Ağciyərlərin dostu bir tərəvəz -brokoli ölkəmizdə çox tanınan bir tərəvəz olmasa da brokoli də gül kələmi kimi bir tərəvəzdir.
C vitamini ilə çox zəngin olan bu tərəvəz normal qaydada istifadə etdikdə bədənin iki günlük C vitamini ehtiyacını qarşılayır.
Güçlü bir antioksidan qaynağıdır. İstehsal etdiyi sulforafen maddəsi ilə döş xərçənginə,prostat xərçənginə yaxalanma riskini azaldır. Ayrıca xərçəngə qarşı bir müdafiə yaradır. Xüsusi ilə prostat xərçəngində düzənli istifadə olunarsa xərçəngin yayılmasının qarşısını alır. Bol lifli və beta karoten istehsal etdiyi üçün bağırsaqlar və həzm sistemi üçün çox faydalıdır.
Az miqdar su ilə qaynadılan brokolinin çıxan suyunu içmək, menapoz zamanı çox faydalıdır. Ayrıca, şəkər xəstələrində şəkər səviyyəsini düşürdür. Uşaqlarda sümük quruluşuna dəstək verdiyi üçün davamlı tükədilməlidir. Brokoli yeməyi, zeytunyağlısı və salatı hazırlandığı kimi, bişirilib suyunu da içmək olar. Aparılan araşdırmalarda məlum olmuşdur ki, brokolidə kökdən daha çox beta karoteini vardır. Yüksək miqdarda kükürd, kaliyum, seleniyum maddələri istehsal edən brokoli suyunu alma və kök suyu ilə birləşməsinin təsirini artırdığı söylənməkdədir. Bişirildiyində bütün vitaminləri suya keçdiyindən bu su mütləq içilməlidir. Ümumiyyətlə çiy yeyildikdə daha çox təsiri vardır. 100 qrama yaxın brokolidə 2,5 q zülal, 0, 2 qram yağ, 76 mqr fosfor, 2, 9 q karbonhidrat, 24 mqr maqneziyum, B1, B2, A vitamini, beta karoteini, yüksək miqdarda lif, E vitamini, C vitamini vardır. Xüsusi ilə pəhriz xəstələri daha çox istifadə edirlər. Quruluş etibarı ilə dondurub sonra da istifadə etmək olar.
Brokoli möcüzə bir tərəvəzdir. Ancaq həftədə en az 2 dəfə istifadə etmək daha faydalı olar. Bədəndə olan yod azlığında istifadə etmək daha faydalıdır. Brokolini bişirərkən artan suyu şorbalarda istifadə edə bilərsiniz. Brokoli və ona bənzər tərəvəzlərdən istifadə etməklə siqareti atmış insanların ağciyər xərçənginə yoluxmasının qarşısını almaq olar. Sümükləri gücləndirir.
Allergiyaya qarşı faydalıdır. Sinir sistemini qoruyur. İmmunitet sistemini güçləndirir. Göz sağlamlığını qoruyur. Kilo verməyə yardımcı olur. Dəridəki yaşlanma probleminin qarşısını alır. Xolesterolu düşürdür. Qəbizliyin qarşısını alır. Mədə rahatsızlığına qarşı yardımçı olur.xeber100.com