03 Fevral 2026 Çərşənbə axşamı
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Previous Next
  1. Ana səhifə
  2. Mədəniyyət,Teatr

“Rusiya – Türkiyə mədəniyyət və turizm ili” çərçivəsində

Türkiyənin Dövlət Opera və Balet Teatrının repertuarında xüsusi yer tutan “Troya” operası Moskvanın məşhur Böyük Teatrında nümayiş olunacaq.Anadolu agentliyinin məlumatına görə, nümayiş “Rusiya - Türkiyə mədəniyyət və turizm ili” çərçivəsində reallaşacaq.Aprelin 8-də rusiyalı teatrsevərlərə təqdim ediləcək səhnə əsəri bu teatrda nümayiş olunacaq ilk səhnə əsəri olacaq.Operanın nümayişində 300 nəfərdən ibarət yaradıcı heyət iştirak edəcək. Bundan başqa, sözügedən səhnə əsərinin yaxın vaxtlarda Berlində də nümayişi nəzərdə tutulur.xeber100.com

Fevral 5, 2019 12:47

İtaliyada estrada mahnıları festivalı başlayır

Bu gün İtaliyada, Liquriya sahillərində yerləşən San-Remo şəhərində məşhur italyan estrada mahnıları festivalı başlayır. 1951-ci ildən keçirilən bu ənənəvi musiqi bayramı bu il sayca 69-cu dəfə təşkil olunur. Festival İtaliyanın “Rai” dövlət televiziya və radiosu tərəfindən canlı yayımlanacaq. Musiqi bayramı “Ariston” teatrının səhnəsində təşkil olunacaq.TASS agentliyi xəbər verir ki, müsabiqədə 24 iştirakçı öz kompozisiyasını münsiflər heyəti və tamaşaçıların ixtiyarına buraxacaq. Ötən il olduğu kimi, festivalın bədii rəhbəri bu il də aparıcı Klaudio Balyonidir. Ənənəyə görə, əsas aparıcı qismində o, özü çıxış edəcək. İştirakçıları təqdim etmək üçün iki məşhur komediya ustaları – Vircinio Raffaele və Klaudio Bizio da dəvət olunublar. Onların iştirakı şouya əlavə rəng qatacaq.İştirakçılar arasında tanınmış müğənnilər Ariza, Nek, Simone Kristikki olacaq, italyan estrada səhnəsinin veteranı müğənni Pati Pravo isə gənc partnyoru Briqa ilə duet təqdim edəcək.San-Remo festivalının qalibi adını almış pop-opera janrı ifaçıları - “II Volo” triosu müsabiqədə yeni kompozisiya ilə çıxış edəcəklər.Beş gecə davam edən festivalın sonuncu günü qalib elan olunacaq.xeber100.com  

Fevral 5, 2019 12:43

“New Dreams International” Film Festivalında

Azərbaycan istehsalı olan “Şollerin arxivi” bədii filmi Los-Anceles və Batı Hollivud ətrafında keçiriləcək “New Dreams International” Film Festivalında bütün mərhələləri keçərək finala vəsiqə qazanıb. Film mayın 30-da birincilik uğrunda yarışacaq.Bu barədə Azərtac-a “Şollerin arxivi” filminin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov məlumat verib.Bildirib ki, ekran əsəri almanların Azərbaycana gəlişinin 200 illiyi münasibətilə və Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama dəstək olaraq çəkilib. Film Avropa mədəniyyətinə azərbaycanlıların sədaqətindən, Azərbaycan-Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.Qeyd edək ki, dünyada böyük marağa səbəb olan “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir.xeber100.com

Fevral 2, 2019 11:11

“YARAT” Müasir İncəsənət Məkanında sərgi açılıb

“YARAT” Müasir İncəsənət Məkanının “Artım” layihə məkanında “Perpendikulyar həqiqətlər” adlı sərgi açılıb.Azərtac xəbər verir ki, “Artım rooms” layihəsinin üçüncü sərgisində rəssamlar - S.Ələkbərli, V.Əhmədov, A.Qəribli və Ş.Allahverdiyeva, M.Əkbərli, G.Axundlu və dramaturq İsmayıl İmanın (teatr rejissoru Tərlan Rəsulovla birgə) müstəqil layihələri təqdim olunur. Rəssamlar sərgilənən əsərlər vasitəsilə kvant fizikası qanunlarının təsiri, insanın daxili gücü və çətinlikləri haqda fərziyyələr, adət-ənənələrin interpretasiyası və region həyatının refleksiyası haqqında mövzulara fərqli baxış təklif edirlər.xeber100.com

Fevral 1, 2019 12:40

Mədəniyyət naziri vətəndaşları qəbul edəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 8-də saat 11:00-da Tovuz şəhərində vətəndaşları qəbul edəcək.Nazirlikdən Azərtac-a bildirilib ki, bu şəhərdəki Heydər Əliyev Mərkəzində keçiriləcək qəbulda Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər.xeber100.com

Yanvar 31, 2019 12:48

“Eurovision–2019” müsabiqəsinin püşkatma mərasimi başa çatıb

Təl-Əvivdə “Eurovision–2019” mahnı müsabiqəsinin püşkatma mərasimi başa çatıb.Azərtac xəbər verir ki, püşkatma nəticəsində Gürcüstan mayın 14-də keçiriləcək birinci yarımfinalın ikinci turuna vəsiqə qazanıb.Mahnı müsabiqəsinin qaydalarına əsasən finala “Eurovision” müsabiqəsini təşkil edən ölkə (İsrail) və böyük beşliyə daxil olan dövlətlər – Almaniya, Böyük Britaniya, Fransa, İspaniya və İtaliya müsabiqədənkənar daxil olurlar. Qalan 20 iştirakçı yarımfinal turlarının nəticələrinə əsasən finala vəsiqə qazanırlar.Məlumat üçün qeyd edək ki, sayca 64-cü “Eurovision–2019” mahnı müsabiqəsinə İsrailin Təl-Əviv şəhəri ev sahibliyi edir. Bu böyük mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 14-də və 16-da, final mərhələsi isə mayın 18-də keçiriləcək.xeber100.com

Yanvar 29, 2019 11:36

“Boqema” ikipərdəli operası nümayiş olunacaq

Fevralın 9-da Opera və Balet Teatrında Cakomo Puççininin “Boqema” ikipərdəli operası nümayiş olunacaq.Teatrdan bildirilib ki, quruluşçu rejissoru Cənnət Səlimova olan səhnə əsərində sənət ocağının aparıcı solistləri A.Abbasova, İ.Babayeva, A.Rzazadə, V.Qromov, Ə.Poladov, T.Ağasıyev, Ə.Əsgərov, F.Məmmədov və Ə.İbrahimov çıxış edəcəklər.xeber100.com

Yanvar 28, 2019 11:31

Milli Dram Teatrı fevral ayının repertuarını təqdim edir

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının fevral ayı üçün nəzərdə tutulan repertuarı maraqlıdır. Repertuarda klassik və çağdaş əsərlər əsasında hazırlanan tamaşalar yer alır.Azərtac repertuarı təqdim edir: 1 fevral – “Cəhənnəm sakinləri” 2 fevral – “Bir, iki, bizimki”, “Zorən Şorgöz” 3 fevral – “Almaz” 7 fevral – “Qəribə, çox qəribə əhvalat” 8 fevral – “Ölülər” 9 fevral – “Çippolino” , “Boy çiçəyi” 10 fevral – “Anamın kitabı” 14 fevral – “Manqurt” 15 fevral – “Sinif yoldaşları” 16 fevral – “Nindza tısbağalar”, “Şah Qacar” 17 fevral – “Nindza tısbağalar”, 22 fevral – “Qətibə İnanc” 23 fevral – “Bratino”, “Müfəttiş” 24 fevral – “Qürbətdən gələn məktublar”, “Mənim günahım” 26 fevral- “Qarabağnamə”.xeber100.com

Yanvar 25, 2019 2:19

Opera və Balet Teatrı təqdim edir

Opera və Balet Teatrının yaradıcı kollektivi fevralın 20-də iki səhnə əsəri ilə baletsevərlərin görüşünə gələcək.Teatrdan bildirilib ki, əvvəlcə sənət ocağının səhnəsində Sergey Prokofyevin “Tamahlar” birpərdəli baleti təqdim olunacaq. Baletin quruluşçu baletmeysteri fransalı xoreoqraf Allen Amberdir.Səhnə əsərində aparıcı solistlər G.Mirzəyev, M.Ferştadnt, N.İbrahimova, E.Süleymanova, A.Eyvazova, T.Oduşev, F.Qubadov, L.Narimanidze və D.Mehdiyeva iştirak edəcəklər.Bundan başqa, həmin gün teatrın səhnəsində Dmitri Şostakoviçin “Xanım və Xuliqan” birpərdəli baleti izləniləcək.Xronometrajları 35 dəqiqə olan hər iki səhnə əsəri Xalq artisti Yalçın Adıgözəlov tərəfindən idarə ediləcək.xeber100.com

Yanvar 24, 2019 12:20

Müasir İncəsənət Muzeyində fotosərgi açılacaq

Yanvarın 23-də Müasir İncəsənət Muzeyində isveçrəli fotoqraf Sedrik Kristofer Merklinin “Yustistalda pendir bölüşdürülməsi” və azərbaycanlı fotoqraf Elmar Mustafazadənin “Sənətkarlıq ustaları” adlı fotosərgisi açılacaq.Azərtac xəbər verir ki, sərgi İsveçrənin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə reallaşacaq.Merklinin fotoları İsveçrə Alpında fermerlərə məxsus qədim ənənəyə həsr edilib. “Çastaylet” adlanan 300 illik bu ənənə Yustistalda hər payız bayram edilir.Mustafayevin fotoları isə Azərbaycanda qədim və ənənəvi sənətkarlığı əks etdirir. Bu fotolar sənətkarlığa və qədim Azərbaycan incəsənətinin təbliğinə həsr olunub.xeber100.com

Yanvar 22, 2019 11:48
    Page 65 of 218« First«...102030...6364656667...708090...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az