05 Dekabr 2025 Cümə
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
“Altay – Türk dünyasının qızıl beşiyi” beynəlxalq festivalı keçirilir
Türkiyə Təhlükəsizlik Şurasının iclası keçirilib
Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə…
NATO ölkələri hərbi arsenallarına 650 ədəd F-35 qırıcısı əlavə etməyi planlaşdırır
Britaniyada keçirilən parlament seçkilərində rekord sayda müsəlman mandat qazana bilib
Formula 1 Komissiyasının yeni ildə birinci iclası təşkil olunub
Prezident seçkilərinin fevralın 25-dən dekabrın 15-nə keçirilməsi haqqında qərar qəbul edib
“SpaceX” kompaniyasının daşıyıcı raketi “Starlink” peykindən ibarət növbəti qrupu orbitə çıxarıb
Reuters agentliyi: “Tesla” 2025-ci ilin ortalarında “Redwood” yeni modelini istehsal etməyi planlaşdırır
“SpaceX” kompaniyası“Starlink” peyklərinin növbəti qrupunu orbitə çıxarıb
BMT-nin Humanitar Məsələlərin Koordinasiyası üzrə İdarəsinin bəyanatına əsasən…
Avropa İttifaqı büdcədənkənar fondlardan yardım ayırmağı planlaşdırır
Rusiya XİN: Xarici işlər nazirləri Fələstin-İsrail münaqişəsini müzakirə ediblər
Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi xəbərdarlıq edib
Rusiya paytaxtının aeroportlarında 65 reys təxirə salınıb, 7 reys ləğv edilib
İndoneziyanın Şimali Maluku əyaləti sahillərində 6,2 bal gücündə zəlzələ baş verib
Previous Next
  1. Ana səhifə
  2. Sağlamlıq

Pensilvaniya Universitetinin alimləri virusa qarşı vaksin hazırlayıb

Zika virusu ilk dəfə 1947-ci ildə aşkar edilmiş eyniadlı qızdırmanın törədicisidir. 2015-ci ildə Braziliyada bu xəstəliyin pandemiyası başlayıb. Patogen hamilə qadınlar üçün daha təhlükəlidir. Onların dünyaya gətirdikləri uşaqların mərkəzi sinir sisteminin inkişafında anomaliyalar, xüsusən mikrosefaliya riski artır. Zika qızdırmasının universal müalicə metodu yoxdur. “Naked Science” saytı xəbər verir ki, ABŞ-ın Pensilvaniya Universitetinin və digər ali məktəblərin alimləri matrisalı ribonuklein turşusu (RNT) əsasında Zika virusuna qarşı vaksin hazırlayıblar.Yeni vaksinin klinik sınaqlarına yaxın 18 ay ərzində başlamaq planlaşdırılır.xeber100.com

Fevral 4, 2017 4:06

Müalicəvi Diaqnostika Mərkəzinin məlumatı

Belaruslu həkim-nevropatoloq Aleksandr Aksyonov artıq 2017-ci ilin fevralından başlayaraq Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) pasiyentlərin müayinə və müalicəsinə başlayıb.RMDM-dən Azərtac-a bildiriblər ki, A.Aksyonov əsəb sistemində və onurğasında zədələri olan idmançıların müalicəsində, eləcə də elektrostimulyasiya üsulu ilə iş təcrübəsinə malikdir. Əsəb sistemi və dayaq-hərəkət aparatının xəstəlikləri zamanı ən son tibbi üsullardan istifadə edir.1998-ci ildən nevrologiya üzrə yüksək ixtisaslı kateqoriyaya sahibdir. Nevroloji xəstəliklərin müxtəlif növlərinin müalicəsində uğurlu nəticələrə nail olub. İşində blokadanın müxtəlif növlərini, manual terapiyanı, masajı, apiterapiyadan istifadə edir, EXO-ensefaloskopiya, lyumbal punksiyalarını apara bilir.xeber100.com

Fevral 3, 2017 12:43

“Rossiyskaya qazeta” yazır…

Kioto və Osaka universitetlərində, “Riken” Təbiət Elmləri İnstitutunda və Kobe Tibb Mərkəzində çalışan yapon alimləri gövdə hüceyrələri vasitəsilə gözün tor qişası toxumalarının “əkilməsi” üzrə ilk əməliyyata hazırlaşırlar. Müvafiq klinik tədqiqatlar 2017-ci ilin birinci yarısında aparılmalıdır. Səhiyyə, Əmək və Rifah Nazirliyinin ekspert komitəsindən artıq razılıq alınıb. “Rossiyskaya qazeta” xəbər verir ki, həkimlər gövdə hüceyrələri əsasında əldə edilmiş göz qişası toxumasını yaşla bağlı makulyar degenerasiyadan əziyyət çəkən adama köçürmək fikrindədirlər. Donor üçün xüsusi tip immuniteti olan, yəni hüceyrələri istənilən orqanizmdə yaşaya bilən adam seçiləcək.Məlumatda, həmçinin Yaponiyada xüsusi yolla əldə edilən gövdə hüceyrələri bankının yaradılması planından da söz açılır. Bu, müvafiq əməliyyatların aparılmasını tezləşdirməyə imkan verəcək. Məsələ ondadır ki, pasiyentin toxumalarından bu cür hüceyrələrin yetişdirilməsinə altı aydan on ayadək vaxt sərf olunur. Lakin bank gözləmə müddətini bir-iki ay edə bilər.xeber100.com

Fevral 3, 2017 12:39

Texniki Məsləhət Qrupu yaradılıb

Azərbaycanda tütünlə mübarizəyə dair qanunvericiliyin gücləndirilməsi layihəsi çərçivəsində Texniki Məsləhət Qrupu (TMQ) yaradılıb. Qrupun tərkibinə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi məqsədilə Səhiyyə Nazirliyində fəaliyyət göstərən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), habelə müvafiq dövlət qurumlarının və QHT-lərin nümayəndələri daxildir.Azərtac xəbər verir ki, yanvarın 30-da Texniki Məsləhət Qrupu İSİM-də “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində media nümayəndələri üçün brifinq keçirib.Brifinqdə tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində hökumətlə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayan KİV-lərə bu mübarizədə xüsusi yer ayrıldığı vurğulanıb.Diskussiyalarda tütün əleyhinə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr dinlənilib, gələcək addımlar nəzərdə tutulub.xeber100.com

Yanvar 30, 2017 2:12

Beynəlxalq Konqres keçiriləcək

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) mayın 26-28-də “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresini təşkil edəcək.AÜDCC-dən Azərtac-a verilən məlumata görə, konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, xarici mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresində 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrahn iştirakı ilə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə ediləcək.xeber100.com

Yanvar 30, 2017 2:01

Qanvermə aksiyası keçirilib

Yanvarın 27-də Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 saylı şəhər poliklinikasında rayon ictimaiyyətinin iştirakı ilə qanvermə aksiyası keçirilib.İcra Hakimiyyətindən Azərtac-a bildiriblər ki, aksiya B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının xüsusi tibb briqadasının iştirakı ilə talassemiya və digər irsi xəstəliklərdən əziyyət çəkən insanlara dəstək məqsədilə təşkil olunub.Qanvermə aksiyasında Nəsimi rayonunda yerləşən müxtəlif qurumların kollektivləri olmaqla ümumilikdən 500-dən çox könüllü yüksək fəallıqla iştirak edib.xeber100.com

Yanvar 28, 2017 6:04

Qan təzyiqinin yüksək olması halları…

Hazırda dünyada yaşlı əhalinin təqribən hər dörd nəfərindən birinin arterial təzyiqi daim yüksək olur. Bununla bərabər, həmin xəstəlik barədə diaqnoz qoyulması 50 faizdən də az halları əhatə edir. Aparılmış hesablamalara görə, 2025-ci ilə qədər planetimizin sakinlərinin 1,5 milyarddan çoxu qan təzyiqinin yüksək olması halları ilə üzləşəcək. “Zdorovye” saytı bildirir ki, vaxtsız ölüm və əlillik riski faktorları arasında birinci yeri düzgün qidalanmama, ikinci yeri isə yüksək qan təzyiqi tutur. Risk faktorları arasında siqaret çəkməkdən və düzgün qidalanmadan sonra üçüncü yerdə hipertoniya dayanır. İnfarkt və insult hallarının təqribən yarısı bu vəziyyətlə bağlıdır.Araşdırmalar göstərir ki, arterial təzyiqin cəmi 10 millimetr civə sütunu qədər azaldılması ürəyin işemiya xəstəliyi riskinin 17 faiz, insultun 27 faiz, ürək çatışmazlığının 28 faiz, ümumi ölüm göstəricilərinin 13 faiz azalmasına səbəb ola bilər. Qan təzyiqinin artmasının risk amillərinə insanın yaşı, cinsi (65 yaşa qədər insanlarda bu amil kişilərdə, 65 yaşdan sonra isə qadınlarda daha tez-tez rast gəlir), etnik mənsubiyyət, irsiyyət, duzdan və alkoqoldan ifrat istifadə edilməsi, piylənmə və fiziki fəallığın aşağı olması aiddir.xeber100.com

Yanvar 28, 2017 5:58

Dünya Səhiyyə Təşkilatının məlumatı

Dünya Səhiyyə Təşkilatının (DST) İcraiyyə Komitəsi səsvermə yolu ilə qurumun baş direktoru vəzifəsinə üç namizəd irəli sürüb. Onların adları Dünya Səhiyyə Assambleyasına təqdim olunacaq.DST-nin saytı xəbər verir ki, səsvermədən əvvəl üzv dövlətlər beş namizədlə müsahibə aparıblar. Namizədliyi irəli sürülən 3 nəfərin – Tednos Adhanom Gebreyezus (Efiopiya), David Nabarro (Böyük Britaniya) və Sani Niştarın (Pakistan) adları yanvarın 25-də ümumi axşam iclasında elan edilib.DST-nin üzvü olan dövlətlər 2017-ci ilin mayında Dünya Səhiyyə Assambleyasının sessiyasında keçiriləcək səsvermə zamanı bu üç namizəddən birini seçməlidirlər. Yeni baş direktor vəzifəsinin icrasına 2017-ci ilin iyulunda başlayacaq.xeber100.com

Yanvar 27, 2017 1:00

“Naked Science”nin məlumatına görə…

Alimlər yaşayıb arta bilən yarı sintetik bakteriya yaratmağa müvafiq olublar. “Naked Science” saytı xəbər verir ki, icad edilmiş bu həyat növü yalnız iki süni nukleotidə sahibdir ki, bunlar da amin turşularının kodlaşdırılmasında iştirak etmirlər.Mütəxəssislər bu yeni icadı elm sahəsində atılan böyük bir addım kimi qiymətləndiriblər. Onlar alınmış nəticələrin gələcəkdə təbiətdə mövcud olmayan və əvvəldən təyin olunmuş xassələrə sahib zülalları sintezləşdirən bakteriyaların yaradılmasına kömək edəcəyi qənaətindədirlər.Elm adamlarının fikrincə, əgər bu mümkün olarsa, yeni icad müxtəlif tibbi preparatların yaradılmasına və bununla bir çox insanın həyatının xilas olunmasına kömək edəcək.xeber100.com

Yanvar 26, 2017 1:44

Psixi Sağlamlıq Mərkəzində mətbuat konfransı keçirilib

Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzində intihar və böhranlı vəziyyətlərin aradan qaldırılması mövzusunda mətbuat konfransı keçirilib.Azərtac xəbər verir ki, mərkəzin psixoloji yardım şöbəsinin müdiri K.Talıbovanın sözlərinə görə, ötən il ölkədə 327 tamamlanmış intihar faktı qeydə alınıb ki, bu da 2015-ci illə müqayisədə azalma olduğunu göstərir. Belə ki, 2015-ci ildə bu rəqəm 515 olub.Bundan əlavə 2016-cı ildə tamamlanmamış suisidlər (intihara cəhd) də olub ki, onların sayı 470 nəfərdir.Bütün dünyada olduğu kimi Azərbaycanda da intihar və ya intihara cəhd halları qlobal problemlərdən biridir, deyən psixiatr ölkəmizdə intiharların sayının kritik vəziyyətdən aşağı olduğunu qeyd edib. Bildirilib ki, bu gün dünyada orta intihar faktlarına hər 100 min nəfərdən yeddisində rast gəlinirsə, Azərbaycanda bu rəqəm təxmini hər 100 min nəfərdən beşi olaraq qeydə alınır.İntiharların səbəbləri barədə danışan K.Talıbova bura fizioloji, psixoloji, sosial və genetik faktorların böyük rol oynadığını qeyd edib.xeber100.com

Yanvar 26, 2017 1:39
    Page 57 of 71« First«...102030...5556575859...70...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az