Bu il Bosniya və Herseqovinada keçirilməsi nəzərdə tutulan 22-ci Saraybosniya Film Festivalının tarixi açıqlanıb. Anadolu xəbər agentliyinin məlumatına görə, festivalın açılış mərasimi avqustun 12-də olacaq. Həmçinin festival çərçivəsində veriləcək “Saraybosniyanın ürəyi” mükafatına sahib olan aktyorun adı da açıqlanıb. Bu, dünya şöhrətli amerikalı aktyor Robert de Nirodur. Mükafat aktyora festivalın açılış mərasimində təqdim olunacaq. Qeyd edək ki, bu mükafata bundan əvvəl dünya şöhrətli aktyorlar Ancelina Coli, Benicio Del Toro, Gael Garcia Bernal, Stiv Buscemi, Atom Egoyani, Jafar Panahi, Mike Lay, Bəl Tarr və Danis Tanovic layiq görülüb. Festival avqustun 20-dək davam edəcək.xeber100.com