05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Kinoittifaq,Mədəniyyət

Azərbaycan kinosunun vəziyyəti və perspektivləri müzakirə edilib

İyunun 4-də Bakıda Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) İdarə Heyətinin iclası olub. AKİ-nin məlumatında bildirilir ki, iclasda İttifaqın XI qurultayına hazırlıq müzakirə olunub, onun gündəliyi və keçirilmə tarixi müəyyən edilib. İdarə Heyətinin üzvləri milli kinonun maraqlarının qorunması və yerli kinoindustriyanın inkişaf perspektivlərinə dair təkliflərlə çıxış ediblər. AKİ-nin XI qurultayının gündəliyinə ölkədə bədii, sənədli, animasiya filmlərinin istehsalında, kinoprokatın təşkilindəki problemlər, yerli ssenarilərin seçim mexanizmləri, kino üçün kadrların hazırlanması və s. məsələlər daxil olacaq.AKİ İdarə Heyəti Kino Evinin təsis edilməsi və kino məktəbinin fəaliyyətinin bərpasına dair qərar qəbul edib. Layihələr azərbaycanlı kinematoqrafçıların peşə bayramı - 2 avqust Milli Kino Günü ərəfəsində işə salınacaq.İclasda AKİ üzvlərinə fərdi pensiya və stipendiyaların verilməsi məsələsi də müzakirə olunub. İdarə Heyətinin qərarı ilə maliyyə dəstəyi alacaq şəxslərin siyahısı təsdiqlənib və AKİ sıralarına yeni üzvlər qəbul edilib.

İyun 5, 2019 1:34

“Water Summer Activity 2019” festivalı çərçivəsində

15 İyun - Milli Qurtuluş Günü münasibətilə Ukraynanın paytaxtı Kiyevdə “Water Summer Activity 2019” festivalı çərçivəsində Azərbaycanın təqdimatı keçiriləcək.Azərtac xəbər verir ki, iyunun 15-16-da Azərbaycanın Ukraynadakı səfirliyi, Ukrayna Xarici İşlər Nazirliyi və “SOCAR-Ukraine” şirkətinin birgə təşəbbüsü ilə keçiriləcək təqdimatda diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, Ali Radanın deputatları, ictimai xadimlər, yerli KİV-lərin nümayəndələri iştirak edəcəklər.Təqdimat zamanı qonaqlar yaxta gəzintisindən istifadə edəcək, Azərbaycanın milli musiqisi və mətbəxi ilə tanış olacaqlar. İştirakçılara ümummilli lider Heydər Əliyevin müəllifi olduğu müasir müstəqil Azərbaycanın inkişaf strategiyası haqqında məlumat veriləcək, jurnal və kitabçalar paylanılacaq.Sonra milli mətbəx nümunələrimiz olan plov, dolma, qutab təqdim ediləcək. Aşpazlar tərəfindən bu yeməklərin hazırlanmasına dair master-klass keçiriləcək.xeber100.com

İyun 4, 2019 2:09

Avropanın ən böyük nərgizgülü festivalı keçirilib

İyunun 2-də Avstriyada Avropanın ən böyük nərgizgülü festivalı keçirilib. Avropanın ən böyük çiçək festivallarından olan bu festival Alp dağlarının qoynunda yerləşən füsunkar Zaltskammerqut regionunda 60-cı dəfə təşkil olunub.Azərtac xəbər verir ki, festivala 25 mindən artıq tamaşaçının qatıldığı yubiley festivalını Bad Aussee və Qrundlsee qəsəbələri birgə təşkil edib.1960-cı ildən bəri Bad Aussee kurort regionunda təşkil edilən nərgizgülü festivalında hər il minlərlə könüllü və peşəkar floristlər çiçəklərdən dekorasiya və fiqurlar bəzəyirlər. Qəsəbənin küçələri ilə fiqurların paradından sonra bu fiqurlar sallar üzərində Aussee gölünə buraxılır.Builki yubiley festivalın təşkilində musiqi kapellaları, parad təşkilatçıları, floristlər və könüllü köməkçilərlə birlikdə üç min şəxs iştirak edib. Avstriyanın müxtəlif regionları və qonşu ölkələrdən turistlərin hər il həvəslə baş çəkdiyi festivalda jüri 200 min nərgizgülündən hazırlanmış “Tom və Cerri” kompozisiyasını qalib elan edib.xeber100.com

İyun 3, 2019 3:12

Kinematoqrafçılar İttifaqının İdarə Heyətinin iclası keçiriləcək

İyunun 4-də Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) İdarə Heyətinin iclası keçiriləcək. İclas Rüstəm İbrahimbəyovun sədrliyi ilə keçiriləcək.AKİ-nin məlumatında bildirilir ki, iclasda AKİ-nin XI qurultayına hazırlıq məsələləri müzakirə olunacaq, qurultayın gündəliyi və keçirilmə yeri müəyyənləşdiriləcək. Gündəliyə bədii, sənədli, animasiya filmləri istehsalının vəziyyəti, kino təhsilinin inkişafı, kino yayımı problemləri və kinonun inkişafı konsepsiyasının müzakirəsi də daxildir.İclas AKİ-nin binasında keçiriləcək.xeber100.com

İyun 1, 2019 1:22

“Azərbaycanfilm” kinostudiyasının məlumatına görə…

“Azərbaycanfilm” kinostudiyası tərəfindən “Dan yeli” qısametrajlı bədii film çəkilib.Kinostudiyadan Azərtac-a bildirilib ki, Ekran əsəri cəbhəyanı ərazidə yaşayan bir ailənin və onun timsalında müharibədən əziyyət çəkən insanların dramından bəhs edir. Hekayənin əsas qəhrəmanı 6 yaşlı Qaqaşdır. Onun ən maraqlı məşğuliyyəti və sevgisi futboldur. O, digər uşaqlardan balaca olduğu üçün futbolu elə də yaxşı oynaya bilmir və bir dəfə kəndin uşaqları onu futbol meydançasından qovurlar. İndi onun futbol oynaya biləcəyi yeganə adam atasıdır. Atası İbrahimsə keçmiş zabitdir və müharibədə bir ayağını itirib. Problemin qoyuluşundan sonra filmin hekayəsi ata və oğulun bir-birlərinə sevgi və fədakarlıq xətti üzərində davam edir və gözlənilməz finalla yekunlaşır.xeber100.com

May 30, 2019 2:05

Akademik Milli Dram Teatrı iyun ayının repertuarını açıqlayıb

Akademik Milli Dram Teatrı iyun ayı üçün olan repertuarını açıqlayıb. Nəzərdə tutulan repertuarda klassik və çağdaş əsərlər əsasında hazırlanan tamaşalar yer alır.Azərtac repertuarı təqdim edir: 1 iyun- “Nindza tısbağalar və Kapitan Cekin macəraları” 2 iyun - “Sinif yoldaşları” 7 iyun - “Ölülər” 8 iyun- “Şah Qacar” 9 iyun - ”Almaz” 14 iyun -“Qətibə İnanc” 22 iyun - “Vəsiyyət” 23 iyun -“Boy çiçəyi” 24, 25, 26, 27 iyun -B.V.Şukin adına Moskva Ali Teatr Məktəbinin tələbələrinin tamaşası 29 iyun - “ Ah, bu uzun sevda yolu” 30 iyun - “ Müfəttiş”.xeber100.com

May 27, 2019 2:16

28 may- Respublika Gününə həsr olunmuş konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının tələbələrinin 28 may- Respublika Gününə həsr olunmuş konserti keçirilib.BMA-dan Azərtac-a bildirilib ki, konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət edilib.Təqdim olunan peşəkar ifalar konserti maraqlı edib, ifaçılar alqışlarla qarşılanıb.xeber100.com

May 23, 2019 11:40

Baltikyanı ölkələrdən gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı ilbəil artmaqdadır. Bunların arasında Baltikyanı ölkələr və Polşadan gələnlərin ilk 3 ay üçün statistikası açıqlanıb.Azertac xəbər verir ki, 2019-cu ilin ilk 3 ayında Polşadan Azərbaycana 649, Latviyadan 325, Litvadan 345, Estoniyadan 141 turist gəlib. Azərbaycan turistləri əsasən yaz və yay aylarında daha çox cəlb etdiyi üçün məhz şimal ölkələrindən qışda gələn turistlərin sayında xüsusi artım qeydə alınmayıb.Ötən il Polşadan Azərbaycana 5049, Latviyadan 2433, Litvadan 1903, Estoniyadan 1163 turist daxil olub.Qeyd edək ki, məhz yay-payız mövsümü üçün Azərbaycan və Latviya arasında birbaşa aviauçuşlar həyata keçirilir.xeber100.com

May 21, 2019 2:20

“Avroviziya” mahnı müsabiqəsinin final mərhələsi keçirilib

İsrailin Tel-Əviv şəhərinin "Ekspo Tel-Əviv" arenasında 64-cü "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.Trend-in məlumatına görə, beynəlxalq mahnı müsabiqəsinin qalibi "Arcade" mahnısını ifa edən Niderland təmsilçisi Dunkan Lourens olub.Beynəlxalq mahnı müsabiqəsində ikinci yeri İtaliya təmsilçisi, üçüncü yeri isə Rusiya təmsilçisi tutublar.Azərbaycan təmsilçisi Çingiz Mustafayev finalda 20 nömrə altında çıxış edib və 7-ci yerdə qərarlaşıb.xeber100.com

May 19, 2019 11:30

Opera və Balet Teatrı təqdim edir

Mayın 26-da Opera və Balet Teatrında üçpərdəli “Aşıq Qərib” operası nümayiş olunacaq.Azərtac xəbər verir ki, libretto müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyli olan səhnə əsərinin xronometrajı 1 saat 50 dəqiqədir.Baletin dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı isə Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir.Səhnə əsərində rolları Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Rafiq Abbasov, Elşad Məmmədov, Mülahim Həsrətova, Səbinə Vahabzadə, Fəridə Məmmədova və Mütəllim Dəmirov ifa edəcəklər.xeber100.com

May 17, 2019 2:42
    Page 60 of 218« First«...102030...5859606162...708090...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az