10 May 2026 Bazar
Xeber100
Ana Menyu
   
    • Əsas səhifə
    • Siyasət
      • Siyasi baxış
    • Dünya
    • İqtisadiyyat
    • Sosial
    • Təhsil
    • Tarix
      • DAĞLIQ QARABAĞ
      • GÜNEY AZƏRBAYCAN
      • TÜRK DÜNYASI
    • Diaspora
    • Media
    • Mədəniyyət
      • Teatr
      • Kino
      • Kinoittifaq
      • Sənət söhbəti
    • Digər
      • Müsabiqə
      • Tribuna
      • Ədəbiyyat
      • Tiens
      • Müsahibə
      • Sağlamlıq
      • Din
      • İdman
      • Bölgə xəbərləri
    • Yazarlar
      • TOFİQ İLK
      • FƏRİDƏ HACIYEVA
      • FAZİL MUSTAFA
      • HİKMET ELP
      • ELUCA ATALI
      • XƏDİCƏ QİYAS
      • FİRUZƏ ƏSƏDULLAYEVA
      • SƏNAN NAĞI
      • ŞƏHRİYAR ƏLİZADƏ
    • Dil
      • Azərbaycan
      • Türkçe
      • РУССКИЙ
      • İtaliano
      • English
Rixter cədvəli üzrə 5 bal gücündə zəlzələ baş verib
“The Guardian” qəzetinin məlumatına görə…
İran Silahlı Qüvvələri: Hörmüz boğazını keçməyə cəhd edən hücuma məruz qalacaq
OPEC+ könüllü ölkələrinin növbəti görüşü keçiriləcək
Pakistan Xarici İşlər Nazirliyinin açıqlamasına əsasən…
Müdafiə sənayesi müəssisələrində istehsal olunan hərbi məhsulların tədarükü davam edir
TASS agentliyi: Avropaya qaz ixracı 7 faiz artaraq 6,2 milyard kubmetrə çatıb
YLE telekanalı: Finlandiyanın dövlət maliyyəsi təzyiq altındadır
Hörmüz boğazında “müdafiə” beynəlxalq dəniz missiyası fəaliyyətə başlayacaq
Çin Xalq Respublikası Ticarət Nazirliyinin bəyanatında…
İranın Xarici İşlər Naziri ABŞ-ni müharibənin maliyyətini təhrif etməkdə ittiham edib
İranın Ali rəhbəri Müctəba Xamenei xalqa müraciət edib
Yaponiyada hökumətin yeni tərkibi açıqlanıb
“Reuters” agentliyi: Bolqarıstanda parlament seçkiləri keçiriləcək
Qazaxıstanın Kazinform informasiya agentliyinin məlumatına görə…
Türkiyə-Qazaxıstan Birgə Strateji Planlaşdırma Qrupunun iclası keçirilir
Böyük Misir Muzeyinin təntənəli açılış mərasimi keçiriləcək
Moldovada Prezident Sarayında andiçmə mərasimi olub
Previous Next
  1. Ana səhifə
  2. Dünya

Ukraynaya 2,4 milyard dollar məbləğində kredit veriləcək

Kanada hakimiyyəti 2023-cü ildə Beynəlxalq Valyuta Fondu (BVF) vasitəsilə Ukraynaya 2,4 milyard Kanada dolları (1,76 milyard dollar) məbləğində kredit vermək niyyətindədir. Bu barədə ölkənin növbəti maliyyə ili üçün federal büdcə layihəsində deyilir. Bundan əlavə, büdcədə Ukraynaya hərbi texnikanın, o cümlədən artıq elan edilmiş 8 “Leopard 2” tankının verilməsi üçün Kanada Müdafiə Nazirliyindən 200 milyon Kanada dolları (146,7 milyon dollar) ayrılması nəzərdə tutulur.xeber100.com

Mart 29, 2023 3:26

“Bayraktar TB3” markalı ən yeni zərbə PUA təqdim ediləcək

Aprelin 27-dən mayın 1-dək İstanbuldakı Atatürk aeroportunda “TEXNOFEST-2023” aviasiya və kosmik texnologiyalar festivalı keçiriləcək. Festivalda Türkiyənin “Baykar” şirkəti “Bayraktar TB3” markalı ən yeni zərbə pilotsuz uçuş aparatını (PUA) təqdim edəcək. Şirkətdən Anadolu agentliyinə verilən məlumata görə, “Bayraktar TB3” zərbə dronunun test uçuşları bu il başlanacaq. Qanadları qatlanıb-açılan “Bayraktar TB3” dünyada ilk dəfə qısa uçuş-enmə zolaqlı dəniz gəmilərinə uçma və enmə əməliyyatlarını yerinə yetirə bilən pilotsuz uçuş aparatı olacaq. “Bayraktar TB3”ün hərəkətlərini həm kəşfiyyat-müşahidə məqsədilə, həm də zərbə endirmək üçün çox böyük məsafələrdən idarə etmək mümkün olacaq. Gözlənildiyinə görə, “Bayraktar TB3” Türkiyənin hərbi potensialının möhkəmləndirilməsinə sanballı töhfə verəcək.xeber100.com

Mart 27, 2023 3:08

Fransa hökuməti səsvermədən yan keçərək pensiya islahatını qəbul etdi

Milli Assambleyada (parlamentin aşağı palatası) səs çoxluğuna əmin olmayan Fransa hökuməti Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndinə əsaslanaraq, pensiya islahatını qəbul edib. Emmanuel Makronun fikrincə, əks təqdirdə ölkə çox böyük maliyyə riskləri ilə üzləşəcək. Fransa hökuməti xalqın və əksər deputatların etirazına baxmayaraq, parlamentdən yan keçərək pensiya islahatı haqqında qanun layihəsinin qəbul olunduğunu elan edib. Bu qərardan sonra deputatların əksəriyyəti Milli Assambleyanı tərk edib, pensiya islahatına qarşı etirazlar daha da kəskinləşib. Beləliklə, yetərincə səs toplaya bilməyəcəyinə əmin olan hökumət yeni pensiya islahatı haqqında qanun layihəsi səsverməyə çıxarmayacaq. Deputatlar heç kimin istəmədiyi islahatın zorla qəbul edilməsinin bütün ölkəni rejim böhranına sürükləmək əlaməti olduğunu deyirlər. E.Makron Milli Assambleyada tərəfdarlarının azlıqda olmasını nəzərə alaraq riskə getmədi və yeni pensiya islahatını zorla həyata keçirmək qərarına gəldi.xeber100.com  

Mart 17, 2023 2:06

Yaponiya hökuməti ballistik raketin buraxılması ilə bağlı etiraz edib

Yaponiya hökuməti KXDR-ə ballistik raketin buraxılması ilə bağlı etiraz edib. Xarici KİV-lər xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno Tokioda keçirilən mətbuat konfransında söyləyib. “Biz Yaponiyanın Pekindəki səfirliyi vasitəsilə Şimali Koreyaya etirazımızı bildirdik. Bu cür hərəkətlər ölkəmizin və bütün regionun təhlükəsizliyini təhdid edir”, - deyə Hirokazu Matsuno vurğulayıb.xeber100.com

Mart 16, 2023 3:25

Səudiyyə Ərəbistanının Təbərcəl şəhərini qum fırtınası bürüyüb

Səudiyyə Ərəbistanının Təbərcəl şəhərini qum fırtınası bürüyüb. “TRT Haber” xəbər verir ki, ölkə səlahiyyətliləri tənəffüs xəstəlikləri olan şəxslərdən evdən çıxmamağı xahiş edib. Şəhərdə səmanın narıncı rəngə boyanması ilə görmə məsafəsi xeyli azalıb. Qum fırtınası səbəbindən avtomobillər yollarda hərəkət etməkdə çətinlik çəkib.xeber100.com

Mart 15, 2023 12:52

Yonhap agentliyi: “Freedom Shield” komanda-qərargah təlimləri başlayıb

Cənubi Koreya və ABŞ martın 13-də “Freedom Shield” komanda-qərargah təlimlərinə başlayıb. Birgə təlimləri miqyaslı “Warrior Shield” manevrləri müşayiət edəcək. Yonhap agentliyi xəbər verir ki, kompüter simulyasiyasına əsaslanan “Freedom Shield” komanda-qərargah təlimlərində nüvə-raket təhdidləri nəzərə alınmaqla, KXDR-in hücumunun qarşısının alınması, əks-hücum və Şimali Koreyada vəziyyətin “sabitləşdirilməsi kampaniyası” ssenarisi üzərində işlər aparılacaq. Təlimlər martın 23-dək fasiləsiz davam edəcək. Koreya Respublikasının Qərargah Rəisləri Komitəsinin məlumatına görə, müştərək təlimlər müdafiə xarakteri daşıyır və Şimali Koreyanın mümkün təcavüzünə qarşı operativ müdafiə planlarına əsaslanır. “Freedom Shield” təlimləri ilə paralel olaraq dəniz desantının çıxarılmasının da daxil olduğu 20-yə yaxın çöl təlimini birləşdirəcək “Warrior Shield” manevrlərinə də start veriləcək. Seul martın sonlarında Birləşmiş Ştatların “Nimitz” tipli atom təyyarədaşıyan gəmisinin manevrlərə qoşula biləcəyini bildirib. Pxenyan isə təlimlərə cavab olaraq martın 12-də sualtı qayıqdan iki strateji qanadlı raket buraxıb.

Mart 13, 2023 4:03

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 1,7 milyon barel azalıb

ABŞ-da kommersiya neft ehtiyatları həftə ərzində 1,7 milyon barel azalaraq martın 3-nə 478,5 milyon barel təşkil edib. Bu barədə Birləşmiş Ştatların Energetika Nazirliyi məlumat yayıb. Bildirilib ki, ehtiyatların hazırkı səviyyəsi son beş ildəki eyni dövrlə müqayisədə orta göstəricidən təxminən 7 faiz çoxdur. Qeyd edək ki, ABŞ-da kommersiya neft ehtiyatları ilə bağlı xəbər dərc olunduqdan sonra Londonun ICE birjasında Brent markalı neftin may fyuçerslərinin qiyməti 0,35 faiz azalaraq 83 dollar/barel, WTI markalı neftin aprel fyuçerslərinin qiyməti isə 0,64 faiz azalaraq 77,08 dollar/barel təşkil edib.xeber100.com

Mart 8, 2023 2:42

Polşa Ukraynanı öz arsenalında olan “MiQ-29” qırıcıları ilə təchiz etməyə hazırdır

Polşa Ukraynanı öz arsenalında olan “MiQ-29” qırıcıları ilə təchiz etməyə hazırdır. Bunu CNN telekanalına müsahibəsində Polşa Prezidenti Andjey Duda deyib. “Biz Hərbi Hava Qüvvələrimizdə xidmətdə olan “MiQ-29” təyyarələrini verməyə hazırıq. Əminəm ki, Ukrayna onlardan istifadə edə biləcək. Çünki hazırda Ukraynada bunları idarə edə biləcək pilotlar var”, - Duda bildirib. Duda əmindir ki, gələcəkdə Ukrayna “F-16”-ları da tədarük etməli olacaq. “İnanıram ki, Ukrayna Silahlı Qüvvələri gələcəkdə “F-16”-dan istifadə edəcək. Ona görə də pilot hazırlığı indi çox vacibdir", - o əlavə edib.xeber100.com

Mart 8, 2023 2:33

Mayın 14-də keçiriləcək prezident seçkilərində müxalifətin namizədi açıqlanıb

Türkiyədə mayın 14-də keçirilməsi nəzərdə tutulan prezident seçkilərində müxalifətin namizədi açıqlanıb. “TRT Haber” xəbər verir ki, “Altılı” masanın namizədi Cümhuriyyət Xalq Partiyasının rəhbəri Kamal Kılıçdaroğlu olub. Qeyd edək ki, bir qədər əvvəl CHP, Demokratik Partiya, Səadət Partiyası, DEVA Partiyası, İyi Partiya və Gələcək Partiyası rəhbərlərinin görüşü başa çatıb. Uzun sürən müzakirələrdən sonra “Altılı masa”nın prezidentliyə ortaq namizədi ilə bağlı razılığa gəlinib. Qeyd edək ki, Ədalət və İnkişaf Partiyasının prezidentliyə namizədi hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğandır.xeber100.com

Mart 7, 2023 3:20

Martın 5-də Estoniyada 15-ci çağırış parlament seçkiləri keçiriləcək

  TASS informasiya agentliyi xəbər verir ki, birpalatalı qanunverici orqanda 101 yer uğrunda 968 namizəd mübarizə aparır. Onlardan 10 nəfəri müstəqil namizəddir. İctimai rəy sorğularının nəticələrinə görə, seçkilərin favoriti iqtidarda olan İslahatlar Partiyasıdır. Bundan əvvəlki parlament seçkilərində islahatçılar 34 mandat əldə ediblər. Bu partiyanın parlamentdə 33-dən 36-dək yer əldə edəcəyi gözlənilir. Estoniyanın Mühafizəkar Xalq Partiyası ikinci yerdədir. Onun parlamentdə 19 yeri var. Proqnozlara görə, mühafizəkarlar öz təmsilçiliyini 23 mandata qədər artıra bilər. Mərkəz Partiyasının parlamentdə 15-19 mandat qazanacağı gözlənilir. Bu partiya 2019-cu il seçkilərində 26 mandat əldə edib.xeber100.com

Mart 5, 2023 7:08
    Page 12 of 301« First«...1011121314...203040...»Last »

 İctimai-siyasi internet portalı olaraq fəaliyyətə başlayan xəbər saytı Xəbər100.com yaradıcı heyətinin maddi dəstəyi ilə fəaliyyət göstərir və bütün hüquqları qorunur. Bu baxımdan saytdakı materiallardan istifadə edildikdə istinad edilməsi vacibdir.

  • Facebook
  • Twitter
  • Google+
  • Youtube
Xeber100 © 2015-2017 Coded by Development.az