28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Port Baku Mall”da sərgi açılıb

Tanınmış rəssam və rejissor Nazim Məmmədovun xatirəsinə həsr olunmuş sərgi açılıb. Qeyd edək ki, “Port Baku Mall”da açılan sərgidə rəssamın bir- birindən maraqlı əl işləri nümayiş olunub. Sentyabrın 12-dək davam edəcək sərgidə unudulmaz sənət adamının 50-dən çox əsəri təqdim edilib. Qeyd edilib ki, ilk cizgi fılmlərinin müəllifi olan sənətkar Azərbaycanda animasiya janrının inkişafına əvəzsiz töhfələr verib. Onun adı ən sevımlı cizgi fılmləri ilə bağlıdır. O, rəsm, uşaq kitab illüstrasiyası ilə yanaşı, həm də rəngkarlıq, qrafika janrı ilə də məşğul olub. Rəssamın əsərləri ölkəmizlə yanaşı, xaricdə də tanınır. Xatırladaqq ki, Nazim Məmmədov 2004-cü il oktyabrın 29-da Bakıda vəfat edib.xeber100.com

Sentyabr 4, 2016 12:07

“Bal-Maskarad” operasının premyerası keçiriləcək

Opera və Balet Teatrında Cüzeppe Verdinin “Bal-Maskarad” operasının premyerası keçiriləcək. Teatrın mətbuat xidmətindən Apa-ya verilən məlumata görə, opera sentyabrın 24-də VIII Beynəlxalq Üzeyir Hacıbəyli Musiqi Festivalı çərçivəsində tamaşaçılara təqdim olunacaq. Səhnə əsərinin əsas partiyalarında Belarusun əməkdar artisti Stanislav Trifonov, Azərbaycanın əməkdar artistləri Fərid Əliyev, İlahə Əfəndiyeva, İnarə Babayeva, Səbinə Vahabzadə, solistlər Tural Ağasıyev, Əliəhməd İbrahimov və Tələt Hüseynov çıxış edəcəklər. Tamaşanın musiqi rəhbəri və dirijoru beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Nərgiz Ağayevadır. “Bal-Maskarad” operasının ilk premyerası 17 fevral 1859-cu ildə Romanın Apollo teatrında baş tutub. Operanın librettosu fransız dramaturqu Ejen Skribanın tarixi faktlar əsasında qələmə aldığı pyesin motivləri əsasında yazılıb.

Sentyabr 3, 2016 9:58

Opera və Balet Teatrı 108-ci mövsümü açmağa hazırlaşır

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 108-ci mövsümü “Leyli və Məcnun”la açacaq.  Teatrın sentyabr ayı üçün repertuarını təqdim edirik: 18 sentyabr – “Leyli və Məcnun” (3 pərdəli opera) 24 sentyabr – “Bal-maskarad” (premyera, konsert ifasında opera) 25 sentyabr – “Min bir gecə” (2 pərdəli balet) 28 sentyabr – “Şah İsmayıl” Tamaşalar saat 19:00-da başlanır.

Sentyabr 2, 2016 2:29

“Evin sirləri” adlı sərgi açılıb

YARAT Müasir İncəsənət Mərkəzinin ARTIM Layihə Məkanında Azərbaycan rəssamlarının “Evin sirləri” adlı qrup sərgisi açılıb. Azərtac xəbər verir ki, sərgidə gənc rəssamlar - Mehriban Şəmsədinskaya, Zöhrab Salamzadə, Hətəm Əlizadə və Qafar Rzayevin əsərləri nümayiş olunub. Sərgidə nümayiş olunan əsərlərin mövzularının diapazonu həm sosioloji, həm də ümumi–məişət xarakterinə malikdir. Gənc fırça ustaları əsərlərində, ailə, ev, şəxsi və qeyri-şəxsi kənar problemlər mövzusunu, həmçinin insanın evdə olması ilə əlaqəli hər bir məsələni araşdırırlar. Layihənin başlıca məqsədi, ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır. Qeyd edək ki, sərgi sentyabrın 15-dək davam edəcək.xeber100.com

Sentyabr 2, 2016 2:25

Hind mədəniyyətini nümayiş etdirən sərgi açıldı

Bakıda Hind mədəniyyətini nümayiş etdirən sərgi açılıb. Azərtac xəbər verir ki, sərgi Hindistanın Bakıdakı səfirliyinin dəstəyi ilə keçirilir. Hər il ənənəvi olaraq təşkil olunan sərgi bu dəfə “Amay” ticarət mərkəzində keçirilir. Bu dəfə də qonaqlar sərginin pavilyonunda yer alan Hindistan mədəniyyət nümunələri ilə yaxından tanış olma imkanı əldə edəcəklər. Sərgidə hind rəqsləri və hind milli yeməkləri ilə yanaşı, Hindistandan gətirilən qızıl və gümüş əşyalar, tavalar, qazanlar, mebel, xalçalar, ədviyyatlar, çay və başqa məhsullar da nümayiş olunur. Həmçinin, pavilyonlarda müxtəlif növdə ipək, qumaş və pambıq parçalardan hazırlanmış geyimlər, kəlağayılar, yaylıqlar və dəsmallar da sərgilənir. Hər kəsin iştirak edə biləcəyi sərgidə ziyarətçilər hind musiqisi və incəsənəti ilə yaxından tanış ola bilər. Sərgi sentyabrın 18-dək davam edəcək.

Sentyabr 2, 2016 2:22

“Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında”…

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin ev muzeyində Ceyhun bəy Hacıbəylinin mühacirət həyatından bəhs edən “Qürbətdən gələn səslər” adlı kitabın təqdimat mərasimi keçiriləcək. Azərtac xəbər verir ki, təqdimat mərasimi Bakıda keçiriləcək Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq. Kitab Ceyhun bəy Hacıbəylinin Azərbaycan Respublikası Dövlət Ədəbiyyat və İncəsənət Arxivində mühafizə edilən arxiv sənədlərindən, məktublardan, epistolyar yazılarından və digər mənbələrdən olan sənədlərdən istifadə edilməklə hazırlanıb. Adı çəkilən nəşr Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktor müavini, tərcüməçi-jurnalist Aslan Kənanın tərcüməsi sayəsində ərsəyə gəlib. Əlli illik bir dövrü (1912-1962-ci illər) əks etdirən bu məktublarda şikayətlər, haqsızlıqlar, ağır həyat tərzi ilə yanaşı, mətbuat səhifələrində Azərbaycanla bağlı dərc olunan yazılar, vətəndə gedən hadisələr öz əksini tapıb. Qeyd edək ki, kitab “Ceyhun bəy Hacıbəylinin 125 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 19 noyabr 2015-ci il tarixli Sərəncamına uyğun olaraq hazırlanıb.xeber100.com

Sentyabr 2, 2016 2:07

Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə…

Oktyabrın 22-də “Landmark Rotunda” Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə tanınmış azərbaycanlı rəssam Vüqar Əlinin rəsm əsərlərindən ibarət sərgi açılacaq. Azərtac xəbər verir ki, sərgi Bakı Beynəlxalq Caz Festivalının açılışı münasibətilə baş tutacaq. Qeyd edək ki, oktyabrın 31-dək davam edəcək sərgidə rəssamın caz musiqisinə həsr olunmuş müxtəlif mövzulu əsərləri sərgilənəcək.xeber100.com

Sentyabr 1, 2016 11:02

Milli Teatrın sentyabr repertuarı açıqlanıb

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının sentyabr ayına olan repertuarı açıqlanıb. Azərtac teatrın sentyabr ayı üçün repertuarını təqdim edir. 15 sentyabr - “Ölülər”; 17, 18 sentyabr - “Qarabağnamə”; 23 sentyabr - “21.15 qatarı”; 24 sentyabr - “Danışan gəlincik”, “Müfəttiş”; 25 sentyabr - “Anamın kitabı”, “Şah Qacar”; 30 sentyabr - “Şekspir”. Tamaşalar saat 12.00 və 19.00-da nümayiş olunacaq.

Sentyabr 1, 2016 10:59

“Ənənə və müasirlik” adlı fərdi rəsm sərgisi açılacaq

Sentyabrın 16-da Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Sənubər Səmədovanın “Ənənə və müasirlik” adlı fərdi rəsm sərgisi açılacaq. Sərgi Mədəniyyət və Turizm Nazirli və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə reallaşacaq. Bu barədə Azərtac-a Sənubər Səmədova məlumat verib. Rəssam bildirib ki, sərgidə nümayiş olunacaq 50-dək sənət əsəri qrafika və dekorativ tətbiqi sənət növü janrlarında olacaq. Həmçinin, emosional hislərin rənglərlə ifadəsi sənət əsərlərinin əsas mövzusunu təşkil edir. Qeyd edək ki, bu, Azərbaycan Dövlət Pantomima Teatrının baş rəssamı olan Sənubər Səmədovanın sayca üçüncü fərdi sərgisidir. Sərgi bir həftə davam edəcək.xeber100.com

Avqust 29, 2016 11:05

Beynəlxalq Caz Festivalı çərçivəsində…

Oktyabrın 22-də Heydər Əliyev Sarayında caz musiqisi həvəskarlarına maraqlı konsert proqramı təqdim olunacaq. Azərtac xəbər verir ki, “jAzzeri Bands” caz musiqisi axşamında tanınmış və istedadlı gənc caz ifaçıları iştirak edəcəklər. Konsertdə Azərbaycan caz musiqisi ilə yanaşı, dünya caz musiqi nömrələrinə də müraciət olunacaq. Qeyd edək ki, konsert proqramı oktyabrın 22-dən 30-dək Bakıda keçiriləcək Beynəlxalq Caz Festivalı çərçivəsində reallaşacaq.xeber100.com

Avqust 29, 2016 11:01
    Page 191 of 219« First«...102030...189190191192193...200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az