05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

Azərbaycan Televiziyası musiqi meydanına start verir

Azərbaycan Televiziyası (AzTV) özünütəcrid günlərində yeni layihəyə-böyük musiqi meydanına start verir. Yay mövsümündə AzTV-də bazar günləri “Yay axşamı” adlı konsert proqramları yayımlanacaq.“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) ərazisində “Yay axşamı” layihə üçün xüsusi konsert meydançası quraşdırılıb. Layihənin premyerası iyulun 12-də saat 23:00-da baş tutacaq.Səhnə Bakının ən yüksək nöqtələrindən birində yerləşdiyindən konsert proqramları şəhərin mənzərəsi, dəniz buxtası fonunda efirə veriləcək.Həftəsonu musiqisevərlər müxtəlif janrlarda səslənən musiqi nömrələrindən zövq almaq imkanına malik olacaqlar. Hər buraxılışın mövzusu fərqli olacaq: estrada, opera və caz musiqisini sevənlər ulduzlarımızın ifasında ən gözəl musiqi nömrələrini dinləyəcək. Retro musiqi həvəskarları da unudulmayıb. Onlar üçün 80-ci illərin hitləri səsləndiriləcək. Eləcə də, tamaşaçılarımız instrumental musiqi, kinofilmlərdən mahnılar, romans, muğam və başqa ifaları dinləyə biləcəklər.xeber100.com

İyul 9, 2020 3:01

UNESCO-nun 209-cu sessiyasının plenar iclası öz işinə başlayıb

Parisdə UNESCO-nun mənzil-qərargahında qurumun İcra Şurasının 209-cu sessiyasının plenar iclası öz işinə başlayıb.Azərtac xəbər verir ki, plenar iclasda sessiyanın gündəliyi təsdiqləndikdən sonra Büronun hesabatı dinlənilib, maliyyə və administrativ komissiyanın prezidenti seçilib. 207 və 208-ci sessiyaların protokolları təsdiqlənib. Qurumun baş direktorunun hesabatı dinlənilib.İki gün davam edəcək plenar iclasda qurumun Baş Konfransında qəbul edilmiş proqramın icrasına, eləcə də 2018-2019-cu illərdə maliyyə idarəçiliyinə dair hesabatlar dinləniləcək. İcra Şurasının və Baş konfransın əvvəlki sessiyalarında qəbul edilmiş qərar və qətnamələrin icra vəziyyətinə baxılacaq.Təhsilin gələcəyinə dair təşəbbüs, iqlim dəyişikliyinə dair strategiya, inkişafda olan ada dövlətlərinə dair fəaliyyət planı, UNESCO-nun strateji transformasiyası kimi məsələlər də plenar sessiyanın gündəliyində öz əksini tapır.Qeyd edək ki, 209-cu sessiya iyulun 10-dək davam edəcək.xeber100.com

İyul 3, 2020 1:26

Birinci Beynəlxalq Göç Filmləri Festivalı başa çatıb

Türkiyə Prezident Administrasiyasının himayədarlığı ilə ölkənin Daxili İşlər Nazirliyi tərəfindən təşkil olunan Azərtac xəbər verir ki, koronavirus səbəbindən virtual olaraq təşkil olunan festivalda bir həftə boyunca 30 ölkədən 45 uzun və qısa metrajlı film nümayiş olunub.İyunun 21-də keçirilən festivalın bağlanış mərasimində videoformatla çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan diqqətə çatdırıb ki, festivalın təşkilində məqsəd hazırda qlobal məsələlər arasında öndə dayanan qaçqın və köçkünlər problemini gündəmdə saxlamaqdır.Festival Azərbaycan xalq mahnısı “Sarı gəlin”in ifası ilə tamamlanıb.xeber100.com

İyun 21, 2020 10:54

Məhmət Akif Ərsoyun həyatı ekranlaşdırılır

Türkiyənin İstiqlal marşının (dövlət himni) sözlərini yazan şairi Məhmət Akif Ərsoyun həyatı ekranlaşdırılır.Azərtac xəbər verir ki, çəkilişlərinə bu ilin sentyabr ayında start veriləcək “Akif” filminin İstiqlal marşının ölkənin dövlət himni olaraq qəbul edilməsinin 100-cü ildönümü - 2021-ci il martın 12-də ekranlara çıxması planlaşdırılır. Belə ki, himn məhz 1921-ci il martın 12-də Türkiyə Böyük Millət Məclisi tərəfindən rəsmi şəkildə qəbul olunub.“Darçın” kinostudiyası tərəfindən çəkiləcək filmin rejissoru Kudret Sabancı, ssenari müəllifi isə Hakan Haksundur. Ekran əsərinin məsləhətçiləri Mehmet Akif Ersoyun nəvəsi Selma Ersoy Argon, İstiqlal Marşının ilk nəşr olunduğu “Sebilürreşad” jurnalının baş redaktoru Fatih Bayhan, Türkiyənin keçmiş dövlət xadimi Yüksel Yalova və professor Yasin Aktaydır.xeber100.com

İyun 14, 2020 3:39

UNESCO-nun növbədənkənar sessiyası onlayn formatda işə başlayıb

Parisdə UNESCO-nun İcra Şurasının növbədənkənar sessiyası onlayn formatda işə başlayıb.Azərtac xəbər verir ki, Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimovun sessiyada çıxışı gözlənilir. Səfir COVID-19 pandemiyasına qarşı mübarizədə Azərbaycanın töhfələrinə toxunacaq, təcridolma rejimi müddətində İcra Şurasının iş metodu müzakirə olunacaq.Sessiyada A.Kərimov ölkəmizin Qoşulmama Hərəkatının sədri kimi üzv dövlətlərə müraciətini də təqdim edəcək.Həmçinin, sessiya iştirakçıları COVID-19 pandemiyasının UNESCO-nun proqram və fəaliyyətinə təsirinə dair fikir mübadiləsi aparacaqlar. Katibliyin baş qərargahda mövcud vəziyyətlə bağlı sessiyasının işinə pandemiyanın təsirlərinə dair təqdimatlara da baxılacaq.İcra Şurasının növbədənkənar sessiyası iyunun 9-dək davam edəcək.Qeyd edək ki, İcra Şurasının 209-cu sessiyası isə iyunun 29-dan iyulun 10-dək keçiriləcək.xeber100.com

İyun 8, 2020 2:52

“Eurovision – 2021” mahnı müsabiqəsinin keçiriləcəyi təsdiq edilib

Avropa Yayım Birliyi (European Broadcasting Union) “Eurovision - 2021” mahnı müsabiqəsinin Rotterdamda (Hollandiya) keçiriləcəyini təsdiq edib.TASS agentliyi xəbər verir ki, bu barədə “Eurovision: Avropa bərq vurur” (Europe Shine A Light) şou proqramı zamanı elan olunub.Müsabiqənin rəsmi səhifəsində bildirilib ki, şou proqram “Ahoy” konsert zalında baş tutacaq.Artıq məlumdur ki, “Eurovision - 2020”də çıxışları elan edilmiş 41 ifaçı və musiqi qrupundan 18-i “Eurovision - 2021”də öz ölkələrini təmsil edəcək.Qeyd edək ki, say etibarı ilə 65-ci “Eurovision” müsabiqəsi bu il Rotterdamın Ahoy konsert zalında “Açıl” (Open Up) adı altında keçirilməli idi. Ancaq Avropa Yayım Birliyi müsabiqəni koronavirus pandemiyası ilə əlaqədar təxirə saldı.xeber100.com

May 18, 2020 11:04

“YARAT” Müasir İncəsənət Mərkəzi təqdim edir

18 may - Beynəlxalq Muzeylər Günü “YARAT” Müasir İncəsənət Məkanı şəhər multimedia layihəsini həyata keçirməyi planlaşdırır.Azərtac xəbər verir ki, tədbir zamanı ictimaiyyətə eksklüziv sənət əsərləri təqdim ediləcək. Tamaşaçılar müxtəlif tarixi dövrlərə və mövzulara həsr olunmuş muzey kolleksiyaları, sərgi layihələri haqqında yeni və maraqlı məlumatlar əldə edə biləcəklər.Nümayiş olunacaq sənət əsərləri Azərbaycan Milli Xalça Muzeyi, XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyi, Macarıstan Milli Muzeyi,Latviya Milli Muzeyi və “YARAT” Müasir İncəsənət Məkanı tərəfindən təqdim olunacaqdır. Beləliklə də, tamaşaçılar evlərini tərk etmədən mənzillərinin pəncərələrindən və eyvanlarından şounu seyr edərkən muzey eksponatları ilə tanış olacaqlar.xeber100.com

May 16, 2020 9:58

Maksim Qorki adına kinostudiya təqdim edir

Rusiyada ən böyük kinostudiyalardan biri olan Maksim Qorki adına kinostudiya Böyük Vətən müharibəsi faşizm üzərində qələbənin 75 illiyi münasibətilə bir sıra filmlərin siyahısını tərtib edib.TASS agentliyinin məlumatına görə, ailə ortamında baxılması nəzərdə tutulan filmlərin siyahısında rejissor Vasiliy Proninin 1946-cı ildə quruluş verdiyi “Alay oğlu” (“Сын полка”) və Stanislav Rostotskinin 1972-ci ildə çəkdiyi “Burada şəfəqlər sakitdir…” (“А зори здесь тихие”  filmləri də yer alıb.Qorki adına kinostudiyanın baş direktoru Yuliana Slaşeva qeyd edib ki, kinonun dili ilə böyüyən nəslə müharibə dövrünün ab-havasını, insanların keçirdiyi hissləri və dünyaya olan münasibətini çatdırmaq üçün ən yaxşı vasitədir: “O dəhşətli illərin və Böyük Qələbənin şahidi olan görkəmli rejissorlarımızın çəkdiyi klassik filmlər sadə və parlaq obrazlarla zəngin müharibə dövrünün ifadəli bir salnaməsidir. Biz bu ekran əsərlərinə bayram günlərində uşaqlarla birlikdə baxmağı tövsiyə edirik”.Qeyd edək ki, eyni adlı kinostudiyanın “YouTube” kanalına 1941-1945-ci ili əhatə edən müharibə mövzusunda bir çox filmlər də əlavə edilib.xeber100.com  

May 9, 2020 8:26

Akademik Milli Dram Teatrı təqdim edir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Manqurt” tamaşası növbəti dəfə mayın 12-də sənət ocağının “Facebook”dakı səhifəsi vasitəsilə onlayn nümayiş olunacaq.Azərtac xəbər verir ki, səhnə əsəri Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında hazırlanıb.Tamaşanın bədii rəhbəri Anar Babalı, rejissoru İzamə Babayeva, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğludur.Birhissəli epik rəvayət olan səhnə əsərində Əməkdar artistlər Mehriban Xanlarova, Elşən Rüstəmov, aktyorlar Ramin Şıxəliyev, İmran Ali Qurban və Fərid Vəliyev iştirak ediblər.xeber100.com

May 7, 2020 9:13

“Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində

Beynəlxalq Muğam Mərkəzindən (BMM) “Bizi birləşdirən mədəniyyət” layihəsi çərçivəsində bu gün yayımlanacaq növbəti konsert ustad xanəndə, Xalq artisti Əlibaba Məmmədov yaradıcılığına həsr olunacaq.Azərtac xəbər verir ki, BMM-nin solistləri xanəndənin repertuarından seçmələr, həmçinin müəllifi olduğu təsnifləri səsləndirəcəklər.“Mədəniyyət” kanalı və BMM-nin “Facebook” səhifəsindən canlı yayımlanacaq efirdə xanəndələr Babək Quliyev ( Şuşalı) "Qızıl güllər arasında" və "Vilayəti" təsnifi, Elnur Zeynalov "Şur" təsnifi , Səbinə Ərəbli "Mehriban həkim" mahnisini, balaban ifaçısı Rəfael Əsgərovun ifasında isə "Azərbaycan maralı" xalq mahnısı təqdim olunacaq.xeber100.com

May 6, 2020 11:14
    Page 40 of 218« First«...102030...3839404142...506070...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az