Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə sentyabrın 27-dən 29-dək Bakı İdman Sarayında (Bakı şəhəri, Səbail rayonu, Neftçilər prospekti 26A, Xalça Muzeyinin yanı) VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçiriləcək.Azərtac xəbər verir ki, VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunub.Sərgi-yarmarka zamanı 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri və s. qurumlar öz nəşrlərini sərgiləyəcək və kitablarının satışını həyata keçirəcəklər. Eyni zamanda, sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə çoxsaylı kitab təqdimatları, imza günləri və s. tədbirlər təşkil olunacaq.VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında keçiriləcək tədbirlərin Proqramı olduqca zəngindir.VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində “Kitabxanalar mobil informasiya mərkəzi kimi” mövzusunda beynəlxalq elmi-praktik konfrans, “Beynəlxalq əməkdaşlıq zalı”nın açılışı, Xarici ölkələrin milli kitabxanalarında mühafizə olunan Nəsimi əlyazmalarının surətlərindən (30 əlyazma) ibarət sərgisinin açılışı, TÜRKSOY Beynəlxalq Təşkilatı ilə birlikdə Başqırdıstanın xalq şairi Mustay Kərimin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans və “Mustay Kərimin əsərləri türk dillərində” kitabının təqdimatı, “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” layihəsi çərçivəsində İmaddədin Nəsiminin 650 illiyi münasibətilə Türkiyədə çap olunmuş “Nesimi “İrak Divanı” kitabının təqdimatı, Jest dili ilə mp4 formatda tərcümə edilərək nəşr olunmuş 10 adda elektron kitabın və “Bərpanəşr” layihəsi çərçivəsində Brayl əlifbası ilə nəşr olunmuş 11 adda kitabın təqdimatı, eləcə də bu qəbildən olan onlarla tədbirin keçirilməsi nəzərdə tutulur.xeber100.com