04 Fevral 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Türkiyədə beynəlxalq musiqi festivalı keçirilir

Türkiyənin Muğla Böyükşəhər bələdiyyəsinin təşkilatçılığı ilə Muğla şəhərində Beynəlxalq Zurna Festivalı keçirilir. Anadolu xəbər agentliyinin məlumatına görə, festivalda Türkiyə, Azərbaycan, İngiltərə, Fransa, Yunanıstan, Bolqarıstandan və digər ölkələrdən 17-dək sənətkar iştirak edir. Muğladakı teatrların birində baş tutan festival üç gün davam edəcək. Festivalın keçirilməsinin əsas məqsədi zurna ifaçılıq mədəniyyətinin təbliği və gənc ifaçı nəslə bu sənəti daha da sevdirməkdən ibarətdir. Festivalda Azərbaycanı Əməkdar Artist Şirzad Fətəliyev təmsil edir. Bu festival artıq üçüncü dəfədir ki, Muğlada reallaşdırılır.xeber100.com

Sentyabr 7, 2016 10:58

Beynəlxalq Musiqi Festivalına hazırlıqla bağlı müşavirə keçirib

Sentyabrın 6-da mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Milli Kitabxanada “Üzeyir musiqi günü” və Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına hazırlıqla bağlı müşavirə keçirib. Tədbirdə nazirliyin müvafiq şöbə və sektorlarının, teatr-konsert müəssisələrinin, muzeylərin rəhbərləri iştirak ediblər. Nazirlikdən Azərtac-a bildirilib ki, müşavirədə çıxış edən Ədalət Vəliyev “Üzeyir musiqi günü” haqqında məlumat verib. Bildirib ki, bu mötəbər gün 1995-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən rəsmiləşdirilib. 2009-cu ildən isə Üzeyir bəyin doğum günü həm də Bakıda və bölgələrimizdə keçirilən beynəlxalq festivalla qeyd olunur. Mədəniyyət və turizm nazirinin iyul ayında imzaladığı əmrdə festivalla bağlı görüləcək bütün işlər öz əksini tapıb.xeber100.com

Sentyabr 7, 2016 10:45

“Musiqi sülhə səsləyir” adlı tədbir təşkil olunacaq

Sentyabrın 7-də Azərbaycan Musiqili Mədəniyyəti Dövlət Muzeyində “Musiqi sülhə səsləyir” adlı tədbir təşkil olunacaq. Azərtac xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Bəstəkarlar İttifaqı və Musiqili Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə keçiriləcək tədbir Beynəlxalq Sülh Günü münasibətilə “Sülh aylığı” çərçivəsində baş tutacaq. Tədbir çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Milli Konservatoriyanın və Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət Xadimi Cəlal Abbasovla görüş keçiriləcək. Bəstəkar sülh mövzusunda yazdığı əsərləri və gələcək yaradıcılıq planları barədə söhbət açacaq, tədbir iştirakçılarının suallarını cavablandıracaq. Tədbirdə C. Abbasovun BMT-nin mükafatına layiq görülmüş “İf İ could see you again...” adlı IV simfoniyasının videoyazısı və “Sülhün səsi” adlı III simfoniyasından videofraqment nümayiş olunacaq. Bununla yanaşı, Əməkdar Artist Fəridə Məmmədova və İlahə Sadıqzadənin repertuarında müxtəlif musiqi nömrələri səsləndiriləcək. Qeyd edək ki, Cəlal Abbasov, həm də BMT-nin “Ümumdünya insan hüquqları haqqında Bəyannaməsinin 50 illiyinə həsr olunmuş” müsabiqənin qalibidir.xeber100.com

Sentyabr 6, 2016 10:26

Kinofilmlərin nümayişi zamanı reklam yayımlanması qadağan edilib

Azərbaycanda kinofilmlərin nümayişi zamanı reklam yayımlanması qadağan edilib. Azərtac xəbər verir ki, Nazirlər Kabineti “Filmlərin yayımı və nümayişi Qaydaları”na etdiyi dəyişikliyə əsasən kino xidməti göstərilərkən reklam kinoteatrın foyesində yayımlana bilər. Kinofilmlərin (əvvəli istisna olmaqla) nümayişi zamanı reklam yayımlanması qadağandır.xeber100.com

Sentyabr 6, 2016 10:23

Azərbaycan Dövlət Kukla Teatrı müsabiqə elan edib

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı 85 illik yubileyi münasibətilə balaca istedadlar arasında müsabiqə elan edib. Belə ki, teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasına istedadlı uşaqların qəbuluna başlanılıb. Teatrın mətbuat xidmətindən Azərtac-a bildirilib ki, sentyabrın 6-dan 26-dək davam edəcək müsabiqədə 5-15 yaşlı uşaqlar iştirak edə bilərlər. Teatr üçün həvəskar aktyorların yetişdirilməsi məqsədilə keçirilən müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan Dövlət Kukla Teatrına (saat 13:00-15:00) müraciət etməlidirlər. Peşəkar aktyorluq və rejissorluq, xoreoqrafiya və vokal üzrə pedaqoqların seçəcəyi uşaqlardan tələb olunan əsas keyfiyyətlər səhnədə özünü sərbəst ifadə, səs və xoreoqrafiya bacarıqlarıdır. Qeyd edək ki, fəaliyyətində “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramındakı teatr-studiyaları ilə bağlı bəndi rəhbər tutan “Oyuq” illərdi keçdiyi uğurlu yaradıcılıq yolu ilə öz fərqini göstərə bilib. Belə ki, studiyanın yetirmələri Türkiyə, Rusiya, Makedoniya və Bolqarıstanda təşkil olunan beynəlxalq festival və müsabiqələrdə uğurla təmsil olunaraq dəfələrlə yüksək mükafatlara layiq görülüblər.xeber100.com

Sentyabr 5, 2016 4:02

Venesiya kinofestivalına start verilib

73-cü Venesiya kinofestivalına start verilib. Azərtac xəbər verir ki, 20 ekran əsərinin mübarizəyə qoşulduğu festival bu il Demiyena Şazellanın “La la lənd” filmi ilə açılıb. Festival çərçivəsində məşhur rejissor Mel Gipsonun yeni filminin təqdimatı da nəzərdə tutulub. Həmçinin, festivalda rejissoru Emir Kusturicanın “Samanyolunda gəzinti” filmi də böyük maraq doğurub. O, filmdə həm də aktyor kimi çıxış edir və məşhur aktrisa Monika Beluçi ilə tərəf müqabili olub. Qeyd edək ki, qaliblər sentyabrın 10-da müəyyənləşəcək. İlk dəfə 1933-cü ildə keçirilən festivalın məqsədi dünya kino mədəniyyəti ilə yaxından tanış olmaqdır. Xatırladaq ki, ötən il Azərbaycan da “Nabat” filmi ilə festivalın əsas proqramına daxil olan “Horizontlar” proqramı çərçivəsində təmsil olunub.xeber100.com

Sentyabr 5, 2016 3:55

“Azərbaycan kinosu gecəsi” layihəsinə start verilib

Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun və buradakı Azərbaycan icmasının birgə təşkilatçılığı ilə Los-Ancelesdə “Azərbaycan kinosu gecəsi” adlı layihəyə start verilib. Layihə çərçivəsində müntəzəm şəkildə Azərbaycan kino sənətinin nümunələrinin Los-Ancelesdə nümayişi planlaşdırılır. Bu səpkidə ilk nümayiş sentyabrın 2-də keçirilib. Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunda keçirilən tədbirdə Elçin Musaoğlunun ssenarisi və rejissorluğu əsasında 2009-cu ildə çəkilmiş, bir neçə beynəlxalq mükafata layiq görülmüş “40-cı qapı” filmi nümayiş etdirilib. Tədbirin açılışında çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev ABŞ-da, xüsusilə də Kaliforniya ştatında Azərbaycanın daha da tanıdılmasının yüksək önəm daşıdığını qeyd edib. O, ölkəmizin xaricdə təbliğində Azərbaycan kinematoqrafiyasının xüsusi rol oynadığını diqqətə çatdırıb. N.Ağayev bildirib ki, məhz bu baxımdan Azərbaycan icması ilə birgə başladılan bu yeni layihəyə baş konsulluq dəstəyini davam etdirəcək.xeber100.com

Sentyabr 5, 2016 11:47

Milli Dram Teatrı beynəlxalq festivalda…

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı sentyabrın 15-də keçiriləcək II Şəki beynəlxalq teatr festivalında “Ölülər” tamaşasını göstərəcək. Teatrın mətbuat xidmətinin məlumatına görə, Cəlil Məmmədquluzadənin “Ölülər” pyesi əsasında hazırlanan səhnə əsərinin quruluşçu rejissoru teatrın bədii rəhbəri və direktoru, Xalq Artisti Azərpaşa Nemətdir. Tamaşada bəstəkar Qara Qarayevin “Ölülər” əsəri üçün bəstələdiyi musiqi yeni versiyada təqdim olunur. Baş rolları Xalq Artisti Nurəddin Mehdixanlı və aktyor Anar Heybətov ifa edəcəklər.xeber100.com  

Sentyabr 4, 2016 12:13

“Port Baku Mall”da sərgi açılıb

Tanınmış rəssam və rejissor Nazim Məmmədovun xatirəsinə həsr olunmuş sərgi açılıb. Qeyd edək ki, “Port Baku Mall”da açılan sərgidə rəssamın bir- birindən maraqlı əl işləri nümayiş olunub. Sentyabrın 12-dək davam edəcək sərgidə unudulmaz sənət adamının 50-dən çox əsəri təqdim edilib. Qeyd edilib ki, ilk cizgi fılmlərinin müəllifi olan sənətkar Azərbaycanda animasiya janrının inkişafına əvəzsiz töhfələr verib. Onun adı ən sevımlı cizgi fılmləri ilə bağlıdır. O, rəsm, uşaq kitab illüstrasiyası ilə yanaşı, həm də rəngkarlıq, qrafika janrı ilə də məşğul olub. Rəssamın əsərləri ölkəmizlə yanaşı, xaricdə də tanınır. Xatırladaqq ki, Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib.xeber100.com

Sentyabr 4, 2016 12:07

“Bal-Maskarad” operasının premyerası keçiriləcək

Opera və Balet Teatrında Cüzeppe Verdinin “Bal-Maskarad” operasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, opera sentyabrın 24-də VIII Beynəlxalq Üzeyir Hacıbəyli Musiqi Festivalı çərçivəsində tamaşaçılara təqdim olunacaq. Səhnə əsərinin əsas partiyalarında Belarusun əməkdar artisti Stanislav Trifonov, Azərbaycanın əməkdar artistləri Fərid Əliyev, İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, solistlər Tural Ağasıyev, Əliəhməd İbrahimov və Tələt Hüseynov çıxış edəcəklər. Tamaşanın musiqi rəhbəri və dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Nərgiz Ağayevadır. “Bal-Maskarad” operasının ilk premyerası 17 fevral 1859-cu ildə Romanın Apollo teatrında baş tutub. Operanın librettosu fransız dramaturqu Ejen Skribanın tarixi faktlar əsasında qələmə aldığı pyesin motivləri əsasında yazılıb.

Sentyabr 3, 2016 9:58
    Page 189 of 218« First«...102030...187188189190191...200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az