28 May 2026 Cümə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
ABŞ-nin Enerji İnformasiya Administrasiyasının məlumatı əsasında…
“Fars” xəbər agentliyi: Tehran təzyiq və təhdidlərə təslim olmayacaq
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Azərbaycan Xalça Muzeyinin məlumatına görə…

Avqustun 27-də Azərbaycan Xalça Muzeyinin uşaq muzeyi şöbəsinin təşəbbüsü ilə “Açıq qapı” günü çərçivəsində “Ailə günü” adlı tədbir keçıriləcək. Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsul Azərtac-a bildirib ki, “Ailə günü” tədbirinin keçirilməsində məqsəd valideyn-uşaq arasında ümumi maraqları birləşdirmək, ünsiyyət körpüsünü möhkəmləndirmək və ən əsası mədəniyyət və incəsənətimizi tanıtmaqdır. Azərbaycan Xalça Muzeyində “Ailə günü” tədbirinin hər ayın son şənbəsi “Açıq qapı” günü çərçivəsində saat 11:00-dan 19:00-dək keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, “Ailə günü” adlı tədbirdə “Hemofiliya və talassemiya” pasiyentləri tam olaraq ödənişsiz iştirak edə bilərlər.xeber100.com  

Avqust 28, 2016 11:49

Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü…

Qəbələ şəhərində IV Beynəlxalq Mürəbbə Festivalı açılıb. Apa-nın məlumatına görə, festival Mədəniyyət və Turizm Nazirliyi, Qəbələ rayon İcra Hakimiyyəti, Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının birgə təşəbbüsü ilə təşkil olunub. Festivalda Azərbaycanın 29 şəhər və rayonundan, eləcə də 10 xarici ölkədən gələn komandalar müxtəlif çeşiddə hazırladıqları mürəbbələri nümayiş etdirirlər. Münsiflərin rəyi əsasında ən yaxşı mürəbbə hazırlayanlar müxtəlif nominasiyalar üzrə mükafatlandırılacaqlar. Xatırladaq ki, Qəbələdə mürəbbə ustalarının yarışması ilk dəfə 2013-cü ildə gerçəkləşib.xeber100.com

Avqust 28, 2016 11:23

Mahnı Teatrı teatr mövsümünü sentyabrın 18-də açacaq

Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı yeni teatr mövsümünü sentyabrın 18-də açacaq. Teatrdan Azərtac-a bildirilib ki, açılışa teatrın Rəşid Behbudov adına musiqi ansamblının möhtəşəm konsert proqramı ilə start veriləcək. Konsertdə, həmçinin tanınmış ifaçıların repertuarında bəstəkar və xalq mahnılarından ibarət kompozisiyalar təqdim olunacaq.xeber100.com  

Avqust 27, 2016 5:40

“Mədəni irsimiz fotolarda” adlı fotosərgi açılıb

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və “Abşeron” Gənclərin İnkişafı İctimai Birliyinin təşkilatçılığı ilə “Mədəni irsimiz fotolarda” adlı fotosərgi açılıb. Azərtac xəbər verir ki, gənc fotoqrafların işlərində vətənimizin mədəni irs nümunələrini əks edən şəkillərdən ibarət sərgi “Art Villa” qalereyasında baş tutub. 60-dək foto portretin nümayiş olunduğu ekspozisiyada memarlıq, monumental mədəniyyət və Azərbaycanın milli ənənələrinə həsr olunmuş mövzular yer alıb. Layihə ölkəmizin milli-mədəni irsinin təbliği, tarixi mədəniyyət obyektlərinin, incəsənət ocaqlarının, teatr və muzeylərinin, eləcə də mədəniyyət və incəsənət xadimlərimizin yerli və xarici vətəndaşlar tərəfindən yaxından tanınması məqsədilə həyata keçirilib.xeber100.com

Avqust 27, 2016 5:25

Bu gün Azərbaycan Muğamı və Musiqisi Günüdür

Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara musiqisi festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır. UNESCO-nun qərarı ilə dünya mədəniyyətinin qeyri-maddi irsinin bəşəri əhəmiyyətə malik sərvətləri sırasına daxil edilməsi muğamın, tar ifaçılığı sənətinin təkcə xalqımızın deyil, bütün bəşəriyyətin misilsiz mədəni sərvətinin ayrılmaz hissəsi kimi qiymətləndirilməsidir.xeber100.com

Avqust 26, 2016 12:17

14-cü Çikaqo Türk Mədəniyyəti Festivalına start verilib

ABŞ-ın Çikaqo ştatında 14-cü Çikaqo Türk Mədəniyyəti Festivalına start verilib. Anadolu agentliyinin məlumatına görə, Çikaqo və ətrafında yaşayan Türkiyə vətəndaşları ilə yanaşı, həmyerlilərimizin də qatıldığı festival “İstiqlal marşı”nın oxunması ilə başlayıb. Hər il ənənəvi olaraq Çikaqonun “Deyli” meydanında reallaşan festivalda türk mədəniyyəti, musiqisi, incəsənəti və mətbəxindən nümunələr nümayiş olunub. Festivalda, həmçinin türk musiqilərindən ibarət konsert proqramları təşkil edilməklə yanaşı, xalq oyunlarından ibarət bir sıra şou kompozisiyalar da nümayiş olunub. Festivalın təşkil olunmasında məqsəd Türkiyə mədəniyyətini tanıtmaq, təbliğ etməkdən ibarətdir. Qeyd edək ki, festivalda ABŞ-da yaşayan digər xalqların nümayəndələri də iştirak edir.xeber100.com

Avqust 26, 2016 12:09

“Retro Bakı” layihəsi davam edir…

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi davam edir. İdarənin mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində növbəti konsertlər avqustun 27-si və 28-də saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq. İdarədən Azərtac-a bildirilib ki, bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənni Nurlan Əzizbəyli və Vüsal Hacıyev olacaq. Həmçinin konsertdə gənc müğənnilər Rüfət Xəlil, Günel İlqarlı, Sənubər Şərifova, Orxan Mirzəyev, Qadir Fətəliyev, Novruz Bəxtiyarlı, Mircabbar Mirbabayev və Rasim Mustafazadə iştirak edəcəklər.xeber100.com

Avqust 26, 2016 12:02

Azərbaycan rəssamlarının qrup sərgisi təşkil olunacaq

YARAT Müasir İncəsənət Mərkəzinin ARTIM Layihə Məkanında Azərbaycan rəssamlarının “Evin sirləri” adlı qrup sərgisi təşkil olunacaq. Azərtac xəbər verir ki, bu dəfə gənc rəssamlar Mehriban Şəmsədinskaya, Zöhrab Salamzadə və Hətəm Əliyevin əsərlərindən ibarət sərgi təqdim olunacaq. Layihənin müəllifləri ailə və ev, şəxsi və qeyri-şəxsi kənar problemlər mövzusunu, həmçinin insanın evdə olması ilə əlaqəli hər bir məsələni araşdırırlar. Bununla yanaşı, seçilmiş mövzuların diapazonu həm sosioloji, həm də ümumi – məişət xarakterinə malikdir. Layihəsinin başlıca məqsədi ölkənin gənc nəslinin istedadlı nümayəndələrini incəsənət sahəsində karyera qurmağa təşviq etmək, habelə Azərbaycanın gənc rəssamlarına peşəkar səhnədə öz əsərlərini nümayiş etdirmək üçün müvafiq şərait yaratmaqdır.xeber100.com

Avqust 25, 2016 11:18

Azərbaycan Rəngkarlığı Muzeyində tədbir keçiriləcək

Sentyabrın 2-də XX-XXI əsr Azərbaycan Rəngkarlığı Muzeyində “Rəssam haqqında xatirələr. Butunay Haqverdiyev atası Ucal Haqverdiyev haqqında” adlı tədbir keçiriləcək. Azərtac xəbər verir ki, “Rəssamla görüş” layihəsi çərçivəsində reallaşacaq tədbirdə Ucal Haqverdiyevin (1960-2004) həyat və yaradıcılığından söz açılacaq. Ucal Haqverdiyevin sənəti yüksək mənəviyyatı ilə seçilir, onun mövzu və süjetləri “Tövrat” obrazları ilə bağlıdır. Rəssamın rəngkarlığı, qrafikası, poeziyası zamanın cızdığı dar dünyagörüşü çərçivəsindən kənarda mövcuddur. Ucal Haqverdiyev Avstriya, Almaniya və Azərbaycanda keçirilən beynəlxalq simpoziumların iştirakçısı olub. O, “Labirint” qrupunun yaradılmasında iştirak edib. 2000-ci ildə bu qrupun tərkibində “Humay” mükafatına layiq görülüb. 2000-2004-cü illərdə Bakıda Mixail Arxangel kilsəsinin bədii tərtibatında iştirak edib. Əsərləri ABŞ, Almaniya, Avstriya, Fransa, Norveç və Türkiyədə sərgilənib.xeber100.com

Avqust 25, 2016 11:12

“Vahid Qafqaz”” beynəlxalq festivalı keçiriləcək

Avqustun 25-dən 28-dək Gürcüstanın Marneuli rayonunun Tserakvi kəndində “One Caucasus-2016” ("Vahid Qafqaz") festivalı keçiriləcək. Azərtac xəbər verir ki, builki festivalda Azərbaycan, ABŞ, Almaniya, Gürcüstan, Misir, Hindistan, Fransa, Polşa, Rusiya, Ukrayna da daxil olmaqla 15-dən çox ölkədən qonaqlar iştirak edəcək. Artıq 3 ildir ki, festival yerli bələdiyyənin dəstəyi ilə Marneuli rayonunda baş tutur. Festivalın əsas məqsədi bütün müxtəlif ölkələrin gəncləri üçün görüş yeri və yaradıcı mühit yaratmaqdır. “One Caucasus” dünyanın dörd bir yanından gəlmiş musiqiçilər, rəssamlar, animatorlar, memarlar və könüllüləri bir araya gətirir. Bundan əlavə, festival qeyri-rəsmi təhsil yolu ilə rayonun yerli əhalisi ilə aktiv işləyir və Marneulidə, eləcə də digər bölgələrdə vətəndaş büdcəsinin inkişafını dəstəkləyir.xeber100.com

Avqust 24, 2016 12:57
    Page 192 of 219« First«...102030...190191192193194...200210...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az