29 İyul 2026 Çəşənbə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

“Mədəni irsimiz fotolarda” adlı fotosərgi açılıb

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəni irsimiz fotolarda” adlı fotosərgi açılıb. Azərtac xəbər verir ki, gənc fotoqrafların işlərində vətənimizin mədəni irs nümunələrini əks edən şəkillərdən ibarət sərgi “Art Villa” qalereyasında baş tutub. 60-dək foto portretin nümayiş olunduğu ekspozisiyada memarlıq, monumental mədəniyyət və Azərbaycanın milli ənənələrinə həsr olunmuş mövzular yer alıb. Layihə ölkəmizin milli-mədəni irsinin təbliği, tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədilə həyata keçirilib.xeber100.com

Avqust 27, 2016 5:25

Bu gün Azərbaycan Muğamı və Musiqisi Günüdür

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.xeber100.com

Avqust 26, 2016 12:17

14-cü Çikaqo Türk Mədəniyyəti Festivalına start verilib

ABŞ-ın Çikaqo ştatında 14-cü Çikaqo Türk Mədəniyyəti Festivalına start verilib. Anadolu agentliyinin məlumatına görə, Çikaqo və ətrafında yaşayan Türkiyə vətəndaşları ilə yanaşı, həmyerlilərimizin də qatıldığı festival “İstiqlal marşı”nın oxunması ilə başlayıb. Hər il ənənəvi olaraq Çikaqonun “Deyli” meydanında reallaşan festivalda türk mədəniyyəti, musiqisi, incəsənəti və mətbəxindən nümunələr nümayiş olunub. Festivalda, həmçinin türk musiqilərindən ibarət konsert proqramları təşkil edilməklə yanaşı, xalq oyunlarından ibarət bir sıra şou kompozisiyalar da nümayiş olunub. Festivalın təşkil olunmasında məqsəd Türkiyə mədəniyyətini tanıtmaq, təbliğ etməkdən ibarətdir. Qeyd edək ki, festivalda ABŞ-da yaşayan digər xalqların nümayəndələri də iştirak edir.xeber100.com

Avqust 26, 2016 12:09

“Retro Bakı” layihəsi davam edir…

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi davam edir. İdarənin mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində növbəti konsertlər avqustun 27-si və 28-də saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq. İdarədən Azərtac-a bildirilib ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənni Nurlan Əzizbəyli və Vüsal Hacıyev olacaq. Həmçinin konsertdə gənc müğənnilər Rüfət Xəlil, Günel İlqarlı, Sənubər Şərifova, Orxan Mirzəyev, Qadir Fətəliyev, Novruz Bəxtiyarlı, Mircabbar Mirbabayev və Rasim Mustafazadə iştirak edəcəklər.xeber100.com

Avqust 26, 2016 12:02

Azərbaycan rəssamlarının qrup sərgisi təşkil olunacaq

YARAT Müasir İncəsənət Mərkəzinin ARTIM Layihə Məkanında Azərbaycan rəssamlarının “Evin sirləri” adlı qrup sərgisi təşkil olunacaq. Azərtac xəbər verir ki, bu dəfə gənc rəssamlar Mehriban Şəmsədinskaya, Zöhrab Salamzadə və Hətəm Əliyevin əsərlərindən ibarət sərgi təqdim olunacaq. Layihənin müəllifləri ailə və ev, şəxsi və qeyri-şəxsi kənar problemlər mövzusunu, həmçinin insanın evdə olması ilə əlaqəli hər bir məsələni araşdırırlar. Bununla yanaşı, seçilmiş mövzuların diapazonu həm sosioloji, həm də ümumi – məişət xarakterinə malikdir. Layihəsinin başlıca məqsədi ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır.xeber100.com

Avqust 25, 2016 11:18

Azərbaycan Rəngkarlığı Muzeyində tədbir keçiriləcək

Sentyabrın 2-də XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyində “Rəssam haqqında xatirələr. Butunay Haqverdiyev atası Ucal Haqverdiyev haqqında” adlı tədbir keçiriləcək. Azərtac xəbər verir ki, “Rəssamla görüş” layihəsi çərçivəsində reallaşacaq tədbirdə Ucal Haqverdiyevin (1960-2004) həyat və yaradıcılığından söz açılacaq. Ucal Haqverdiyevin sənəti yüksək mənəviyyatı ilə seçilir, onun mövzu və süjetləri “Tövrat” obrazları ilə bağlıdır. Rəssamın rəngkarlığı, qrafikası, poeziyası zamanın cızdığı dar dünyagörüşü çərçivəsindən kənarda mövcuddur. Ucal Haqverdiyev Avstriya, Almaniya və Azərbaycanda keçirilən beynəlxalq simpoziumların iştirakçısı olub. O, “Labirint” qrupunun yaradılmasında iştirak edib. 2000-ci ildə bu qrupun tərkibində “Humay” mükafatına layiq görülüb. 2000-2004-cü illərdə Bakıda Mixail Arxangel kilsəsinin bədii tərtibatında iştirak edib. Əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə sərgilənib.xeber100.com

Avqust 25, 2016 11:12

“Vahid Qafqaz”” beynəlxalq festivalı keçiriləcək

Avqustun 25-dən 28-dək Gürcüstanın Marneuli rayonunun Tserakvi kəndində “One Caucasus-2016” ("Vahid Qafqaz") festivalı keçiriləcək. Azərtac xəbər verir ki, builki festivalda Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan, Misir, Hindistan, Fransa, Polşa, Rusiya, Ukrayna da daxil olmaqla 15-dən çox ölkədən qonaqlar iştirak edəcək. Artıq 3 ildir ki, festival yerli bələdiyyənin dəstəyi ilə Marneuli rayonunda baş tutur. Festivalın əsas məqsədi bütün müxtəlif ölkələrin gəncləri üçün görüş yeri və yaradıcı mühit yaratmaqdır. “One Caucasus” dünyanın dörd bir yanından gəlmiş musiqiçilər, rəssamlar, animatorlar, memarlar və könüllüləri bir araya gətirir. Bundan əlavə, festival qeyri-rəsmi təhsil yolu ilə rayonun yerli əhalisi ilə aktiv işləyir və Marneulidə, eləcə də digər bölgələrdə vətəndaş büdcəsinin inkişafını dəstəkləyir.xeber100.com

Avqust 24, 2016 12:57

“Milli-mədəni dəyərlərin internet mediada təbliği”…

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi ilə “Milli-mədəni dəyərlərin internet mediada təbliği”- www.CultNews.az layihəsinə start verib. Bu barədə Azərtaac-a ASGA-nın sədri Səbuhi Abbasov məlumat verib. Layihənin aktual mövzuya həsr olunduğunu deyən S.Abbasov informasiya məkanının sürətlə internetləşdiyi dövrdə milli dəyərlərin qorunmasının vacibliyini vurğulayıb: “İKT eyni zamanda ən uğurlu təbliğat vasitəsi hesab olunur. Belə ki, bir çox inkişaf etmiş ölkələr öz milli irslərini, tarixi abidələrini internet resurslar üzərindən dünyaya təbliğ edir və beləliklə də həm tarixlərini dünya tarixi irsinə daxil edir, həm də öz turizm imkanlarını daha da artırmış olurlar. Bu mənada 3 Avropa ölkəsində nümayəndəliyi olan Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası beynəlxalq təcrübəsini əsas tutaraq, bu sahədə boşluğu və ciddi tələbatı nəzərə alaraq Mədəniyyət və Turizm Nazirliyinə “Milli-mədəni dəyərlərin internet mediada təbliği” layihəsini təklif edib”.xeber100.com  

Avqust 24, 2016 12:46

Koreya–Fans Pop Festivalı təşkil olunacaq

Avqustun 30-da Bakıda 2-ci Koreya–Fans Pop Festivalı təşkil olunacaq. Azərtac xəbər verir ki, “Halikarnas Beach” klubda keçiriləcək festivalda istedadlı Koreya-Fans üzvlərinin performansları, rəqsləri, musiqi nömrələri, o cümlədən koreyalı “DJ”lərin çıxışı və başqa əyləncəli oyunlar təşkil olunacaq.xeber100.com

Avqust 24, 2016 12:41

Beynəlxalq festival keçiriləcək

Avqustun 24-də Moskvada keçiriləcək 23-cü Beynəlxalq “Çiçəklər və Flowers” festiv alında Azərbaycan da təmsil olunacaq.Azərtac xəbər verir ki, ölkəmizi bu sərgidə tanınmış florist Dmitri Turkan təmsil edəcək. Festivalda dünyanın 25 ölkəsindən 250-dək şirkətin iştirakı gözlənilir. Sərginin mərkəzi ekspozisiyasında təmsil olunan ölkələrdən gətirilmiş çiçəklər sərgilənəcək. Həmçinin, festivalda “dəyirmi masa”lar, mühazirələr, ustad dərsləri təşkil olunmaqla yanaşı, floristik nümayişlər, seleksiya yenilikləri də təqdim olunacaq. Sərginin dolğun iş proqramı dörd hissədən ibarət olacaq. Festival avqustun 26-dək davam edəcək. Qeyd edək ki, festivalın saytında elektron qeydiyyatdan keçmək və sərgiyə pulsuz bilet əldə etmək mümkündür.xeber100.com

Avqust 23, 2016 4:00
    Page 193 of 220« First«...102030...191192193194195...200210220...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az