan hər kəsdə bu sahəyə maraq oyatmaq və araşdırmaq imkanı yaratmaqdır.xeber100.com

Oktyabr 8, 2016 8:07
    Page 183 of 219« First«...102030...181182183184185...190200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az