Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub.Mərkəzdən Azərtac-a daxil olan xəbərə görə, tədbirdə Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Tibb Universiteti, “Asan Agentlik” və “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, “Həmrəy Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi, “Ümidli Gələcək” İctimai Birliyi və “LAYF” Xeyriyyə İctimai Birliyinin əməkdaşları iştirak ediblər.İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev qanunvericiliyin gücləndirilməsi sahəsində məşvərətçi xidmətlər göstərmək və mövcud qanunvericiliyin təhlili üçün yaradılan Texniki Məsləhətçi Qrupun tütünlə mübarizə sahəsində əldə etdiyi uğur və üzləşdiyi problemlər barədə məlumat verib. O, layihənin üçüncü rübündə qarşıda duran vəzifələrdən bəhs edərək qanunvericiliyin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti barədə söhbət açıb.xeber100.com