02 Fevral 2026 Bazar ertəsi
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət

28 may- Respublika Gününə həsr olunmuş konserti keçirilib

Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının tələbələrinin 28 may- Respublika Gününə həsr olunmuş konserti keçirilib.BMA-dan Azərtac-a bildirilib ki, konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsərlərinə müraciət edilib.Təqdim olunan peşəkar ifalar konserti maraqlı edib, ifaçılar alqışlarla qarşılanıb.xeber100.com

May 23, 2019 11:40

Baltikyanı ölkələrdən gələn turistlərin sayı açıqlanıb

Azərbaycana gələn turistlərin sayı ilbəil artmaqdadır. Bunların arasında Baltikyanı ölkələr və Polşadan gələnlərin ilk 3 ay üçün statistikası açıqlanıb.Azertac xəbər verir ki, 2019-cu ilin ilk 3 ayında Polşadan Azərbaycana 649, Latviyadan 325, Litvadan 345, Estoniyadan 141 turist gəlib. Azərbaycan turistləri əsasən yaz və yay aylarında daha çox cəlb etdiyi üçün məhz şimal ölkələrindən qışda gələn turistlərin sayında xüsusi artım qeydə alınmayıb.Ötən il Polşadan Azərbaycana 5049, Latviyadan 2433, Litvadan 1903, Estoniyadan 1163 turist daxil olub.Qeyd edək ki, məhz yay-payız mövsümü üçün Azərbaycan və Latviya arasında birbaşa aviauçuşlar həyata keçirilir.xeber100.com

May 21, 2019 2:20

“Avroviziya” mahnı müsabiqəsinin final mərhələsi keçirilib

İsrailin Tel-Əviv şəhərinin "Ekspo Tel-Əviv" arenasında 64-cü "Avroviziya" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi keçirilib.Trend-in məlumatına görə, beynəlxalq mahnı müsabiqəsinin qalibi "Arcade" mahnısını ifa edən Niderland təmsilçisi Dunkan Lourens olub.Beynəlxalq mahnı müsabiqəsində ikinci yeri İtaliya təmsilçisi, üçüncü yeri isə Rusiya təmsilçisi tutublar.Azərbaycan təmsilçisi Çingiz Mustafayev finalda 20 nömrə altında çıxış edib və 7-ci yerdə qərarlaşıb.xeber100.com

May 19, 2019 11:30

Opera və Balet Teatrı təqdim edir

Mayın 26-da Opera və Balet Teatrında üçpərdəli “Aşıq Qərib” operası nümayiş olunacaq.Azərtac xəbər verir ki, libretto müəllifi dahi bəstəkar Üzeyir Hacıbəyli olan səhnə əsərinin xronometrajı 1 saat 50 dəqiqədir.Baletin dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı isə Əməkdar incəsənət xadimi Əyyub Fətəliyevdir.Səhnə əsərində rolları Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Rafiq Abbasov, Elşad Məmmədov, Mülahim Həsrətova, Səbinə Vahabzadə, Fəridə Məmmədova və Mütəllim Dəmirov ifa edəcəklər.xeber100.com

May 17, 2019 2:42

Qafqaz Müsəlmanları İdarəsinin Ramazan təqviminə əsasən…

Sabah Ramazan ayının 12-ci günüdür.Trend-in məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 17-də Bakıda imsak saat 03:41, iftar isə saat 20:07-dədir.Ramazan ayının 12-ci gününün duası:"Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin".Tərcüməsi:"İlahi, bu ayda məni həya və iffətlə zinətləndir, itaət və razılıq libasını geyindir. Bu ayda məni ədalət və insaf yolu ilə apar, qorxduğum hər şeydən məni hifz et. Səni Öz ismətinə and verirəm, ey (ürəklərində) Allah qorxusu olanların Himayədarı!"Allah orucunuzu qəbul etsin!xeber100.com

May 16, 2019 9:36

Beynəlxalq mahnı müsabiqəsinə start verilib

“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsi İsraildə, Təl-Əviv şəhərinin mərkəzində, Qabim teatrında, 41 milli nümayəndə heyətinin iştirakı ilə başlayıb.TASS-ın məlumatında qeyd edilir ki, “Eurovision kəndi” Təl-Əvivin sahilyanı cənub hissəsində Çarlz Klora parkında açılıb. Təşkilatçılar bildirirlər ki, bu, müsabiqənin keçirilməsi illəri ərzində yaradılmış ən böyük kompleksdir. Altı hektar ərazidə rəsmi fan-zona yerləşir. Burada çıxışların yayımı üçün 4 böyük ekran, 100 metr uzunluğunda bar və 85 növ müxtəlif yeməklərin təklif ediləcəyi çadırlar quraşdırılıb.“Eurovision 2019” beynəlxalq mahnı müsabiqəsinin yarımfinalları Təl-Əvivdəki Sərgi mərkəzində, mayın 14-ü və 16-da keçiriləcək. Müsabiqənin finalı da burada, mayın 18-də olacaq.Qeyd edək ki, Azərbaycanın “Eurovision 2019” təmsilçisi Çingiz Mustafayev ikinci məşqini də uğurla tamamlayıb. Təmsilçimiz “Eurovision-2019”da ikinci yarımfinalda “Truth” mahnısı ilə 18-ci nömrə altında çıxış edəcək.xeber100.com

May 13, 2019 3:01

Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılışı olub

İsveçrənin Solothurn şəhərində Azərbaycan səfirliyinin dəstəyi ilə ərsəyə gələn Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin açılışı olub. Açılışda bu ölkədə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərləri, soydaşlarımız və ölkəmizin İsveçrədəki səfirliyinin əməkdaşları iştirak ediblər.Azərtac xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin rəhbəri Cevzet Aras gələn qonaqları salamlayıb və mərkəzin tikintisi üçün dəstək göstərən hər kəsə, xüsusilə Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfirliyinə təşəkkürlərini çatdırıb. O, soydaşlarımızın sıx yaşadığı Solothurn şəhərində həmrəyliyin möhkəmləndirilməsi üçün belə bir milli mədəniyyət mərkəzinin yaradılmasının zəruriliyinə diqqət çəkib.xeber100.com

May 6, 2019 2:23

9 May – Qələbə Günü münasibətilə sərgi keçiriləcək

Mayın 6-da Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində 9 May - Qələbə Günü münasibətilə A.Mürvətovanın “Manifest” adlı fərdi sərgisi keçiriləcək.Azərtac xəbər verir ki, mayın 10-dək muzey-sərgi kompleksində, həmçinin may ayından etibarən Bakı Metropoliteninin “Gənclik” stansiyasında nümayiş olunacaq sərgi Böyük Vətən müharibəsi veteranlarının tariximizdə qoyduğu qəhrəmanlıq izlərini ehtiva edir.Çətin və şərəfli yol keçmiş qəhrəmanların müasir həyatımızdakı yeri və fəaliyyətlərinin foto-ekspozisiyasını ərsəyə gətirməyi özünə borc bilən gənc fotoqrafın məqsədi XX əsrin ən dəhşətli illərində əvəzsiz xidmətləri olmuş insanların fədakarlıqlarını cəmiyyətimizə və gələcək nəsillərə bir daha xatırlatmaqdır. Həmçinin məqsəd müharibə şəraitində olan ölkəmizdə Böyük Vətən müharibəsi veteranlarının qəhrəmanlıq şücaətlərini gələcək nəslə ötürməkdir.xeber100.com

Aprel 30, 2019 12:33

Müasir İncəsənət Muzeyində sərgi açılacaq

Mayın 3-də Müasir İncəsənət Muzeyində latviyalı rəssam İveta Vetsenanenin “Müasir incəsənət zövqü. Kəhrəba sapların ehtizazı” adlı sərgi açılacaq.Muzeydən Azərtac-a bildirilib ki, Latviya Respublikasının 100 illiyinə həsr ediləcək sərgidə rəssamın 20- dən artıq qobelen əsəri təqdim ediləcək. Əsərlərin arasında kəhrəba saplarla işlənmiş və heç vaxt nümayiş etdirilməyən qobelenlər də var.Sərgi mayın 1-dən 14-dək davam edəcək 3-cü “İMAGİNE” Avropa Tolerantlıq Festivalı çərçivəsində reallaşacaq.xeber100.com

Aprel 29, 2019 12:06

Opera və Balet Teatrı may ayının repertuarını təqdim edir

Opera və Balet Teatrının yaradıcı kollektivi gələn ay tamaşaçıların görüşünə maraqlı səhnə əsərləri ilə gələcək.Sənət ocağının may ayı üçün nəzərdə tutduğu repertuarını təqdim edirik: 4 may – “Jizel” 5 may - İvan Abramovun solo konserti 8 may - “Leyli və Məcnun” 9 may – “Şəhrizad” 12 may – “Toska” 15 may –“Şah İsmayıl” 18 may –“Boqema” 19 may - “Aşıq Qərib” 25 may – “Nəsimi” 26 may - “Arşın mal alan” 29 may – “Karmen”.xeber100.com

Aprel 29, 2019 12:02
    Page 61 of 218« First«...102030...5960616263...708090...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az